Gördüklərim, eşitdiklərim

Facebook və qəribə insanlar

Bəzən heç tanımadığım insanlardan dostluq təklifi gəlir. Avatarda doşan, pişik, çiçəklər. “Tənha dovşan” kimi bir məna verməyən ad.
Yazıram ki, “Salam xanım, Sizdən dostluq təklifi gəlib. Biz Sizinlə tanışıq mı? Tanış deyiliksə, özünüz haqqınızda qısaca mənə yazın z.o., sonra mən özümü təqdim edərəm”.
Və mənim belə bir sualıma bəzən çox aqressiv cavablar alıram : “Sən kimsən? Özünü nə sayırsan? Sənin kimilər paçkayla qapımda durublar!!! “Minnətün” olsun!!! Əlim dəymişdi, silirəm indi təklifi”.
Aydaaaa. Mən nə dedim ki..
Təsəvvür edin ki, küçədə gedirsiniz, və tanımadığınız insan yaxınlaşıb qolunuzu tutur. Ən təbii reaksiya “Siz kimsiniz?” soruşmaqdır 

ƏLAVƏ

Profilində “Tənha dovşan, Vasmoy Cayılı, Sedmoy Lotusu, Şestoy Bratı, Ancaq $əninəm, Sən mənimsəm, Sənlu dünyam, Sənsiz ölüm” kimi ürəy ağrıdan, ciyəri dağlayan və ruhu parçalayan adları olan insanlar bu adları hansı məntiqlə təyin edir?

Və az öncə mənə bir xanım dostluq təklfi göndərdi.. Profilindəki şəklini bilmirəm necə başa salım…
“Yaşıl eynəkli adam” tamaşasında rəhmətlik Yaşar Nuriyev yoldaşına baxdığı video filmi “online” rejimdə danışır. Xanımı soruşur ki, filmdəki qız nə geyinib. O da cavab verir ki, “əynində əynidir”. Bu xanımın da fotosunda sanki əynində əyni idi smile emoticon

Leave a Reply

Your email address will not be published. Required fields are marked *