revan
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında Rəvan Həmidzadənin RƏYİ

Fəxri Agayevin “Saxla zamanı Gələr zamani” kitabını oxuduqca istər istəməz bu vaxtacan keçirdiyim boş zamana heyfslənirəm. Heyfslənirəm ki, niyə mən boş vaxtlarımda daha çox öyrənmədim. Universitet vaxtı çoxlu boş zamanım olurdu. Həmin vaxtı daha faydalı bir şeyə sərf etmək olardı. Ən azından ingilis dilini öyrənmək olardı. Və bu gün yaxşı səviyyədə ingilis dili bilərdim. Lap hərbi xidmətdə olduğum müddətdə boş vaxtlarımızda oturub mülki həyata qayidacagimiz günləri saymaq əvəzinə daha çox kitab oxumaq olardi. Amma heçnə gec deyil ümid edirəm. 
Kitabın özəlliyi ondadır ki sən kitabı oxuduqca hər dəqiqənin qədrini bilirsən. İstəyirsən ki,ele indi başlayasan bütün işlərə, amma eyni zamanda kitabı da əlindən yerə qoymaq istəmirsən. Fəxri bey bizim millətin psixologiyasına bələd bir insandır. Azərbaycan insanının hansı potensiala sahib olduğunu çox gözəl bilir. Və məncə bizim millətin nə istədiyini, nəyə ehtiyac olduğunu çox gözəl bildiyi üçün düşüncələrini daha yaxşı qələmə alıb. Kitabın sonlarına yaxınlaşdıqca həm də istəyirsən kitab bitməsin. Fərdi inkishaf üçün yazılmış kitabların içində ən üst sıralarda olacaq bir kitabdır. Müəllif yalnız karyera haqqında düşünün demir,eyni zamanda sağlamlığımızı qorumaq, ailə,dostlar, xeyriyyəçilik,ətraf mühitə qarshi daha diqqətli olmağı tövsiyə edir. Və bütün bunlara biz zamanimizi düzgün programlashidiraraq sahib ola biləcəyimizi deyir. Təəssüf ki, gənclər daha chox vaxtını çayxanalarda, Topaz kontorlarinda keçirir. Bu itirilmiş zamanın nəticəsi chox ağır olur sonradan. Bu ayri ayri fərdlərin deyil bütöv cəmiyyətin bəlası olacaq. Bugün bu kimlərə isə sərf edir. Buna görə də heç bir əks tədbir görülmür. Bunun qarşısını ancaq oxuyaraq almaq olar. Müəllifin bir fikri daha chox xoshuma gəldi:”Beş il sonra hər birimiz oxuduğumuz kitabların cəmi olacağıq” . Hərəkət və ya hərəkətsizliyimizə görə mükafatlanacağiq.
Motivasiya dolu bir kitabdir. Ve kitabi oxuyaraq düzgün nəticə çıxaranlar çox şey qazanmış olacaq. Bu gün ölkədə yaşayış şərtləri ağır olsa da inaniram ki, öz üzərimizdə düzgün işləyərək nailiyyətlərə çatmaq mümkün olacaq. Şərt deyil ki, birdən böyük işlərdən yapışaq. Amerika yazıçısı Napoleon Hill deyirdi ki,” Nəhəng işlərə qabil deyilsinizsə özünüzü xırda işlərdə sinayin”. Bəli məhz xırda şeylərdən başlamaq lazımdır. 
İnaniram ki, bu kitab sizin stolüstü kitabınız olacaq. Və Fəxri bəyə təşəkkür edirəm ki, bu cür bir kitab ərsəyə gətirib. Uğurlarınız bol olsun. Davamı gelsin. ..

 

1) Kitabdan öyrəndim ki yalnız zəhmət çəkməklə uğura çatmaq olar.Shansa bəxtəvər bağlamaq olmaz heçnəyi.

2) kitabı aldığım gündən yalnız hal hazırda ingilis dilini mükəmməl öyrənmək barədə qəti qərara gəldim.

3) zaman və zamanın idarə olunması

4)  biz 5 il sonra oxuduglarimizin cəmi olacayiq.

5) Gələcəyinizi müəllimlərə və universitetə etibar etməyin. .Bir də səhv etmirəmsə yazmishdiz vəhşi məqsədlər olmalıdır hansı ki sizi gece saat 4de yerinizdən qaldıra biləcək.

Bu kitab tükənməz motivasiya verir insana və kitabı 1 2 dəfə yox 10 dəfə  oxusaq da azdır. Hər gun oxumalı kitabdır. Goturelcek chox shey var.

RƏVAN HƏMİDZADƏ

Bu gün JW Marriot.da işləyən və gələcəkdə 5 ulduzlu bir oteldə General Manager olma yolunda əmin addımlarla gedən 

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *