Düşüncələrim

İnsanın əsl üzü

İnsanın əsl üzünü görmək üçün onun özündən status və vəzifə olaraq aşağıda olanlarla rəftarına baxmaq bəzən kifayət edir.

Bir tanışım vardı, çayxanada masaya xidmət edən gəncləri mənəvi olaraq rəsmən əzirdi. Belə bir ortamda olmağıma utanırdım.

Bir digəri restoranda yemək sifarişi verəndə kobud səslə ofisianta deyirdi ki, masanı silsin, o siləndə isə “dünən nazir zəng elədi ki, gəl bir oturaq, çörək yeyək, bir iki məsələni məsləhətləşək” kimi söhbətlər edirdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *