rabota_nad_soboy25.09.1211
Sual və cavablar bölməsi

İdeya mı, iradə gücü mü?

Sual : Uğur əldə etmək üçün güclü iradə mi güclü ideyamı lazımdır?

Sual müəllifi : Çinarə Qafarova 

Cavab : Bu sual kontekstində “ideya” sözünü hədəf və məqsəd olaraq qəbul etmək istəyirəm. Əks halda “ideya” sözü ümumi bir fikir anlamına gələcək.

Uğur əldə etmək üçün bir çox faktorların, xüsusiyyətlərin, şəxsi keyfiyyətlərin bir araya gəlməsi lazımdır. İki meyyar : “ideya” mı – “iradə” mi arasında seçim olsa, düşünürəm ki, birinci növbədə ideya olmalıdır. Ancaq unudmamağımız gərəkən bir məsələ var – ideya təklikdə və icra olmadan  heç bir şey ifadə etmir. İdeya vacibdir, amma yetərli deyildir. Uğur əldə etmək üçün iradə gücü də ideya ilə birlikdə çox vacibdir.

Düşünün ki, belə bir güclü ideya var : “Mən 30 yaşında Azərbaycanda tanınmış bir HR olmaq istəyirəm”. Yüzlərlə insan tanıyıram ki, belə ideyaları, xəyalları və arzuları var, ancaq onlara çata bilmirlər, çünki bu kimi düşüncələrin arxasında heç kimin görmədiyi ağır zəhmət, problemlər, nöqsanlar, bizi ruhdan salan vəziyyətlər  və uğursuzluqlar var. Bütün bunlara əlavə olaraq biz ideyalarımız üçün mübarizə də aparmalıyıq, bu istiqamətdə bizi ruhdan və həvəsdən salan insanlara və şərtlərə müqavimət göstərərək yolumuza davam etməliyik.

Nə qədər ətrafımızda möhtəşəm ideyaları olan və daim o ideyalar haqqında danışan insanlar görürük. Təəssüflər olsun ki, ideyanı reallaşdırmaq onu düşünmək və ifadə etmək qədər sadə və yüngül deyil.

Dahi və müvəffəqiyətli insanların həyatlarını yaxından analiz etsəniz görəcəksiniz ki, bu insanlar əslində böyük uğursuzluqlarla qarşılaşıblar və onları digər insanlardan fərqləndirən əsas xüsusiyyət – ruhdan düşmədən iradə gücü ilə yola davam etmələridir.

Beynəlxalq səviyyədə tanınan insanlardan misal olaraq Steve Jobsu çəkmək olar. İdeay olaraq “Apple” kimi ideal dizayn və funksiyaları olan bir kompyuter kəşf etmək ideyası vardı, ancaq o ideyasını icra edənə qədər çox sayda problemlərlə və sıxıntılarla üzləşmişdir, özü qurduğu şirkətdən güvəndiyi insanlar tərəfindən uzaqlaşdırılmışdır, ancaq ruhdan düşməmişdir.

Digər misal olaraq məşhur Wal-Mart hipermarketlər şəbəkəsi qurucusu Sam Walton ilk market olaraq “Ben Franklin” adlı marketi qurmuşdur və zərərlə işləyən marketi 5 il ərzində böyük mənfəət gətirən bir marketə çevirmişdir. Icarə müqaviləsi bitdikdən sonra marketi ondan almışdılar, və bu onun həyatında aldığı ən böyük zərbələrdən biri olmuşdur. Eyni anda o öz memuarlarında qeyd edir ki, bu mənim aldığım ən güclü və ən bahalı dərslərdən biri olmuşdur.

 

Unudmayın – bizi gücləndirən qalibiyyətlərimiz deyil; bizi gücləndirən məğlub olduğumuzda apardığımız mübarizədir. Mübarizə aparmaq üçün isə iradə lazımdır.

rabota_nad_soboy25.09.1211

Leave a Reply

Your email address will not be published. Required fields are marked *