Gördüklərim, eşitdiklərim

Həyatdan :)

Yanımda olan hadisə, 28.04.2015
Bir gənc xanım (X) və gənc oğlan (O) kafeyə gəlirlər və aralarında keçən bu dialoq məni güldürür.

X- Burda oturaq?
O -Yaxşı, gəl burda oturaq.
X- Yox, sən elə bil ki, başqa yerdə oturmaq istəyirsən?
O -Yox, elə bura da pis deyil
X- Pis deyil – yəni tam razı deyilsən? İstəyirsən, bax orda oturad?
O- Aha, elə orda oturaq.
X- Aaaa, bəs sən bayaq burda oturmağa razılaşanda deməli səmimi deyildin???

Oğlanın üzündəki ifadəni görmək lazım idi – please restart the system to complete the installation process 🙂 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *