Videolar

Karyera Forumu və “Azərbaycanda Müvəffəqiyyət”

 

 

03.12.2016 tarixində İqtisad Universitetində təşkil edilən KARYERA FORUMUNDA qonaq qismində iştirak etdim.

İşlərimin həddindən artıq çox olduğuna və günümün dolu olmasına baxmayaraq 100 nəfərdən çox gəndin iştirak etdiyi forumda təşkilatçıların təklifi ilə çıxış edərək fikir və düşüncələrimi gənclərlə paylaşdım. Çıxışımın mövzusu

“Azərbaycanda Müvəffəqiyyət” oldu.
Gənclərə çatdırmaq istədiyim BİR NEÇƏ ANA MƏQAM bunlar idi :
– Azərbaycan iqtisadiyyadı və biznesi çox ciddi dəyişikliklər ərəfəsindədir
– Biznesdə on plana effektivlik çıxır
– İş dünyası artıq bilik və savada əhəmiyyət verir
– Müvəffəqiyyətli olmaq üçün savad vacibdir, amma yetərli deyildir. Şəxsi keyifəyyitlər də çox mühimdir
– Mən mütləq şəkildə əminəm ki, hər bir insan Azərbaycanda müvəffəqiyyətli olar
Tövsiyyələrim isə qısaca bunlar oldu :
– Daim inkişaf edin, çünki böyük sürətlə irəli gedən dünyada durmaq, geriyə getmək deməkdir
– Bəxtə inanmayın. Bəxt yoxdur – zəhmət, əzmkarlıq, iradə gücü və disiplin var
– Müvəffəqiyyətə gedən yolda Sizi maneələr, problemlər və tənqidlər gözləyir. Əsla və əsla təslim olmayın!!!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *