Məqalələrim

Həyatda ŞANS bir dəfə verilir

Ölkəmizdə yayılan əfsanə və miflərdən biri də “Həyatda şans bir dəfə verilir”dir.

Kimlərinsə uğurunda şans amilinin rolu olur. Bunu tək mən yox, hərkəs görür. Bununla bərabər hərkəs həm də bu insanların uğurlaırnın şansla gəldiyi kimi, şansla əllərindən çıxdığının da şahidi olur.

Davamlı, əsaslı və xarici meyyarlara bağlı olmayan müvəffəqiyyət üçün insan ANCAQ özünə, öz gücünə, bilik, savad, təcrübə və şəxsi keyfiyyətlərinə arxalanmalıdır.

Əks halda insanın müvəffəqiyyəti davamlı olmayacaq və uzun müddət çəkməyəcək. Buna görə də bu tərz insanlar “həyatda şans ancaq bir dəfə verilir” kimi düşüncəyə sahib olurlar.

Belə bir hal düşünün : bir insan “ali təhsillidir”, kiçik adsız şirkətlərdə və ya dövlət qurumlarında kiçik vəzifələrdə işləyib, gələcək üçün heçbir perspektivi olmayıb. Dövlət qurumundan kənara çıxdığı anda maaşsız və işsiz qalacağından əmindir. Özünü “idarəçi” hesab etsə də, bilir ki, ilk müsahibədə özündə “idarəçi” sözünün heç “i” hərfinin olmadığı aşkar ediləcək.

Bir qohumunun dəvəti ilə onun özəl şirkətində rəhbər vəzifəyə gətirilir. Bu adam üçün bu həqiqətən də bir şansdır. Buna əlavə olaraq, bu adam həqiqətən də haqlı olaraq hesab edir ki, həyatda şans bir dəfə verilir, çünki ona heç bir özəl şirkətdə sıravi operator işini belə etibar etməzdilər. Buna görə də “rəhbər” olan və əlində ciddi mali imkanları olan bu insan “həyatda şans bir dəfə verilir” sloqanı altında çapıb talamağa başlayır şirkəti.

Bu kimi hadisələr nəticəsində də ölkədə miflər və əfsanələr yaranır : “qohum olmadan iş tapmaq mümkün deyil”, “ancaq tapş lazımdır”, “həyatda şans bir dəfə verilir”.

Qətiyyən elə deyil. Bunun sübutu isə ikinci insan misalında görüləcək.

Digər insan oxuyub, özünü inkişaf etdirib, daim seçdiyi peşədə irəli getməklə bərabər əziyyət çəkib və xarici dil öyrənib, ölkədə biznes sahəsində tədbirlərlə iştirak edir və peşəkarları tanıyır və özünü tanıdır. Bu kimi insan üçün hər görüş şansdır, çünki belə peşəkarı hərkəs işə almaq istəyər. Bu peşəkarın iş tapma, işsiz qalma kimi dərdi yoxdur.

Peşəkar insanları motivasiya etməyi bilir, emosional intellektin nə olduğunu bilir, əməkdaşlar və müştərilərlə doğru ünsiyyət qurur, biznes prosedurları tənzimləyir, standartları tətbiq edir, müştəri məmnunluğu, sadiqliq sistemləri kimi fərqli müasir texnika və alətlərdən istifadə edir, və ən əsası, işə peşəkarları cəlb edir, çünki inanır ki, ancaq peşəkar komanda ilə güclü nəticə əldə etmək mümkündür.

Digəri nə edir? “Qohumumdur, canım ona qurbandır” deyir vəəslində haqlıdır da : bilik və savad olmayanda, canından başqa verəcəyi heç nə yoxdur.

Nəticə? Şirkətin sahibi görür ki, can verməklə iş getməz və peşəkarları işə cəlb edir. “Rəhbər” görür ki, işləri, nəzarəti və maddi imkanları itirir. Nə etməlidir? Doğrudur…. Bilik və savadla rəqabət apara bilməyəcəyinə görə keçir klasik fənlərə : torba tikmək, dedi-qodu, şər atmalar vs.

Azərbaycanda hər şey dəyişir. Iş dünyası, sahibkarların düşüncə tərzi. Və artıq hərkəs anlamağa başlayır ki, bizim iş dünyamızın yeganı çıxış yolu ƏSL PEŞƏKARLARDADIR, kim ki canını yox, EFFEKTİV 8 saatını verəcək işi və müştəriləri üçün.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *