finance_trading_stock_market
Məqalələrim

İş dünyası gənclərdən nə gözləyir?

Ünsiyyətdə olduğum, seminarlarda və çıxışlarımda görüşdüyüm, müsahibələrdə qarşılaşdığım gənclərdən daim aldığım bir sual :  “iş dünyası gənclərdə, universitet məzunlarında hansı xüsusiyyətləri və bacarıqları gözləyir?”

Uzun illərdir ölkəmizdə müxtəlif şirkət və holdinqlərdə rəhbər işlədiyimə və qurumun müvəffəqiyyəti üçün insanların ən vacib sərmayə olduğuna inandığım üçün daim işə götürmə prosesinə və işə alınan insanlara nəzarət etdiyimə görə, iş dünyasının gənclərdən nələri gözlədiyinə aşağıdakı kimi sıralaya bilərəm :

  • Stabillik. Uinversitetə daxil olarkən bir gənc  karyera məqsədləri və planlarının olmadığına görə ali təhsilini bitirəndə seçəcəyi peşə haqqında səthi məlumatların olur. Buna görə də görə işə başladıqdan sonra sahə və peşə bir anda dəyişə bilər. Misal üçün, “maliyyəçi olmaq iistəyirəm” xəyalları ilə 4 il universitet oxuyan bir gənc iş həyatında başladıqdan sonra bu sahənin əslində ona aid olmadığını görə bilər. Buna görə də şirkətlər, qədid məqsədləri olmayan və məqsədlərinin əsaslandırılmasını açıqlaya bilməyən məızunları işə götürməkdən çəkinirlər. Məqsədi və planları oçan gənclər tərcih edilir.
  • Səbirli olmaq və karyeranın uzun bir yol olduğunu anlamaq. Bəzən gənclərimiz qısa müddətdə karyera artımı gözləyirlər. Kiçik vəzifələrdən və işlərdən başlayaraq təcrübə toplamaq və zamanla böyümək.
  • Zəhmətkeşlik. Insan iş həyatında bəzi mövzuları bilməsə belə, zəhmətkeş və əzmkar olduqdan sonra bu məlumatlara və yeni bilik və bacarıqlara yiyələnə bilər. Iş həyatı daim stabil olmadığına görə zəhmətkeşlik və çox işləməyə hazır olmaq lazımdır. Zəhmət çəkmək vərdişi və dəqiqlik. Stresə dözümlü olmaq.
  • Məsuliyyət hissi və disiplin. Ən sadə misal : iş səhər saatlarında gecikməmə və ya tapşırılan işin bitməməsi zaman işi dəqiq saat 18.00-da tərk etmək yerinə işi bitrdikdən sonra iş yerindən ayrılmaq.
  • Ünsiyyət qurma və sosyal vərdişlər. Iş həyatında şəxsi ünsiyyət və kommunikasiyanın əhəmiyyəti çox yüksəkdir.  Telefonla  danışıq bacarığı, görüşlərdə davranış, sadə gündəlik və biznes etikası bilikləri.
  • Komandada fərqli insanlarla işləmə bacarığı.
  • İnkişafa meyilli olma, oxumaq və öyrənməyə açıqlıq və hazırlıq. Böyük sürətlə inkişaf edən dünyada şirkətlərin gücü bu inkişaf izləyən, təhlil və tətbiq edən insanlardadır. Şirkətlərin gücü insanlar və onların bilikləridir. İşə başladıqdan sonra vəzifə öhdəliklərini yerinə yetirmək üçün lazım olan əməliyyatları və prosesləri öyrəndikdən sonra da insan özünü inkişaf etdirməlidir.
  • Nəzəri və praktiki biliklərin, bacarıq və qabiliyyətlərin ambisiyalarla doğru nisbətdə olması. Bəzən öz real bacarıq və qabiliyyətlərini doğru şəkildə dəyərləndirməməklə bərabər yüksək ambisiyalar və eyni anda da az işləmək istəyi olur.
  • Təşəbbüskarlıq. Tapşırıqların verilməsi, onların yerinə yetirilməsi, insanın qarşısına çıxan məsələlərin həllində rəhbərdən tapşırıq gözləmədən təşəbbüs nümayiş edirmək
  • Dinamika və aktivlik, daxili enerji. Qısaca – insanın gözləri yanmalıdır. Ümumi müsbət aura və yanaşma.
  • Sistemli düşüncə tərzi. Böyük həcimdə məlumatları qəbul və həzm etmək, və təhlil etdikdən sonra sistemləşdirmək bacarığı.
  • Zərərli vərdişlərin olmaması. Ən sadə misal – siqaret çəkmə kimi vərdişdir.

Burada qeyd edilən bütün keyfiyyətlər çox sadə və hər bir insanda əslində olması gərəkən xüsusiyyətlərdir. Çox sadə görünsə də, bunların hamısının bir yerdə olmasına sıx rastlanmır.

Məsələnin digər tərəfi – bu xüsusiyyətlərə malik olan insan bunları həm də işə götürülmədən öncə keçirilən müsahibədə nümayiş etdirməlidir və bunları sübut etməlidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *