ramin foto
Məqalələrim Müsahibələrim

Həyat qaydalarım

24 Mart tarixində Autograph jurnalında Lifestyle bölmünüdə mənim Həyat Qaydalarım dərc olunmuşdu

43 yaş. Peşəkar idarəçi, biznes məsləhətçi və biznes trener,  motivasiya spikeri, bloqçu, yazıçı, idmançı-marafonçu.

 

Mən yırtıcıyam. Elə ki hədəf müəyyən edildi, mən yavaş yavaş, ehtiyatla və uzun müddət ona doğru gedirəm. Son sıçrayış – və hədəf mənimdir. Qarşıma hədəf qoyduqda, sona qədər getmək, günlərlə yatmamaq, yeməmək və içməmək kimi daxilimdə total bir qətiyyət olur. Hədəfdən başqa gözümə heç nə görsənmir.

Təqaüd? Mən özümü təqaüdçü olaraq görmürəm. Hətta xəstəxanada əməliyyatdan sonra belə mən məşq edib kitab oxuyurdum. İstərdim hərəkətli, aktiv, dinamik və faydalı ölümüm olsun. Hətta ölüm belə cəmiyyət üçün faydalı olmalıdır.

Heç vaxt maddi rifahı qarşımda məqsəd kimi qoymamışam. Mən hər bir şeyi ən yaxşı şəkildə edirəm, maddiyyət isə yaxşı işin təbii nəticəsidir.

Bu prinsipə inanıram “The worse, the better” («Nə qədər pisdir, o qədər də yaxşıdır»). Vəziyyətim pisləşdikcə daha çox işləyirəm. Sonra geriyə baxdıqda təəcüblənirəm ki, mən necə o çətin dözülməz vəziyyətdə uğur qazandım.

Sevirəm, hər həsin qeyri-mümkün hesab etdiyini etməyi. Sonra isə arxamca eşidirəm: «yenə bunun bəxti gətirdi». Bu, “qeyri-mümkündür” deyənlərin səsidir.

Mənim heç vaxt bəxtim gətirməyib. Heç nədə.

İstedada inanmıram. İstedadlı hesab edilən insanlar manyakca zəhmətkeş, effektiv işləyən və diqqətlərini cəmləşdirməyi bacaranlardır. Elə bu da onların «istedadlarıdır».

Mənim cavanlığım başqa ölkədə keçib. Tələbəlik illərim çox çətin idi. Tək idim, yanımda böyüklər yox idi və mən böyük səhvlərə yol verirdim. Məcbur olurdum yenidən sıfırdan başlamaq üçün həyatımdan illər silim. Bu həyat dərsi üçün mənim ödənişim idi.

Həyatımda hər bir şeyi özüm əldə etmişəm, vəhşicəsinə işləyərək. İngilis dilini mükəmməl bilirəm? Bəli. Bəxtim gətirdi. Təbii ki. Yarı ac 8 ay, həftədə 7 gün, gündə 16 saat mən ingilis dili öyrənirdim.

Uğurlar əldə edərkən, səslənən alqışlar arasında, mən itilənən bıçaqların səslərini də eşidirəm – bizim uğurlarımız hər kəsə xoş gəlmir. Lakin irəli getmisənsə, zərbələrə hazır ol. Arxadan vurulan zərbələrə də.

Hər bir şeyə özü nail olmuş  uğurlu insanın bədənində çapıqlar var. Lakin o gülümsəyir. Hətta ona o çapıqları vurmuş insanlara belə.

Tənhalıq bizim beynimizdə başlayır. Hətta bir kütlə camaatın içində belə tənha olmaq olar. Lakin arzu, xəyal, istək varsa, insan səhrada belə tənha deyil.

Ruh gücü fiziki gücdən daha vacibdir. Silahlı dovşan dovşan olaraq da qalır, yırtıcı isə hətta əlində daşla belə yırtıcıdır.

Mənim bircə düşmənim var – mən özüm. Əvvəlki həyatımda, MƏN səhər saatlarında məşq etmək üçün oyanmırdım yuxudan, ziyanlı yeməkləri MƏN yeyirdim, gündə 3 qutu siqareti MƏN çəkirdim.

Enerjimi insanları dəyişmək üçün yox, özümü dəyişmək üçün xərcləməyin lazım olduğunu anladıqdan sonra həyat mənim üçün daha rahat oldu.

Qələbə, insanın məğlubiyyətlərdən sonra ayağa qalxıb yolunu davam etməsidir. Yalnız məğlub olmağa hazır olduqdan sonra insan qalib olur. Uduzanlar isə təslim olanlardır.

17 yaşımdan mən hətta içdiyim bir stəkan suyun belə pulunu ödəyirəm.

Qarşıma elə hədəflər qoyuram ki, bəzən özüm də onlardan çox qorxuram. Bu, yüksək bir dağın qarşısında dayanıb düşünməyə bənzəyir – mən o dağın zirvəsinə necə qalxacam axı. Və ilk addımı atırsan. Və hər addımla sən zirvəyə daha da yaxın olursan

Cəmiyyətimizin bəlası – göstəriş və məsuliyyətsizlikdir.

İnanıram ki, mənə heç kim borclu deyil – nə ölkə, nə dövlət, nə valideyinlərim. Mən hər bir şeyə özüm nail olmalıyam.

Ən sevmədiyim ifadələr «5 günlük dünyadı» и «bacarana can qurban”. Birinci halda insan öz qeyri sağlam həyat tərzinə haqq qazandırmağa çalışır, ikinci halda isə cəmiyyət yalan, riyakər davranışı ört-bastır edir.

Yatırımlar edirəm. Xeyirli işlərə. Və onları dərhal unuduram. Mənə heç kim borclu deyil. Əgər kimsə mənə xoş sözlər, kömək, dəstəklə geri dönürsə, bu mənim gözlənilməz bonusumdur. 

Tənbəlliyim varmı? Təbii var. Hər gün səhər saat 5-də oyanmaq çətindir – ya məşq, ya iş.

İnanıram – mütləq biliklərə.

Mənim sevdiyim sözlərim? Ancaq ölüm anında mən təslim olaram!

Maddiyat aldadıcıdır. Bəzi insanlarda «mən» yalnız avtomobil, telefon və digər aksessuarlardan ibarətdir. Əgər bunları yığışdırsaq – vakuum qalacaq. İntellekt, mənəviyyat və əxlaq vakuumu.

Azərbaycanı çox tərk etmişəm – iş, yarışlar, istirahətlə bağlı, yalnız Azərbaycan məni heç vaxt tərk etmir. O mənim könlümdə, qanimda və canımdadır.

ramin foto

http://autograph.az/lifestyle/myrules/article-3722

2 comments

  1. Bu yazilanlari oxuyub qurtardiqdan sonra az qalam ki bogulam cunki udqunmaq yadimdan cixmisdi. Artiq demek olar ki , bir ildir sizi taniyiram sizin kitablarinizi oxuyuram semnarlarinizi izliyirem. Sizi tanidigimdan beri heyatimda koklu suretde deysiklikler olub . Neinki menim hetda yaxin dostlarimin ve qohumlarimin. Sizden aldigim o goze gorunmez enerjini inami onlarada oturmusem.

  2. Sizin bu məqalinizin bəzi yerlərində özümü gördüm.bu məqaləni oxuduqdan sonra,heçdə “hər şey itirilməyib “deyə düşündüm.Bu yazıda hər bir insan üçün bir çox ibrətlər var.Təşəkkürlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *