kerem
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında Kərəm Mübarizoğlunun RƏYİ

Kitaba rəy yazmadan qabağ 5 ay əvvəl oxuduğum kitabı bir daha oxumağa qərar verdim. Kitabda çox incə  mövzulara toxunulub və hansıki, bizim şəxsi  həyatımız üçün cox vacib mövzulardı. Fəxri bey hər təbəqədən olan insanların başa düşəcəyi dildə yazıb və kitabın şəffaflığı oxucularına məsləhət gördüyü qaydaları şəxsən öz üzərində tətbiq etmsi olub və bu da oxucuya daha səməmi və daha gərçəkci görsənir. Fəxri bəy kitabda müvəffəqiyyətli insanların müvəffəqiyətsiz isanlardan fərqləndirən formula çox gözəl toxunub:

Müvəffəqiyyətin orta məxrəci : müvəffəqiyyət əldə etmiş hər bir insanın müvəffəqiyyətinin sirri ondan ibarətdir ki, bu insan digərlərinin etmək istəmədiyi işləri görmək üçün vərdiş formalaşdırıb.

Kitabda təkcə peşəkar həyatımızda yox sağlamlıq, ailə, mənəviyyatda da uğurlu olmaq üçün zəncirvarı səy göstərməyin vacib olduğu qeyd edilib. Zamanın idarə olunmasi illik, ayliq, həftəlik hədəflər təyin edib səylə çalışmaqla məqsədlərimizə nail ola bilərik.

“Hər kəsə güzəştə gedə bilərsən  amma özünə əsla “kitabın əsas şüarı fikrimcə budur.  Kitabdakıları oxuyub əməldə tətbiq etdikdə sonra : öz güvənimizi artır, bir şəxsiyyət kimi formalaşmaqda bizə kömək olur və s.

Kitabdan nələr öyrəndim:

Əgər bir məqsədim varsa bunun üçün səylə, disiplinlə, coşquyla çalışmaq lazım olduğunu öyrətdi mənə.

Nə qərarlar aldım

  • Hədəflərimə çatmaq üçün yazılı şəkildə planlar tərtib etmək və səylə çalışmaq
  • İllik, aylıq,həftəlik, günlük hədəflər təyin etmək  və hədəflərimi vacibliyinə görə sıralamaq və icrasına başlamaq.

Ən çox xoşuma gələn bölüm

Zaman və zamanın idarə olunması

Ən çox xoşuma gələn 3 cümlə

  • “Hər birimizin o qədər güclü məqsədlərimiz olmalıdır ki, bu məqsədlərimiz bizi qaranlıq və soyuq səhər saatlarında yataqdan qalxmağa və hərəkət etməyə həvəsləndirsinlər.
  • Qeyri – müəyyən məqsədlər qeyri – müəyyən nəticələrə aparır.” Arıqlamalıyam”,” ingilizcə öyrənmək istəyirəm”,” 2 sertifkat almaq lazımdır” – bunların hamısı heç bir şey ifadə etməyən istəklərdi.
  • Planlarımız haqqında < 6P> olaraq adlandırılan yaxşı qayda var: Proper prior planning prevents poor performance ( doğru planlar zəyif icranın qarşısını alır).

P.S  Ferqli gələcəyə nail olmaq istəyən hər kəsin bu kitabı oxuması məsləhətdi. Bir dəfə yox bir neçə dəfə oxunsa daha yaxsi olar. Gəlki bir dəfə oxuyan onsuzda ikinci dəfə oxuyacaq, cəzbedici bir gücə sahibdi.  Di gedin alın oxuyun və qaydaları tətbiq edin və həyatınızda sonrakı dəyişimi yazmağa gərək yoxdu, özünüz görəcəksiniz…

kerem

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *