Gördüklərim, eşitdiklərim

İdarəçilik və ayı təlimi :)

Bu gün bir şirkətin idarəçilərindən biri ilə danışdım. Daim xidmətlərindən faydalandığım firmadır (ad vermirəm). İdarəçiyə şikayət etdim ki, belə də olmaz, xidmət səviyyəsi çox aşağıdır, belə davam etsəniz itirəcəksiniz müştərilərinizi. Dedi ki, burda yeni müdür var, bütün hər şeyi artıq düzəldir. “Bəs əvvəli müdür necə oldu?” -soruşdum.
“Elə buranı bu günə qoyan o oldu da”- dedi.
“Bəs ona deyən olmadı mı ki, belə olmaz, şirkəti yaxşı idarə etmək lazımdır?”-soruşdum.
“Oooo.. Mən çox dedim, amma o öz cibini güdürdü. Sonunda bilirsən nə dedim ona, müəllim?”
“Nə????”
“Dedim ki, Moskvada sirkdə ayılara velosiped sürməyi 6 ayda öyrədirlər, mən isə sənə 8 ildə adam olmağı öyrədə bilmədim!!!!!!!!”…….
Bu yerdən sonra artıq dedilərini eşidmədim smile emotico

Leave a Reply

Your email address will not be published. Required fields are marked *