9038bc138269
Sual və cavablar bölməsi

Kitab oxuma haqqında

Sual. Işinizə aid oxuduğunuz kitablardan savayı oxuduğunuz bədii ədəbiyyatın (müxtəlif janrlı) inkişafınıza nə kimi xeyri var?

Cavab.  Bizim beynimizdə olan biliklər nə qədər güclü olursa olsun, bunları tam və dolğun formada və qarşımızdakının başa düşəcəyi şəkildə baça sala bilmədiyimiz müddət ərzində bizim biliklərin bizim üçün faydası ola bilməz. Insanlar arasında ən güclü kommunikasiya vasitəsi bizim danışmaq qabiliyyətmizdir.

Bədii ədəbiyyatın bizə verdiyi müsbət cəhətlər çoxdur və bunlardan bəzilərini aşağıda qeyd edirəm.
Bədii ədəbiyyat oxumağın bizə verdiyi ən vacib üstün cəhətlərdən biri – bizim mənəvi dünyamıza müsbət təsirdir. Söz xəzinəmizin gücləndirilməsi, fikirlərimizi ifadə edə bilmək qabiliyyətimizin gücləndirilməsi kitab oxumaq sayəsində mümkündür. Daim müxtəlif sahələrdən olan insanlarla ünsiyyətdə olan bir insan olaraq diqqət edirəm ki, insanlar çox sadə bir mövzuda və haqlı olduqları halda belə, məntiqli və lakonik cavab verməkdə sıxıntı çəkirlər; öz duyğu və hisslərini başa salmaqla sözləri yetmir.
Bədii ədəbiyyat oxumaq zaman alır. Ancaq bu bizim mənəvi dünyamızın, daxili aləmimizin, söz xəzinəmizin, xəyal gücümüzün, dünya görüşümüzün inkişafına etdiyimiz bir investisiyadır.
Mark Tven oxumaq qabiliyyəti haqqında gözəl söz demişdir : “Oxuya bilən insan oxumadığı halda, özü ilə oxuya bilməyən insan arasında olan yeganə fərqi aradan qalmırmış olur”.
Kitab– bu dünyada böyük işlərə və uğurlara imza atmış insanlarda ünsiyyyət qurma imkanıdır. Şəxsən mən Napoleon Bonapart, Dmitriy Mendeleyev, SanWalton kimi dahi insanlarla ünsiyyət qurma və onların düşüncələrini öyrənmə şansım olub. Bu insanlar ölsələr də, onlardan qalan ədəbiyyat, bu dahi insanların həyat, düşüncə və inkişaf tərzini öyrənmə imkanım olub.
Starbucks brendini quran Howard Schultz, müxətlif sahələrdə böyük müvəffəqiyyətlər əldə etmiş Arnold Schwarzenegeri real olaraq görmə imkanım olmasa da, mən bu insanlarda danışmış kimiyəm.

 
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *