id
Məqalələrim

İdarəçilik kursu 8.ci və 9.cu QRUP iştirakçı RƏYLƏRİ

     Yanvar 2018.dən tədris edilməyə başlayan İDARƏÇİLİK KURSU artıq 8.ci və 9.cu qrupla üçün keçirildi. Kursda iştrak edən müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin sahibkarları və rəhbərlərinin yazılı RƏYLƏRİNİ Sizlərlə paylaşırıq.

 

     Rəvan Babayev

     Akkord kərpic zavodları Baş Direktoru

     “İdarəçilik bir elimdir!” Kurs  bu cümlə ilə başladı!!!

     Bunu iki gün ərzində keçirilən kursda Fəxri müəllim peşəkar təcrübəsinə əsaslnaraq hər tərəfli izahını verdi.  İki gün ərzində  verdiyi dinamik enerji sayəsində vaxtın necə keçdiyini bizlərə hiss etdirmədi.

     Kursun  özəlliyi isə onda idi ki , rəhbərlərə  kursda şirkətin unikal dəyərlərinin üstün tutulmasından, rəhbər şəxsin brendləşməsinə kimi hər bir məqam detallarına kimi izah olundu.  En əsasi bu kursun fərqi, Biznes kurs komandasına üzv olan rəhbərlərin  müxtəlif tədbirlərdə  yenidən bir araya gəlmələridir.. 

     Bunun üçün Fəxri müəllim Sizə təşəkkür edir və gələcək fəaliyyətinizdə  ügurlarınızın bol olmasını arzulayırıq. Bu arada köməkçiniz Hüseyin bəyi unutmaq olmaz – kurs zamanı götərdiyi qayğı və diqqətə görə minnətdarlığımı bilirirəm.

     Azər Cəlilov

     Avtolüks Azərbaycan, Brend Manager 

     Salam Fəxri Bəy,

     İlk öncə belə bir kursun qurulmasına və təşkil edilməsinə Sizə təbrikimi və təşəkkürümü çatdırmaq istərdim.

     Bu kimi kursların təşkili Azərbaycan sahibkarlarının və iradəçiliyinin inkişafı üçün vacib bir amildir. Kurs boyu sahibkar və idarəçiliyin incə və vacib məqamlarını əhatə edən həm nəzəriyyə, həm planlama, həmdə iş dünyasından maraqlı faktlar və praktiklər əhatə edilərək bilik və inkişafımız üçün vacib məqamlara toxunuldu. İki gün çox maraqlı, keyfiyyətli, interaktiv və pozitiv keçdi. Xaricdə aldığım digər kurslardan mənim üçün əsas iki önəmli məqam oldu;

  1. Yerli iş dünyasından maraqlı praktikaların paylaşılması, müzakirəsi və həlli yolları
  2. Kurs bitdikdən sonra belə mütəmadi təşkil olunan görüşlər, birlik və dostluq

     Kurs başlamadan öncə otağa girişimiz və kurs bitdikdən sonra otağı tərk etdiyimiz zaman məsələlərə yanaşma, inkişaf etdirməli olduğumuz vərdişlərimiz və ümumilikdə düşünmə tərzimizin müsbət yöndə dəyişdiyini gördük.

     Sonda, sahibkar və idarəçi bütün həmyoldaşlara kursa qatılmağı tövsiyyə edirəm. Profesionallığımız vərdiş halına gəlməlidir onun üçündə bizə bu kimi kurslar vacibdir.

 

     İdarəçilik kursu haqda məlumat almaq üçün bu linkə keçid alın : İDARƏÇİLİK KURSU

 

     Nərmin Məmmədova

     Avrasiya Təcrümə şirkəti Təsisçisi və Direktoru

     İlk öncə bildirmək istərdim ki, kursdan yüksək motivasiya ilə ayrıldım.

     Təlim zamanı Azərbaycanda müxtəlif şirkətlərdə çalışarkən qazandığınız təcrübənizdən bölüşdüyünüz fikirlər və ip ucları mənə çox maraqlı və faydalı oldu.

     Bəzi fikirlərimin pozitiv yöndə dəyişdiyini müşahidə etdim. 

     İkinci gün keçirtdiyiniz praktiki tapşırıqlar düşünürəm ki, biznes sahəsində aldığım ən vacib dərslərdən idi. 

     Gələcəkdə bu və ya buna bənzər görüşlərin olduğu zaman iştirak etməyi düşündüyümü indidən bildirmək istərdim.

     Səmimi münasibət üçün ayrıca təşəkkürlər. 

      Elşad Hüseynov

     “SMART HOME” şirkətinin təsisçisi və Azərbaycanda ilk yerli istehsal olan “ELSMART” Ağıllı Ev markasının yaradıcısı.

     Əvvəla kursa dəvət etdiyiniz üçün sizə səmimi təşəkkürümü bildirirəm.

     Günlük normal iş saatımız qanunlarla 8 saatla məhdudlaşmağına baxmayaraq rəhbərlər və idarəçilər bilirlər ki, bizlərin günlük iş saatı çox zaman gecə saatlarına qədər sürür və hətta istirahət günlərimizi də əlimizdən alır.

     Və biz daim bundan şikayət edirik. 

     Əslində məndə digərləri kimi idarəçi, rəhbər olmaq istəyəndə hər şeyin daha asan olacağın düşünürdüm. Amma real iş həyatının çox saylı enişli-çıxışlı yollarının bir elm kimi öyrənməli olduğumu bilmirdim.

     Fəxri bəyin kursda Sokratdan bizə sıx-sıx xatırlatdığı bir misalı qeyd etmək istərdim.  : “İdarəçilik bir elmdir və onu öyrənmək lazımdır”. 

     Bəli həqiqətən də kursda olduğumuz müddətdə Fəxri bəy bizə sübut etdi ki, bu bir elmdir və bu dəyərli təcrübəni Azərbaycanın hansısa Ali Məktəblərində heç 4 il oxusaqda əldə edə bilmərik. Çünkü çox zaman olduğu kimi nəzəriyyə praktikanı tam əks etdirə bilmir. 

     “İdarəçilik bir ruh halıdır və rəhbərin bir anda verdiyi qərarla formalaşır”. 

     Fəxri bəy sizə xüsusi təşəkkürümü bildirirəm ki, bu qədər geniş və məzmunlu professional idarəçilik həyatınızı bir yerə toplayaraq bizimlə bölüşdünüz. 

     Mən bu kursda öyrəndiklərimi gələcəkdə öz iş fəaliyyətimə tətbiq edərək real iş həyatımın asanlaşmasına kömək edəcəyinə inanıram. Və bu məqalənin oxuyucularına onuda bildirmək istərdim ki, bu kurs sadəcə Fəxri bəyin  professional iş həyatının toplusu deyil eləcədə peşəkar Networking üçündə çox dəyərli bir ortamdır. 

     Kursda tanış olduğum dəyərli insanlara təşəkkür edirəm, sizləri tanımaq çox xoşdur. 

     Rasif Dünyyamalı

     Bağçam Uşaq Bağçaları Şəbəkəsinin Qurucusu

     EDU Co. Management & Consulting Şirkətinin Direktoru

     Mən iş adamlarının təlimdən daha çox kitab oxumasının və konsaltinq xidməti ilə fərdi işləməsini daha məqbul hesab edirdim. Fəxri müəllimin sahibkarlar və rəhbərlər üçün təlimində iştirak etdikdə bu fikirimin tam əksi ilə qarşılaşdım. Çünki bu təlim həm ağlımdakı bir çox informasiyaların sistemləşməsinə səbəb oldu həm də təlim zamanı təlimçinin təqdim olunan problemlərə konsultant kimi məsləhətlər verməsi baxımından çox faydalı oldu.

     Təlimçi zəngin və müxtəlif sahələrdəki təcrübəsi əsasında təlimi praktiki şəkildə təşkil etmişdir. Həmçinin təlimin iştirakçı sayının az olması da təlim zamanında fərdi yanaşma və iştirakçıların ünsiyyəti baxımından çox faydalı olmuşdur.

     Sahibkarların və rəhbər işçilərin iştirakı tövsiyyə olunur. Siz bu təlim vasitəsilə məsələlərə başqa bir prizmadan baxacaqsınız, biliklərinizi sistemləşdirəcək və praktiki biliklər əldə edəcəksiniz. 

     İdarəçilik kursu haqda məlumat almaq üçün bu linkə keçid alın : İDARƏÇİLİK KURSU           

      Azər Bayramov

     Set Group Satış Direktoru

     İlk öncə sizinlə keçirdiyim maraqlı iki gün üçün sizə dərin munnətdarlığımı və təşəkkürlərimi bildirirəm. 

     Təlimlə əlaqədar qısaca olaraq aşağıdakıları deyə bilərəm:

     Uzun müddət idi ki, təlimlərdə iştirak etmirdim. Mənim üçün bildiklərimin təkrarlanması və yeni insanlarla tanışlıq üçün əla bir fürsət oldu. Bir çox təlimlərdə iştirak etmişəm. Lakin etiraf etməliyəm ki, bu təlim bir çoxundan fərqli keçdi. Xüsusilə verilən biliklərin praktiki misallarla mükəmməl formada əsaslandırılması, təlimin canlılığı və dinamikliyi, iştrakçıları yormadan, hətta vaxtın nə zaman keçdiyinin fərqində belə olmamağımız, təlimin möhtəşəmliyinin göstəricisidir.

     Fəxri bəyin təlimlərində  içtirak etməyi (xüsusi ilə gənc və yeni sahibkar və rəhbərlərə) şiddətlə tövsiyyə edirəm. 

 

34066363_10155905277773649_2068981124821942272_n 34138869_10155905276993649_4700858550333734912_n 34408908_10155908139473649_8248841818498662400_n 35988182_10155953679028649_1462530759079231488_n 36027548_10155953974098649_4695981065213313024_n 36064442_10155956163693649_965362013662347264_n

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *