Samodiszeplina
Sual və cavablar bölməsi

İnkişafımız üçün 3 əsas faktor

Sual. O-dan başlayıb özünü inkişaf, müvəffəqiyyət üçün 3 əsas faktor.

Cavab

Məqsəd – məqsəd olmadan, bizim gündəlik, həftəlik, aylıq və illik zəhmətlərimizin və səylərimizin mənası qalmır. Hədəfimizə doğru gedərkən ruhdan düşdüyümüz zaman bizi ruhlandıran, bizə istiqamət verən bizim məqsədlərimizdir.

– Bəzən mənə sual verirlər : “Mənə oxumaq üçün bir kitab məsləhət edin”. Hansı məqsədlər üçün? Hansı xüsusiyyətinizi inkişaf etmək üçün? Hansı bilikləri almaq üçün? İstiqamətimiz və məqsədlərimiz üçün bu sualları cavablandırmadan biz enerji və zamanımızı sadəcə qeyri effektiv şəkildə istifadə etmiş olacayıq. Suallarıma aldığım cavab təəccübləndirir : “İstənilən bir kitab məsləhət edin, fərqi yoxdur”. Anladım. Fərqi yoxdursa, o zaman Pifaqor, Mendeleev və ya Lui Pasterin elmi əsərlərini oxuyun. Əgər gedəcəyiniz mənzil vacib deyilsə, o zaman hansı istiqamətdə getdiyiniz də əhəmiyyətli deyil. O zaman qarşınıza nə çıxsa oxuyun.  (“Saxla Zamanı, Gələr Zamanı” kitabından paraqraf) 

Məqsədləri olmayan insan okeana atılan bir şüşə qaba  bənzəyir – tamamən suyun iradəsinə bağlıdır, dalğalar hansı sahilə aparsa, ora da gedəcək : bəlkə isti bir yerə, bəlkə də qayalara çırpacaq. (“Saxla Zamanı, Gələr Zamanı” kitabından paraqraf)

Əzmkarlıq – əzmkarlıq həm istedad, həm dahiliyi əvəz edən bir xüsusiyyətdir. Əzmkarlıqla əlaqədar olaraq Avraam Linkolnun sözlərini  belədir : “”Dünyadaheçnə əzmkarlığı əvəz edə bilməz. Nə istedad –ətrafımızda nə qədər uğur əldə edə bilməyən istedadlı insanlar var… Nə dahilik – dəyərləndirilməyən dahilik artıq normal bir haldır. Nə təhsil – dünyada təhsilli narazı insanlar çoxdur.
Yalnız əzmkarlıq, qətiyyət və ağır əmək insanı kəskin formada dəyişdirir”

Disiplin – hədəflərimiz nə qədər güclü olsa da, nə qədər dəqiq və detallı planlar yazsaq da,nə qədər də biz əzmkarlıqla işləməyə hazır olsaq da, ətrafımızda baş verən hadisələr və insanlar bizə mənfi təsir göstərə bilər və belə hallarda motivasiya və həvəs azalması və ya bunların tamamən aradan qalxdığı dövrlər olur. Belə bir halda biz özümüzü dənizdə hədəfə doğru üzən edən bir qayıq olaraq təsəvvür etsək, bizim yelkənlərimizə güc verən və hədəfimizə doğru qayığımızı aparan külək bizim movtivasiyamızdır. Amma külək hər zaman eyni istiqamətdə əsməz… Və küləyin tərs istiqamətdə əsdiyi və bizim də motivasiyanın zəyif olduğu və ya tamamən olmadığı hallarda bizim köməyimizə qayıqda olan mühərrik gəlir. Bu mühərrik, bizim üzərimizə külək nə qədər də güclü əssə də, bizi istiqamətimizə doğru götürəcək. Bu mühərrik nədir? Güclü iradəmiz ilə dəstəklənən Disiplin. Nə qədər də ruhdan düşmüş olsaq da, nə qədər də motivasiyamız zəyif olsa da, hər günümüzü bizi gələcəyə götürən bir pilləkan olaraq görməliyik.

x_f2860854

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *