10968838_764236910320060_1340372459_o
Düşüncələrim Məqalələrim Sual və cavablar bölməsi

İŞ AXTARANLARA TÖVSİYYƏLƏRİM… – 2

İş axtaranlara tövsiyyələrim” adlı yazımın çox oxunduğuna və paylaşıldığına görə bu yazının davamını da yazdım.

1. Məqsədləriniz olsun. Məqsədləriniz olmalıdır. Məqsədiniz olmazsa, planınız olmaz; plan olmasa – həyatınızı tənzimləmək və ona istiqamət vermək üçün xəritəniz yoxdur demək ki. Hər gün səhər Sizi yuxudan oyadacaq məqsədləriniz yoxdursa, demək ki, çox ciddi probleminiz var. . (Bu haqda fikirlərimi bu yazımdan oxuya bilərsiniz “Məqsədlərin əhəmiyyəti”)

2. Daim inkişaf edin. Gələcəyinizi, karyeranızı universitetlərə etibar etməyin. Diplom karyera üçün kifayət deyildir.

3. Ruhdan düşməyin. 3-5 yerə CV göndərməklə iş bitməz. Bu haqda fikirlərimi bu yazımdan oxuya bilərsiniz “İş axtarıram, amma tapa bilmirəm”)

4. Iş tapmaq hər zaman çətin olub. İndi, böhran dövründə DAHA DA çətindir. “Iş tapmaq” nəticədirsə, bu nəticəyə müəyyən addımların toplusu gətirəcək. “CV hazırlama” + “CV göndərmə” + “Müsahibə” kimi vacib mərhələlər var. Hər mərhələ mükəmməl olmalıdır. (Bu haqda fikirlərimi bu yazımdan oxuya bilərsiniz “CV haqqında 10 əsas məqam”)

5. Hər yerə əl atdınız və yenə də alınmırsa demək ki, yenə də hardasa problem var. Ruhdan düşməyin!!!! Sizin məhsul keyfiyyətlidir, ancaq heç kim ona istədiyiniz qiyməti vermirsə, o zaman məhsulu potensial alıcılara tanıdmaq məqsədi ilə qiyməti endirin. Az masala, olmazsa pulsuz işləyin!!! “Bəs məni 3 ay sonra çıxarsalar nə olacaq?” TƏCRÜBƏ!!!! Təcrübə qazanmış olacaqsınız, və bir sonrakı iş yerinə gedəndə “Təcrübəm var” demək şansını əldə edəcəksiniz.

6. Hər zaman, karyeranızın hər bir mərhələsində özünüzə 1 sual verin : “Mənim kimi minlərlə diploma olan gənclər qarşısında mənim üstünlüyüm nədir?” Sizin bilikləriniz Sizin satışa çıxardığınız məhsuldur. Bu məhsulu rəqabət üstünlüyü olmalıdır.

7. Nə qədər də yorğun və ruhdan düşmüş olsanız belə, müsahibədə Sizin oturuşunuz, duruşunuz, məlumat verməyiniz, səs tonunuz MÜSBƏT olmalıdır. Şirkətlərdə indi kifayət qədər neqativ və pessimist insanlar var. Artıq bir çox firma enerjili, dinamik insanları axtarır. Enerji Sizin gözlərinizdən axmalıdır. Şirkətə gedəndə enerji topuna çevrilin. İçinizdə göz yaşları axsa belə insanlar Sizi müsbət görsünlər.

8. Iş axtaranda maaş Sizin üçün ən SON meyar olmalıdır. Vacib olanlar isə təcrübə almaq və inkişafa meyilli firmada işləməkdir.

9. Təcrübəniz yoxdursa, nə maaş versələr alın. Düşünün ki, Sizə dərs keçirlər (universitetdə öyrədilməyənləri öyrədirlər) və üstünə ödəniş də edirlər. sağolsunlar. Siz ordan getdikdən sonra başınız və içindəki bilikləri də özünüzlə aparacaqsınız. Əsas pul və karyera ordadır.

10. Hər keçən gün özünüzə sual verin : 24 saat ərzində məqsədlərimə, xəyallarıma çatmaq üçün mən NƏ etdim? Məqsədləriniz yoxdursa, bu yazının birinci maddəsini bir daha oxuyun.

 

Ən əsası isə odur ki. HEÇ BİR ZAMAN RUHDAN düşməyin. Çırpının, vuruşun, çapalayın, amma batmayın. Heç bir zaman öz inkişafınızı durdurmayın. Ən dibə dəydiyiniz anda belə heç bir şey olmamışz kimi müsbət olun və öz üzərinizdə işləyin.

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

 

2 comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *