227
A TƏLİM və KURSLAR

RƏHBƏRLƏR üçün İdarəçilik Təlimi 2.ci qrup İştirakçı RƏYLƏRİ

     2 Fevral tarixində Rəhbərlər üçün İdarəçilik Təlimi artıq 2.ci qrup üçün keçirildi. Fərqli sahələrdən olan rəhbərlər və mütəxəssislər üçün 1 günlük təlimdə Azərbaycana idarəçilik, peşəkar inkişaf, biznesin idarə olunması, ünsiyyətin qurulması, müştəri psixologiyası kimi fərqli mövzularda danışdıq və fikirlərimizi paylaşdıq.

      Hesab edirəm ki, keçirilən təlim haqda ən doğru məlumatı məhz elə iştirakçılarından almaq olar və buna görə də təlim iştirakçılarının bəzilərinin RƏYLƏRİNİ paylaşıram.

 

     Salam Fəxri bəy

     Təliminiz məni özüm və əsas da iş həyatım barədə elə ciddi şəkildə düşünməyə vadar etdi ki, hansına görə sizə təşəkkür edəcəyimi bilmirəm. 

     Sizi facebookda əvvəldən az-çox tanısam da, etiraf edim ki, təlimin effektini bu qədər gözləmirdim :-) .

     Şirkətimizlə əlaqəli təlimləriniz başladığı gündən bu yana komandamızda və iş həyatına baxışımda baş verən dəyişikliklər möhtəşəmdir. 

     Çəkdiyiniz əməyin Azərbaycanda sahibkarlığa gələcək illərdə daha böyük töhfələr verəcəyinə inanıram və sizinlə məhz bu il tanış olma imkanı tapdığıma görə özümü xoşbəxt sayıram.

     Düşünürəm ki, sizin kimi insanlar Azərbaycanımız üçün həmişə lazımdır. 

     Gələcəkdə daha sağlam və daha böyük rəqabətə tab gətirə bilən, daha dayanıqlı sistemi olan bir şirkət olacağımıza, sizinlə dostluğumuzun uzun illər davam edəcəyinə inanıram. Təşəkkürlər Fəxri bəy…

     Mahmud Məmmədov

     Texno Gallery şirkətində mağaza rəhbəri

     Təlim haqda məlumat almaq üçün bu linkə keçid alın (keçid almaq üçün yazını klikləyin) : İDARƏÇİLİK TƏLİMİ HAQDA MƏLUMATLAR

     10 illik iş həyatımda bir  çox treninqlərdə iştirak etmişəm,  amma ilk dəfədir ki, təlimçinin başladiğı enerji ilə  təlimin  bitirdiyini gördüm. Sanki Fəxri bəy öncədən mənim problemlərimi  araşdırıb və hər şeyi menim üçün hazırlamışdır .

     Bu görüşün iş həyatımda  ciddi dəyişikliklərə səbəb olacağını düşünürəm .

     Her şeyə görə çox sağolun!

     Günay Qurbanova Əli qızı

     AzeriMed LLC – Apteklər Nəzarətçisi

 

     İlk öncə,təlimdən cox məmnun qaldığımı bildirib,iştirak üçün şərait yaradan insanlara və Sizə təşəkkürümü çatdırıram.

     Peşəkar və şəxsi inkişaf yolunda – gec də olsa – başladığım dəyişikliklərlə yanaşı bu təlimə qatılmağıma yanılmadığıma əmin oldum.Enerjili və pozitiv keçən zamanda,dərin mesajlardan bir çox vəziyyətlərə yenidən və doğru mövqedən baxmağım gərəkdiyini anladım.Önümüzdəki zamanın kəmiyyətindən xəbərimiz olmadığını düşünərək,öyrənəcəklərimizdə və tətbiq edəcəklərimizdə tempimizi artırmalı olduğumuzu,dəyişəcəklərimizə bəhanə gətirmədən ,həmən –indi ,ancaq “Fil” misalı ilə başlamalı ,”Qurbağa” olsa da “yeməli”olduğumuzu daha doğru yollarla göstərdiniz.Mən bunu bacararam-düşüncəmi “restart” elədiz.

      Bir daha Sizə təşəkkür edirəm!

      Uğurlarınızın davamını diləyirəm!

     Günel Əbdülqadir

     AzeriMed MMC Apteklər şəbəkəsi – Daxili Audit şöbə rəhbəri

 

     Size onu demek istiyirem ki menim ucun sozun esl menasinda bu vaxta kimi bele telim kecmemisdim cox sergilere getmisem cox sirket rehberleri ozlerinen danisiblar bele eledik filan pesman qulaq asmisiq sadece bize motivasiya olmuyub sadece dinliyib gelmisik. Sizin telime geldiyimde sizin videolari izlemisdim tebbi ki videolar ayri telim ayri men o telimde heyat hekayesi dinlemedim mene faydali melumatlar verdiz meselen nesiller felsefesi sonra  olumlerine 1 hefte qalmis xesteler ve bir iki kitab var ki olarida qeyd etmisem oxuyacam insallah. Ve sonda onuda diyim sizden cox ilham aldim oz uzerinizde calisib bu yere gelib cixmaniz ve biz gencler ucun calisib bele telimler edirsiz ki bizde sizden yararlanib vizyon genislendirek bir yerde eyni sey etmiyek geleceye dahada mohkem tutunaq. Heyat cox rahat cox qesengdi sadece planli etsek her seyi hecne cetin olmaz ve prablem yasatmaz. Bunuda siz demisdiz telimde cox xosum geldi bu sozdenden. Tesekkur edirem.

     Rauf Cəlilov

     Texno Gallery mağaza müdiri

 

     Salam Fəxri bəy.

     Təlimdən gözlədiyimdən artıq təəssuratlar aldım. Maksimum müsbət enerji ilə gözəl həftəyə başladım. Sizdən öyrəndiklərimi işdə və şəxsi həyatımda tətbiq etməyə çalışıram. Daha doğru planlama ilə işlərin planlı şəkildə irəlilətməyə çalışıram. Təlimin mənim həyatımda şəxsi inkişafımın üçün doğru seçimlər etməyə köməy edəcəyinə inanıram. Sizdən xahişim axşam toplantılarıının geniş və iştirakçı sayının çox olmasıdır. 

     İbrahim Abdiyev

     Total İT, Texniki şöbə müdiri

 

     Прежде всего хочу поблагодарить Вас за уделенное нам время.

     Хочу заметить, что на протяжении 8 часов, я получил очень много энергии. Темы, которые Вы затрагивали, могут положительно повлиять на результаты, как в нашей работе, так и в жизни в целом. И это не просто слова!

     …Много чего осело в голове – улыбка, не только лицом, но и всем телом, контроль и сдерживание эмоций, развитие и индивидуальность, моббинг, Медиланд :) Билл Гейтс, Арнольд Шварценеггер, жаба, слон, работник спец служб, который мог по мимике и жестах определять говорит человек правду или нет…

     … очень хочу прочитать много литературы, которую Вы советовали: о психологии, языке тела, великих людях, здоровье, конфликтологии и т.д. Планирую бросить курить… правильно распределять свое время… не давать волю эмоциям…  

     И самое главное, я познакомился с таким человеком, как Вы… (буду стараться постоянно знакомиться с новыми людьми)

     Всего не опишешь словами в одном мэйле. 

     Больше всего мне понравилось, что на тренинге были реальные примеры, реальных компаний, брендов, которые в той или иной мере известны у нас в стране, их слабые и сильные стороны.

     Что касается тренинга – мне кажется, Вы постарались за один день охватить много разных направлений, чтобы каждый из присутствующих  сделал для себя выводы и постарался что-то изменить именно в том, где у него слабая сторона…  

     В целом остались только положительные эмоции. 

     Спасибо Вам! Надеюсь эта встреча была не последней!

     Владлен Зайцев

     AzerMed MMC – Aktiv kosmetika şöbə müdiri

 

     Salam Aleykum Fəxri bəy. Bir qədər gec yazdığım üçün üzrlü sayın. Düşünürəm ki, təlimdə olduğumuz 9 saat müddətində çox maraqlı və faydalı söhbətlərin şahidi olduq. İstər toxunduğunuz mövzular, istərsə də başınıza gələn təcrübədən bəhs etdiyiniz hadisələr, eləcə də həyat tərziniz belə hesab edirəm ki, yalnız mənim deyil təlimdə iştirak edən hər kəsin diqqətini çəkmişdir. Ümid edirəm ki, bundan sonra da görüşlərimiz komanda olaraq daha da maraqlı və dəyərli olacaqdır. Sizə işlərinizdə uğurlar arzulayıram!

     Shovgi Amiraslan

     QA/QC mühəndisi

     Təlim haqda məlumat almaq üçün bu linkə keçid alın (keçid almaq üçün yazını klikləyin) : İDARƏÇİLİK TƏLİMİ HAQDA MƏLUMATLAR

222 223 224 225 226 227 228 229 2291 2292 2293 2294

     Təlim haqda məlumat almaq üçün bu linkə keçid alın (keçid almaq üçün yazını klikləyin) : İDARƏÇİLİK TƏLİMİ HAQDA MƏLUMATLAR

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin