hardan almaq 21
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında Ziya RƏCƏBOVUN Rəyi

Ziya bəy bu kitabı oxumağa başlayanda belə bir status yazmışdı : “Ilk sehifesini acdim. Yerli yazar, yerli mehsul. Deyilenlere gore Azerbaycan realliqlarini eks etdiren ferdi inkishaf kitabidir. Bezdik, John-lari, Albert-leri oxumaqdan)))). Cox sevindirici haldir. Ugurlar Fexri muellim.

Kitabı bitirdikdən sonra isə kitab haqqında fikirlərini daha geniş yazdı

Fəxri Ağayevin “Saxla zamanı gələr zamanı” kitabını 2 gün ərzində (şənbə və bazar) böyük bir iştahla oxumuşdum. Oxuyub qurtaran kimi, 2 nəfər növbəyə yazıldı. Yəqin çox tərifləmişəm))). Yəqin ki, kitab axıcı dillə yazılmasa idi, hər səhifəsi maraq cəlb etməsə idi, iki gün ərzində oxumaq mümkün olmazdı.

Öz uğurlarını və bu uğurların altında yatan həyat tərzini kitab halına gətirə bilən, dediklərini yaşayan dünyada çox az insan var. Prinsipial və qaydalara görə yaşamaq dünyanın ən çətin işidir. İlk əvvəl Fəxri Ağayevi bu baxımdan, daha sonra kitaba görə təbrik etmək olar. Kitabı alanda ürəyimə gələn ilk fikri statusumda paylaşdım. Yazmışdım ki: “İlk səhifəsini açdım. Yerli yazar, yerli məhsul. Deyilənlərə görə Azərbaycan reallıqlarını əks etdirən fərdi inkişaf kitabıdır. Bezdik Johnları, Albertləri oxumaqdan)))). Çox sevindirici haldır. Uğurlar, Fəxri müəllim”. Kitabı oxuyub qurtarandan sonra bu qənaətə gəldim ki, kitab bəşəri dəyərləri təbliğ edir. Baxmayaraq ki, kitabda Azərbaycanda tələbələrin suallarına cavablardan, çətinliklərindən, yanaşmalarından, Azərbaycan şirkət rəhbərlərinin (ad verilmir) bəzi məsələlər yanaşmalarından bəhs olunur, ancaq problemlərin ilə bağlı tövsiyyələr bəşəri xarakter daşıyır. Bu o deməkdir ki, Allah insanı eyni cür yaratdı və onun işləmə mexanizmi də eyni cürdür. Uğura aparan bir çox yollar vardır. Hansını seçirsən seç, vaxtı düzgün idrəetmədən olmaz, əzimli olmadan olmaz, hədəf, plan, işgüzarlıq olmadan olmaz. Şans var, ancaq şans gələndə sən ona hazırsansa sənin üçün şansdır.

Mən kitabdan çox fayda götürdüm. Ailəmlə fikirlərimi bölüşdüm. Uşaqlarım artıq işlərini excell-də planlaşdırdılar. “1-ci gün ata ilə ingiliscə kitab oxumaq və boks oynamaq”, “2-ci gün ata ilə güləşmək və ingiliscə kitab oxumaq))))). Fakt budur ki, “Saxla zamanı, gələr zamanı” kitabının təsiri ilə bunu etdik.

Kitabda çox maraqlı və yadda qalan bir məqam var idi. Əslində kitabın ana fikri də budur. Öz sözlərimlə ifadə edirəm: “Allah hər kəsə hər səhər yuxudan oyananda 24 saat ərmağan edir. Prezidentin də, şirkət rəhbərinin də, kasıbın da, milyonerin də 24 saatı var. Hər kəs 24 saata görə işlərini planlaşdırmalıdır. Necə olur ki, şirkətin rəhbəri bütün işlərə vaxt ayırır, kitab oxuyur, idman edir və s. Tələbə çox şeyə vaxt tapa bilmir?)))))”.

Dünyada ədalətin mütləq olduğu şey zamandır. Allah hər kəsə 24 saat verib. Yeganə mütləq ədalət bu məsələdə bərqarar olub…

Uğurlar

Ziya Rəcəbov
Bank Respublika İnsan Resursları Direktoru 

 

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *