oooo
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında RƏY

Bu rəyi yazan oxucu adının və harda işlədiyinin qeyd olunmasını istəmədiyinə görə bu məlumatları açıqlaya bilmirəm.

Şəxsən tanıdığım bir uğurlu bir insandır.

Həyat bizim ona baxışımıza görə dəyişər. Məndən həyatımın bu gününə kimi necə gəlib çıxdığımı soruşsanız deyərdimki ilk işim Fəhlə olub. Hansıki qazandığım 1 ci pillənin səbəbi olmuşdur. İlk öyrəndiyim qənaət etmək olub  Fəhlə qaydası-çünki həm hazırlıq kursuma həmdə cib pulum olmalı idi məktəbə getməyə.  Səhər tezdən axşama qədər çöllərdə olmaq və hər cürə bazar fırıldaqçılarını tanımaq bezdirici olsada məni daha da möhkəm olmaqa aparırdı. Həyatımda atdığım addımlarda çox yıxıldım ama Şükr olsunki Həyatıma 1 pillə əlavə edə bildim. İstədiyim sahədə 1 addım atdım və irəli getməyə başladım. Elə fikirləşirdimki sadəcə Universitet dən aldığım diplom hər şeyə bəs edər. 2 ci kursa kimi boş boşuna keçdi illərim. 3 ün əvvəlində ayıldım. Çox gec olmamışdı dərhal özüm öyrənməyə başladım istədiklərimi ta sonadək. Sonra isə təcürbəçi olaraq 1 il işlədim. Son dövrümdə fikirləşirdimki etdikləriimin bəhrəsini görmürəm və ruhdan düşməyə başladım. Bir gün dostum bir kitabı alacağını dedi və bizim Kamran muellimin qardaşı Fahri muellimin  yazdığını dedi.   İlk başda Kitabın adı maraqlı gəlib dedimki məndə alacam və aldım. Nə yaxşıki aldım, hər işdə bir xeyir var imiş.

Həyatımızın hər anının dəyərli olmasını,  zamanımızın qızıl cavanlıq dövrünün batmaması üçün önəmli və çox xeyirli məsləhətlər daşıyir bu kitab. İtirəcəyimiz 4 boş ilin bizə əzab verəcək 40 ilə bərabər olduğunu öyrəndim.

Həyatımın hər anını zaman oğrularına deyil daha dəyərli insanlara və daha dəyərli işlərə ayırmaği öyrəndim.

Həyatınızı bir istiqamətdə yox,şaxəli yaşaya biləcəyimizi, həyatımızı problemlər və bəhanələrdən uzaq tuta biləcəyimizi görürəm artıq. Hər düşdüyümüz çətinlik bizim artan təcürbəmizdir. Artıq ətrafımızda baş verən və başımıza gələn çətin və uğursuzluqlara başqa bucaqdan baxma vaxtı çatdı.   Biz öz zəhmətimizə görə haqqımızı alırıq. Nə qədər çox zəhmət,səbr və məqsədli olmaq o qədər çox rəngarəng həyat.  Əlavə etmək istərdimki–Ən əsasıda Həyatımda yalnız uğur,maddiyyat,rahatlıq üçün deyil Sağlamlıq,ailəmiz,sevdiklərimiz üçün çalışmalı olduğumu öyrəndim…………. Təşəkkürlər Fahri müəllim. Və sizdən yeni-yeni kitablar gözləyirəm.

Kitabdan nələr öyrəndin?

Hər şeyin həyatdan və Allahdan asılı olduğunu düşünürdüm. Ama hər şey olmasada çox şey özümdən asılıdır. Düzgün vaxtımı dəyərləndirməyi . və vaxtın hər anının öz hökmü  olduğunu öyrəndim. Boşuna deməzlər Vaxt qızıldır ))  Gərək zəhməh çəkəkki Allah zəhmətimizə bərəkət versin. Yoxsa Heçnə etmirik və sondada tale belədidə…– mən buna son qoydum artıq sizdə son qoyun

Nə qərarlar aldın?

Yeni səhifə aça bilərəm ilk yeni səhifəyə 15 yaşımda keçdim buda 2 ci dəfə. yəqinki öyrəndikçə  bundan sonar səhifələr çox dəyişməyəcək ama onlara yazılacaq çox şeyim olacaq. –Bildiklərim, və.s . Həyatın alqoritması çoxdan öyrədildi(Rəbbimiz) mənə. Qalmışdı onu düz yazım onuda artıq yaza bilirik.      

Ən çox xoşuna gələn bölüm

Bütün bölmələr maraqlıdır. Bunlarsan Bölüm 9. “Şanslar,Uğur,Bəxt” ən çox xoşuma gələndir deyərdim.

Ən çox xoşuna gələn 3 cümlə

1) Ancaq çox az adam bilirki  “Bəxtəvərlər” illərlə hər kəsdən öncə durur, hamıdan gec yatırlar və hər keçən saat,gün ,həftə öz məqsədlərinə doğru gedirlər.

2) Məqsədlərə çatmaq üçün  güclü istək ,ağır zəhmət  və bu zəhmətin  nəticəsi-digər insanlardan seçilmək və müvəffəqiyyət əldə etmək vardır. Daha sonar deyəcəklər ki onun Bəxti gətirdi.

3) Uğursuzluq bizim addımlarımızın vacib tərkib hissəsidir. Bu bizi müvəffəqiyyətə doğru aparan nərdivanın sınmış pilləkəni olaraq görmək lazımdır və hər sınmış pilləkən  məqsəddən imtina üçün səbəb ola bilməz. pilləkəni təmir və yuxarı çıxmaq lazımdır.

Və yadda qalan çox cümlələr var gərək kitabın çoxunu yazm bura))

Bu kitab niyə oxunmalıdır?

Bunu uşaqlar gərək 15 yaşdan oxusunlar ki, onlar nəyə görə çalışmalı və gələcək  həyatlarini daha da optimal və məqsədli qursunlar, sonrasında isə kitabı oxuyarkən acı reallıqı görüb üzülməsinlər. Nə qədər gec deyil oxuyun ki gözünüz açılsın(türklər demiş- bakış açısını deyişin)

Həyatını dəyərləndirmə və ən dəyərli olan vaxımızı boşuna uçurtmadan  bunu oxumalıyıqki

Həqiqətən zaman nədir?   Biz yatmışıq zaman selindən xəbərimiz yox aparır bizi  birdə gördük sona çatdıq sel bitdi-zaman bitdi artiq o biri dünyaya gedirik. Və geriyə baxm Kaşkilərimiz olur.

Omasın belə !!     Sevdikləriniz,ailəniz, dostlarınız ətrafınandır onlara necə dəyər verməli olduqun üçün bu kitabı oxumalısan. Çünki sən onlara yalnız zaman ayırdığında dəyər verə bilirsən……………………………

oooo 

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *