Fəxri Ağayevin bloqu

Kitab haqqında Azər Rzayevin RƏYİ

 

     Bu kitabı mən enerji verən generator və ya transvarmator adlandıırıram. Kitabı aldığım zamandan deyil də, daha gec oxudum. Və buna çox da peşman oldum. Buna görə də 2 dəfə oxudum kitabı. Düşünürəm ki, kitab ən az 3-4 dəfə oxunmalıdır. Kitab sadə və izah olunan şəkildə yazılsa da  roman kimi, oxunmamalıdır. Çünki, bu kitabdakı mesajlar Fəxri Ağayevin də dediyi kimi, müraciət deyil, hərəkət etmək üçün çağırışdır.

     Universitetdə təhsil alan tələblər, universitetə yeni daxil olan gənclər mütləq və mütləq bu kitabı oxumalıdırlar ki, mənim kimi, universitet sadəcə onlara 4 il yol gedib gəlmək kimi qalmasın.

     1 il bundan qabaq mən özüm də çox displini şəklidə sağlam həyat tərzinə başlamışam və 27 kq atmışam. Kitaba rəğbət səbəblərimdən başlıcası saölam həyat tərzinə çox önəm verilməsidir.

     Kitabın ən yaxşı tərəfi hardan başlamağı, hansı işləri necə və nə zaman görməyi detallı şəkildə açıqlayır.

     Kitabdan nələr öyrəndim.

     Əslində kitabın hər səhifəsi öyrənmək üçündür. Çox şey öyrəndim. Ən əsası isə iradə gücü və disiplini vərdiş halına salmaq və öyrənmək.

     Nə qərara aldım.

     Rus dili bilgim çox zəifdi bunu artıq çox rahatlıqla öyrənəcəm. Daha çox kitab alıb oxumağa və zamanımı hər an kontrol etməyə başladım. Artıq, xeyr deyə bilməyə də başlamışam. :)  

     Ən xoşuna gələn bölüm

    Zaman və zamanın idarə olunması. Əlavə olaraq sağlam həyat tərzi ilə bağlı olan hər bir hissə.     

     Ən çox xoşuna gələn 3 cümlə

    1) “Həyat demokratikdir. Hamımıza doğulduğumuz anda eyni şərtlər və imkanlar verilir. Hər birimiz həyata başlayanda eyni 2 növ sərmayə alırıq, və onları əldə etdiyimiz andan etibarən onlar azalmağa başlayırlar. Biz onları artıra bilmirik, borc verə və ya ala bilmərik. Bu 2 sərmayə ilə əlaqədar bizim edə biləcəyimiz yalnız odur ki, biz onları maksimum effektiv şəkildə öz xeyrimiz və gələcəkdəki məqsədlərimiz üçün istifadə edə bilərik.
Bu 2 sərmayə növü bizim sağlamlığımız və bizim zamanımızdır.”

     2) Bəzən bizim məğlubiyyətimiz və uğursuzluqlarımız bizim qalibiyyətlərimizdən daha çox fayda verir, çünki uğursuzluqlarımız bizim zəif yerlərimizi görmək və onları gücləndirmək imkani verir, halbuki müvəffəqiyyət bizə aldadıcı güvən hissi verə bilər və bu zaman zəif tərəflərimizi görməyəcəyik.

     3) 5 il sonra siz oxuduğunuz kitabların və ətrafınızda olan insanların cəmi olacaqsınız.

     Bu kitab niyə oxunmalıdır.

     Yatan ruhu, oyandırmaq üçün bu kitab oxunmalıdır. Başlayacam deyib də başlaya bilməyənlər üçün bu kitab oxunmalıdır. Zamanı, enerjini, sağlamlığını düşünənlər oxumalıdır.

     Toyuq olub qartallarla uça bilməyəcəyik əsla, qartallarla uçmaq üçün bu kitab oxunmalıdır..

     Ən əsası kitabda yazılan sözlərdən yaranan bir adam var o da Fəxri Ağayevdir. Praktik və canlı nümunə. Bu əsas şərtdir. Bunun üçün oxunmalıdır bu kitab.

     Aktual probeləmlər və onun həll yollarını aydın göstərdiyi üçün Fəxri Ağayevə minnərdarlığımı bildirir. Yeni kitabının bundan da uğurlu olacağına əminlik duyuram.

 

Azər Rzayev

Sky Bridge şirkətinin Satış Üzrə Meneceri.

 img_20161209_172251

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

 

 

One thought on “Kitab haqqında Azər Rzayevin RƏYİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *