Fəxri Ağayevin bloqu

Həyatda balans

Sual :  Sizin dediklərinizə əməl edirəm, yəni əsasən vaxt barədə, daha çox oxuyuram, və buna görə də ətrafımdakılara, ailəmə az vaxt ayırıram. Müvəffəqiyyət qazanacağıma əminəm. Bəs uğur əldə etdikdən sonra tək qalmayacammı? Bunun üçün Sizin yaşınıza çatanda peşman olacam?

Sual müəllifi : Jalə Məmmədova

Cavab :  Zamanın idarə olunması və şəxsi effektivlik mövzusunda təlim və seminarlarıma başlayanda toxunduğum birinci mövzu “Həyatımızda balansdır”.

ggg

Həyatımızda balansın və bütövlüyün olması üçün karyeramız və maddi imkanlarımız, ətrafımızda olan insanlarla ünsiyyətimiz, mənəvi dünyamız və sağlamlığımız çox vacibdir. 40 yaşına qədər maddi imkanlar əldə edərək müvəffəqiyyətli işadamı olan ancaq ailəsinə zaman ayıra bilməyən insan nə qədər müvəffəqiyyətli hesab edilə bilər? 50 yaşına çataraq karyera edən və bunun uğrunda sağlamlığını itirən haqqında “müvəffəqiyyətli insandır” demək olar mı?

Həyatımız ayrılmaz bir bütovdür və hər sahədə əldə etdiyimiz müvəffəqiyyətlər digər sahədə verdiyimiz qurbanları kompensasiya etməyəcək.

Seminarlarımda toxunduğum digər mövzu odur ki, hər birimizin hər gün 24 saatımız var və biz bu saatların bölgüsünə baxanda belə bir mənzərə ilə qarşılaşırıq :

  • Iş həyatı ən az 8 saatımızı alır ;
  • Yuxu – həkimlər iddia edirlər ki, 8 saat yatmalıyıq ;
  • Yol və nəqliyyat – 2 saat ;
  • Sağlamlıq, ünsiyyət, dostlarımız, sevgi, şəxsi və peşəkar inkişafımız üçün cəmi 6 saat zamanımız qalır, 8 saat işdən və 2 saat yoldan sonra yorğun və əsəbi 6 saat.

 

Zamanın idarə olunması və şəxsi effektivlik texnikalarının da ana məqsədi ondan ibarətdir ki, biz zamanımızı və enerjimizi ancaq işə, karyeraya və peşəmizə xərcləməyək;  həyaımızda vacib olan mənəvi dəyərlər, valideyinlərimiz, ailəmiz və sağlamlığımıza da zaman ayıraq.

kreativ_134

Leave a Reply

Your email address will not be published. Required fields are marked *