Cahan
Kitabların xülasəsi

Fəallıqdan Qorxma

Cahan İsmayılzadə tərəfindən “Fəallıqdan Qorxma” kitabının xülasəsi

Bu kitabda biznes dünyasının ən nüfuzlu simalarından biri kimi tanınan facebook-un baş əməliyyat direktoru Sheryl Sandberg özünün professional yolunda nə kimi əngəllərlə rastlaşdığından danışır.

Eyni zamanda bu kitab qadınların biznes və karyerada özünü göstərmək üçün motivasiyaverici,həmçinin bəzən qadınların iki seçim “ailə yoxsa karyera” arasında qaldıqları üçün onların ikisini də birlikdə necə idarə etməkdən, qadınların daim irəli getməsinə mane olan qorxulara qarşı mübarizədən,potensiallarını bütünlüklə göstərməkdən də bəhs edir.

Kitabda bəyəndiyim cümlələr:Cahan
1.Gözləməyin ki səlahiyyətləri gətirəcək və ayaqlarınızın altına sərəcəklər.Bu,yəqin ki,heç vaxt olmayacaq.

2.Biz gənc qadınlara düzgün olmayan istiqamət göstəririk.”Hami (himayədar) tapın və uğur qazanacaqsınız”-deməyə son qoymaq
lazımdır.Bunun əvəzinə deməliyik”Nədəsə uğur qazanın və hami tapacaqsınız”.

3.Karyerada düzgün yolu tapın və zirvəyə qədər bu yolla gedin.Bu səhnədən enəndən sonra sizin üçün yaşlı həyat başlayacaq.Bu həyatı yüksək məqsədə kökləməklə başlayın,var gücünüzlə cəhd göstərin.Özünüzdən soruşun:”Qorxmasaydım nə edərdim?” Sonra gedin və onu edin.
4.İşləyən qadınlar bir sıra üstünlüklərə malikdirlər.Maliyyə firəvanlığı,daha möhkəm ailə,yaxşı sağlamlıq və ümumən həyat səviyyəsindən razılıq həmin üstünlüklər arasındadır.

Mənim bu kitab haqqında düşüncələrim qadınların özünə inamsızlıq və ya qadınların nə edirlərsə etsinlər yenə də kişilərin onlardan üstün olması,bəzən də onlara hansısa çətin bir iş tapşırılanda bunu edib amma yenə də özünə inamsızlıq nəticəsində “bunu hamı edərdi” deyə bu fikirlərdən,eyni zamanda da kişilərin onlardan bu işi daha yaxşı etməsi və s. bu kimi fikirlərdən azad olmaqlarıdır.

“Bu kitabi niyə oxumalıyıq?” sualına gəldikdə isə düşünürəm ki, bu kitabı oxuyan hər bir qadın həm şəxsi həyatında, həm də iş həyatında müəyyən şeyləri qaydasına qoyacaqdır və müəyyən şeyləri dəyişəcəkdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *