14894436_10207474597438531_964061901_o
Fexri YOL Məqalələrim

“Fəxri Yol” kitabım haqqında İLK YAZIM

     Nəhayət ki, üzərində uzun zamandır işlədiyim kitabımı yazdım bitirdim və 23.12.2016 tarixində dostlarım və yaxın çevrəm üçün Marriott otelində təqdimatını keçirdim.
cover

     Kitab nə haqqındadır?

     Kitab, kiçik yaşlarından etibarən beyninə yeridilən stereotiplərlə yaşayan, qidalanmasında heç bir sistem olmayan, həyatındakı fiziki aktivlik ancaq ofis içində gəzmədən ibarət olan, uzun illər boyunca gündə üç (!) paket siqaret çəkən və çəkisini 120 kiloqram üzərinə çıxaran insanın həyatında inqilabi dəyişikliklər edərək, pis vərdişləri sonlaması və marafonçu olması haqqındadır.

     Hər bir kitabın bir tarixi var və bu kitabın da özünə məxsus, 2009.cu ildən başlayan bir tarixi var.

     2009-cu il. Şəxsiyyətimi təsdiq edən sənədə görə gənc, fiziki, mənəvi, səhhət vəziyyətimə görə yaşlı insan. 35 yaşında böyük sürətlə uçuruma doğru gedirdim və sonunda dolğun uzun ömür və erkən ölüm arasında seçim etmək zorunda qaldım.

     Bu yaşa qədər nələr baş verdi?

     18 il siqaret çəkdim,  əlavə olaraq qidalanmam standart –  “yaxşı”, “doğru”, “hərkəsdə olduğu kimi“ idi, həyatımda heç bir formada fiziki aktivlik yox idi, çünki “çox məşğul idim”, ”zamanım yox idi”. Karyera və sağlamlıq arasında seçim etməli idim, hər şey ailə və övladlarım üçün idi. İstirahət sözü isə əlimdə pultla divanda uzanmaq və nə isə yeməkdən ibarət idi.

     35 yaşımda çəkim 120 kq-a çatdı, ürək-damar xəstəliklərindən, qara ciyər ağrılarına qədər müxtəlif  “xəstəliklər buketi” sahibi oldum. Bu vəziyyət  gündəlik həyatımda ən sadə durumlara belə təsir etməyə başladı və mən bu problemlərin həllini, günahı başqalarının üzərinə atmaqda görürdüm. Sağlamlığı satın almaq istəyirdim.

     Siqareti passiv şəkildə tərgitməkdən iynə terapiyasına qədər olan bütün yolları sınadım. Çəki azaltma mövzusunda, arıqladan dərman preparatları, çaylar, müxtəlif növ massajlar və s. bu kimi yollara əl atırdım. Özüm üçün əlimdən gələni edirdim. Əgər nəsə kömək edirdisə, bu ancaq qısa müddətdə təsirli olmaqla bərabər, orqanizmimə ciddi yan təsir edərək zərbə də vururdu.

     “Tənbəllik edərək sağlam olmaq istəyən insan, susmaqla səsini gücləndirəyəcinə inanan biri kimi sadəlövh davranır” – deyən Plutarx sonuna qədər haqlı idi.

     Şüuraltı anlayırdım ki, məndən başqa heç kim mənə yardım edə bilməz. Böyük iradə gücü ilə həyatımı dəyişdirməyə başladım və birinci növbədə düşüncə tərzimi, beynimdə olan stereotipləri qırmağa çalışdım və daha sonra da özümü tanıma və inkişaf yoluna çıxdım.

     Dəyişikliklərimin nəticəsi: Siqaret çəkməyi tərgitdim, 3 ayda 120 kq-dan 78 kq-a qədər arıqlayaraq, 40 kq üzərində çəki itirdim.

     Ancaq bu, buzdağının görünən və üst hissəsidir. Bu kitab, məhz buzdağının görünməyən hissəsi–bu yolu NECƏ keçdim, nələr baş verdi, səyahətim zamanı hansı səhvləri etdim və ən böyük düşmənimiz olan nəfsimlə və şüuraltı stereotiplərlə necə mübarizə aparmağım haqqındadır.

page-2

     Niyə kitab yazmağa qərar verdim?

     Dəyişdim. Dərimin rəngindən, daxili orqanlarımım ağrılarına qədər bütün problemlərim aradan qalxdı. Vəhşi bir enerji gəldi mənə – yorğunluğun nə olduğunu tamamilə unutdum.

     Ətrafıma baxdım… Və anladım ki, mənim kimi bu gün həyatı yaşayan on minlərlə insan var Azərbaycanda. Bu gün karyeraları uğrunda sağlamlıqlarını qurban verən, ən sadə qidalanma qaydalarını bilməyən, həyatında idman və fiziki aktivliyi olmayan insanlar mənim etdiyim bütün səhvləri edirlər.

     Anladım ki, mən öz təcrübələrimi insanlarla paylaşmalıyam.

     Bu kitabın çox müvəffəqiyyət olacağına inanıram. Səbəbi isə çox sadədir. Biz daim bu kimi hadisə və hekayələri amerikalılardan, avropalılardan eşidirik. Amma qərb ölkəsindən bir insan bizə etdiklərini və nailiyyətlərini başa saldığı zaman bizdə ilk reaksiya “bu bizdə mümkün deyil, xaricdə ola bilər ancaq” tərzində olur. Amma mən isə, çəkisi 120 kiloqram olan, 18 ilə yaxın zamanda siqaret çəkən, qida və fiziki aktivlik rejimi olduqca pis olan bir insan dəyişmişəmsə, və bu gün çox fərqli sahələrdə işləyirəm, fəaliyyət göstərirəm, peşəkar və şəxsi həyatım aktiv və dinamikdirsə, demək ki. bunu hərkəs bacarar.

     Kitabın ALQORİTMİ çox sadədir

     Mənim  ÖNCƏKİ dövrüm – mən necə DƏYİŞDİM – və mən SONRA necə oldum.

  • Mən ÖNCƏKİ dövrdə necə idim, qidalanmağım, fiziki aktivliyim, hansı səhvlərə yol verirdim, psixoloji vəziyyətim necə idi, dəyişmək istəyim haqqında.
  • Mən necə DƏYİŞDİM hissəsində, doğru dəyişmə yolunu tapana qədər etdiyim sayca çox səhvlərim haqqında, çıxış yolunu axtarmağım
  • Mən SONRA necə oldum bölümündə mənim dəyişdikdən sonra həyat tərzim, fiziki aktivliyim, qidalanma rejimim. Buna əlavə olaraq, idman, sağlam həyat tərzi, faydalı qidalanma, gündəlik fiziki aktivlik və psixolojik

     Kitabın Qiyməti 12 AZN.dir

     Hardan əldə etmək olar?

     Partnyorlarıma və dostlarıma sadiq olduğuma görə, yenə də eyni məkanlarda satılacaq kitabım

     – Özsüt kafe, Atatürk parkı.  

     – Baku Roasting Company. Ünvan : Yasamal Ələskər Ələkbərov Küçəsi 12 (Space Tv-nin yaxınlığı) 

14858566_10207474597398530_1618495470_o

     Kitabın son mərhələyə qədər gəlməsində çox dəyərli insanların zəhməti var. Tərcüməni edən Günay xanım, redaktor və korrektor Gülnar xanım, kitabın adının və qapaqda olan yazılar, dizayn və tərtibat işlərinə görə məni çox gözə hiss edən dostum Xətai, kitabın nəşr edilriyi “Red N Line” və bütün istəklərimi yerinə qısa müddətdə yetirən rəhbəri Xəqani bəyə dərin təşəkkürümü bildirirəm.

     “Fəxri YOL” mənim ikinci kitabımdır. Fəxri edirəm və sevinirəm ki, müxtəlif sahələrdə çox sayda fəaliyyət göstərməyimə baxmayaraq Azərbaycana, xalqımıza, ölkəmizə fayda verəcək bilik və təcrübələrimi paylaşmaq məqsədi ilə kitab yazmağa zaman və enerji ayırıram. 

15590423_10154434879088649_8883714211698039393_n

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

 

 

 

One comment

  1. Faxri bay! Sizi tebrik edirem buyurdugunu kimi biz ‘bashari’ ‘deyishim’ beynimizin idare edilmesi haqqinda Amerika ve Qerblerden olan kitablardan oxumushuq. Mumin Sekman, Deal Carnige, Valeri Selnikov, Rovin Sharma ve.s. Hesab edirem ki, bu kimi movzulata insan telabati boyukdur. Sizin dilinizden bu kitab bize cox maraqli olacagina eminem . Sebirsizlikle kitabinizi alib oxuyacam !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *