12493738_10204430155314425_4760788492735602565_o
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında Əliağa Ağabeylinin RƏYİ

Bu movzuda kitab ədəbiyyatimiza qəflətən daxil oldu. Düşünmürəm ki,  bizim ədəbiyyatimizda zaman məhfumunu  faydalı iş əmsalına çevirən ikinci bir kitab var. Kitabı oxuyarkən iki hiss keçirdim peşmançılıq və ümid. Peşmançılq ona gorə keçirdim ki, illər əvvəl gələciyimi güclü sütünlar üzərində qura biləcəyim  zamanı yelə verdiyimi anlamışdım  ümidləndim ki, kitab mənə yenə de gec deyil hissini aşıladı
Nəsihətləri demək olar ki, ömrümüz boyu hamımız eşidirk uşaqlıqdan üzü indiki yaşımıza qədər. Amma nəsihətlərldə bizi düşündürən, faydalıligını hiss etdiyimiz məqamlar daha çox effekt verir.    Yadıma düşdü ki, bir dəfə atam  hansısa fiziki ishə çox həvəssiz getdiyimi gorüb belə bir metodla məni  həvəsləndirmisdi. “əgər sən bunu hər gün etsən əllərin güclənəcək və sən məktəbdə hamıdan güclü ola bilərsən” Motivasiya yerində seçilmişdi düşündüm ki, bunu mən ozum üçün oz güclenmeyim üçün edirəm ve həvəssizlik əline tikan batmaq ve s artiq gozə görünmürdü çünki güclü əllərim olacaqdı deyə düsünmüsdüm.

Əlbəttə çəkdiyim bu misalda sadəcə kitabın  mahiyyətini açıqlamaq üçün xatırladım. Fəxri müəllim bu kitabda bu mənada düşundürməyi bacarıb məhz zamana necə yanaşmaq və zamani gələcəyə necə sərmayə olaraq qoyub her menada gəlir götürmək  texnolgiyasını gözəl verib.   Yaradanın bizə ruzi olaraq verdiyi ən gözəl nemət elə zaman oldugunu şüurlu şəkildə dərk edirsən. “siz səhər oyanırsınız sizə her səhər hədiyyə verilir 24 saat. Siz yalniz özünüz bu gündəlik sərmayə ilə nə edəcəyinizə qərar verirsiniz”
Düşunməyin ki, kitab səhərdən axşhama qədər zamanı ancaq işə sərf edməyi təlqin edir. Əsla! Kitabdakı metodlar məhsuldar zamanın, əyləncəninin zövqün dogru ünvanlarını göstərir.

Kitabı oxuyarkən komfort zonasından çıxmamaq uçun özunə uydurub təsəlli verdiyin “zaman yoxdur” ,”alınmaz” ,”şərait yox idi”, “flankəsin bəxti gətirdi” bəhanəlrinin nəfəsini kəsir.
Kitabın “Zamanın idarə olunması sütunları” , “Karyera planlaması” bölumundəki Məqsədlər və məqsədlərin təyin edilməsi bölumu ƏN xoşuma gələn bölum oldu. Dəqiq təyin olunan məqsədin maahiyyəti, Kiçik və gündəlik etdiyimiz səylərin dəqiq təyin etdiyimiz məqsədə dogru gedməyin texinikasını Fəxri muəllim gözəl izah edib

Kitabin mənə faydasi. Oxuyandan sonra kitabdaki sərrast cümləler daim narahat vəziyyətdə qoyur adami mənim oturdgum bu boş vaxtı özumə faydalı olan nəsə ede bilərəm deyə bir əmr verirsən. Ilk defə olaraq özum üçun mini plan hazırladım. Həyat tərzimə idman menyusunu qatdım.

Ən çox yadda qalan beynimə həkk olunan uç cümlə

1.Zaman nə bizi nə də bizim vacib illərimizin bitməsini gözləyir və zaman geri dönülməz şəkildə bizim heç bir bəhanələrimizi dinləmədən çıxıb gedir.

2. Bizim əsas problemimiz o deyi ki, bizim çıxış yolumuz yoxdur-problem odur ki biz bu onlarin çıxış yolları haqda məlumatımız yoxdur

3. Əgər səhv istiqamətdşə gedirsensə, hansı istiqamətdə gedəcəyinin əhəmiyyəti də yoxdur.

4. Hərəkətsiz qalan insan zaman-zaman xoşbəxtlik hissini də itirir.

Bu kitab niyə oxunmalıdır.

Men kitabı oxudm bitirdim ve belə dedim ” Kaş bu kitab mənim əlimə 10 il qabaq dusəydi”

Bax, “kaş” sözünü demək istəməyən istənilən gənc uçun xüsusi ilə tələbələr üçün kitab olduqca qiymətlidir.

12842617_10204427031316327_411286617_o

Əliağa Ağabəyli

İnformasiya Texnologiyaları Mərkəzi TOR Veb Proqramlaşdırıcı

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *