sum
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında Aydın Şahidin RƏYİ

     Fəxri müəllimi  ilk dəfə  qiyabi  olaraq  2015-ci  ilin payızında  tanıdım.Onun  Sumqayıt  Gənclər  Evində  verdiyi  seminarda  yaxınlarım da iştirak  etmişdi. İşimlə  əlaqədar olaraq mən  seminara  qatıla  bilməmişdim. Seminardan  sonra hamı  bir -ağızdan  o qədər  xoş  təsuratlar bölüşdü ki, çox  şey  qaçırdığıma  təəssüfləndim. (doğrudan da belə idi). Youtube  portalında  bu insanın  seminarlarını  izlədim, çıxışlarına qulaq asdım.  O zaman  tam  dolğunluğu  ilə  dərk  etmədim  dediklərini, bəlkə  də  zamanı  deyilmiş.. Hətta  bir  neçə  dəfə  sosial  şəbəkədə  aramızda müəyyən fikir ayrılığı da  yaranmışdı.

     2016-cı  il  iyunun 5-də  Fəxri  müəllimin  işə  qəbulla  bağlı müsahibəsində  oldum.  Mənə  elə  gəldi  ki,  artıq  90 faiz  işə  götürüləcəm… Hər halda mənim üstünlüyüm var  ki, altı  il dövlət  işində stajım var.. Suallara  “Dolğunluqla” cavab  verdim, Fəxri  müəllim  “Razı  qaldı”.. Cavab  gəlməyincə  isə  ağlıma  gələn  ilk  fikir : “ Bura  Azərbaycandır….”

     Və  növbəti 2-3  ay  ərzində “ Standart  həyat  tərzi”… Cavabsız  CV-lər, hər  gün  iş axtarışları.. Günlərin  bir  günü  artıq  hər  şeydən  bezdim …və  Qərar  verdim  ki,  öz  işimi  özüm  quracam.

     Qurdum, bir  neçə  ay  işlədim..Satış  sahəsində   təcrübə qazanmağa cəhd  etdim. Ancaq ictimai  sahədə  işləyən  biri  üçün  satışın  necə  ağır  olduğunu anlayarsınız  hər  halda…

     5 mart 2017-ci  il  tarixində  dostluğumda  təsadüf  nəticəsində   Fəxri  müəllimin  Astarada – dənizkənarı  bulvarda  olarkən  çəkdiyi  videosunu  izlədim. Nədənini  bilmirəm, amma  bu  video  məndə  tam  fərqli  təəssurat  yaratdı. Sanki  yuxudan  ayıldım.  Və  Fəxri  müəllimin  bir  neçə  bu  yöndə  olan  videolarını  izlədim. (videoları youtube kanalımdan izləyə bilərsiniz – youtube kanalıma keçid üçün klikləyin). Ona  təşəkkür  məktubu  yazdım. Yazdım  ki, artıq  həyat  istiqamətimi  dəyişmişəm. Kitab  satışına  başlamağım,  bu  yolda  çətinliklərim, uğurlarım  haqqında  yazdım.  Və  Fəxri  müəllimdən  təklif  gəldi  ki, onun kitablarının  satışı  ilə  məşğul  olum. Sözün  düzü  bir  az  tərəddüd  etdim. Çünki,  bundan  əvvəl  bir  neçə  dırnağarası uğurlu  yazıçı   öz  kitablarını “ sərfəli  şərtlərlə”  mənə  satmağı  təklif  etmişdilər.

     Şərtlər  uyğun  oldu  və  razılaşdım. Kitabın  təbliğatını  aparmaq  üçün ilk  öncə  onu   oxumaq  lazım  idi.. Açığı  gözümə  durmuşdu.. Çünki, bir  yazar  olduğum  üçün  ən  çox  bədii  əsərlər  oxumağı  xoşlayırdım. Motivasiya, time menegment, biznes  kitabları  isə  mənə  görə  çəkici  deyildi. Və  o  günə  kimi  bu  mövzularda  bir dənə  də olsun kitab oxumamışdım. Lakin  hər  iki kitab  oxuduğum  ilk  səhifədən  məndə  maraq  yaratdı.

     “Fəxri  yol” kitabından  mən  ən  çox  doğru  qidalanma  və  sağlam  həyat  tərzi  keçirmə  ilə  bağlı   bugünədək  bilmədiyim  məlumatları  öyrəndim,  yalnış  olduğunu  bildiyim  halda  etdiyim  səhvlərin  mənə  zərərlərini  öyrəndim.. Son  günlər  artıq  sağlam  qidalanmağa, hər  gün  səhər  idmanla  məşğul  olmağa  başlamışam   və   ilk  müsbət  qığılcımları   artıq  görürəm.  Səhhətimlə  bağlı  problemimin  müsbət  yöndə  həllinə  bu  kitab  vasitəçi  oldu. Ən  çox  da bu  kitabdan  oxuyub  riayət  etməyə   çalışdığım  bir  qayda  var – əsl  Azərbaycanlı  kimi  çay  içməyə  (ən çox  da  yeməyin  üstündən dərhal  sonra)  meyl  göstərirdim.. Son  vaxtlar  isə  çayı  su  və  ya  kampot  ilə  əvəz  etməyə  başlamışam.

     “Saxla  Zamanı , Gələr  Zamanı”  kitabından  isə  mən “ Fəxri  müəllim niyə  məni işə  qəbul  etmədi?!” sualının cavabını  öyrəndim..  Öyrəndim ki,  uğura  nail  olmaq  üçün  çox  çalışmaq,əziyyət  çəkmək  lazımdır. Sadəcə  “6  il  dövlət işində, inzibati  işlərdə  stajım var, bir  çox  şəhər  səviyyəli  tədbirlərin  təşkilatçısı  olmuşam”   deyib  öyünməklə   deyil..

     Bu  kitabda  ən  çox  xoşuma  gələn  bölüm  aylıq, həftəlik, gündəlik  planlamalar  və “ Zaman  oğruları”  mövzuları   oldu. Bu  bölümləri  oxuduqca öz – özümdə  bir  şeyi  müəyyən   etmiş oldum : “ Nə  qədər  zamanım  boşa  gedib.. Və  mən  bu  zamanı  doğru  dəyərləndirsəydim…nələrə  nail  ola  bilərdim…”  Kitabın  ilk müsbət  təsiri  bu oldu – sifarişləri  ancaq Sumqayıta  çatdırırdım. Bakıya isə çatdırmağa  həvəs  yox  idi. Bakıdan on  sifariş  gəlirdisə, onun ikisi – üçü  razılaşırdı  ki, gəlsin  Kitabları  Sumqayıtdan götürsün..Uzağı  biri  poçtla  göndərməyimə  razı olurdu. Qalan  altı  sifariş  itirdi.. Düşündüm : “ Hər  həftə  6  sifariş, hər ay  24 sifariş  qaçırmış  oluram.. və  bu kifayət  qədər  ciddi  məbləğdir…Təmbəlliyimi  bir  qırağa  qoydum. Bakı  sifarişlərini  çatdırmağa  başlayandan  bəri satışlarda  aktivlik  yarandı, müraciət  edənlərin  sayı  ikiqat  çoxaldı.

     Rus  və  ingilis  dilini öyrənməyə  başlamışam  artıq. Gündə müəyyən  saatlarla  planlı  şəkildə  dil  bilgilərinin artırılması  ilə  məşğul  oluram. Həmçinin  rus  dilində  motivasiya  tipli audiokitablar  dinləyirəm..Və  artıq  bunu  hər  gün edirəm.Nəticə  var- hər  səfərində  danışıq  və  anlama  öncəkinə  nisbətən  daha sərbəst alınır. Hədəfim  dil  biliklərimi  artırmaq  və  illərdir  gözümdə  dağa  dönən Dövlət  Qulluqçusu  statusunu  qazanmaqdır.. Həmçinin  idarə  etdiyim Online  kitab  satışını  daha da  genişləndirməkdir.

     Bir  şeyin  şahidi  oldum – Fəxri  müəllimin kitablarını  alanlar  və  almayanlar kimlərdir?

  • Alanlar: Həyatda  uğurun  olduğuna  inananlar, müəyyən  zirvəyə  nail  olanlar , lakin  bu  zirvə ilə  kifayətlənməyib  daha  da  uğur  qazanmaq  istəyənlər.
  • Almayanlar : “Bura Azərbaycandır…”  , “Filankəsin  bəxti  gətirdi”, “ Yəqin  adamı var”  deyə  düşünüb, uğurlu  adamlara  qısqanclıqla  seyirci  olan,diploma ümid  bağlayıb  evdə  iş  gözləyənlərdir.

Aydın  Şahid-  Sumqayıtlı  gənc  yazar,

“Sum  Bookseller”  kitab satışının  təsisçisi.

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Kitabevim.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *