_MG_8822
Sual və cavablar bölməsi

Fəxri Ağayevin məqsədi

Sual. Hormetli Fexri Agayev. Telebeleri, ish axtaran gencleri maariflendirmekde esas meqsediniz nedir? Ne ucun size qizildan deyerli olan vaxtinizi serf edib bu telimleri ve seminarlari kecirdirsiniz?
Cavab. Gərgin iş rejimimimə, etdiyimi biri birindən fərqli işlər, idman, yarış və məşqlərim, kitab yazmaq kimi işlərimə baxmayaraq Bakı Mingəçevir, Gəncə, Lənkəranda minlərlə gəncə hər ay seminarlar verirəm. Tarix boyunca nəsillər arası anlaşmamazlıq olmuşdur : yaşlı nəsil gəncləri müxtəlif mövzularda tənqid etmişdir daim. Tənqid normaldır və olmalıdır da. Amma bununla bərabər, və bəzi hallarda tənqiddən daha da vacibi bizlər gənclərimizə DƏSTƏK olmalıyıq. Səhvlərini görüb tənqid etməklə iş bitməz – doğru yolu göstərmək lazımdır. Amma doğru yolu göstərən insan özü də doğru yolu gedən insan olmalıdır ki, sözlərinə etibar edilsin.

Mənim zamanımı və enerjimi bunun kimi seminarlara xərcləməyimdə ana məqsədim – Azərbaycanın gələcəyi olan gənclərin özlərinə güvən qazanmaları üçün motivasiya etməkdir. Mən əminəm ki, hər bir insan Azərbaycanda müvəffəqiyyətli ola bilər – “müvəffəqiyyət” sözünün tam anlamında. Və insan öz şəxsiyyəti, ləyaqəti, özünə hörməti itirmədən, harama bulaşmadan bu müvəffəqiyyəti əldə edə bilər. Və bu əminliyimi gənclərə vermək istəyirəm.

– Təəssüflər olsun ki, bir çox hallarda müvəffəqiyyət maddi imkanlar, vəzifə və buna bənzər xarici məyyarlara və göstəricilərə görə dəyərləndirilir. Gənclərə başa salmaq istəyirəm ki, əzmkarlıq, ağır zəhmət, məqsədlərə bağlılıq hər zaman öz bəhrəsiniz verəcək. Ancaq bunun üçün səbirli olmaq və çətinliklər qarşısında ruhdan düşməmək lazımdır.
-Gənclərə başa salmaq istəyirəm ki, müvəffəqiyyətli insanlara “istedadlıdır” deyərək biz öz üzərimizdən məsuliyyəti kənar məyyarlara və şəraitə atırıq. “İstedadlı”dır dediyimiz hər bir tanınmış insan – idmançı, siyasətçi, musiqiçi, alim, işadamı – ancaq və ancaq ağır zəhmət və əzmkarlığı sayəsində müvəffəqiyyətli və “istedadlı” olmuşdur.
– Gənclərə başa salmaq istəyirəm ki, hər şeyi cəmiyyət, dövlət, hökümətdən gözləmək lazım deyil. Biz hər birimiz öz üzərimizdə işləməliyik – və ancaq karyera və maddiyat nöqteyi nəzərindən yox – bütün mövzulara.
– Gənclərə başa salmaq istəyirəm ki, ölkəmizdə iş dünyasında bilikli və özünü inkişaf etdirmək istəyən insanlara çox böyük ehtiyac var.
– Gənclərə başa salmaq istəyirəm ki, bizim gələcəkdəki vəziyyətimiz – maddi imkanlar, sağlamlıq, ətrafımızda olacaq insanlar – hamısı öz seçimimizin nəticəsidir, və bunun məsuliyyəti tamamən bizim üzərimizdədir. Biz hər gün seçim edirik – siqaret ya da idman, kitab ya da televizya – və bu seçimin tam məsuliyyəti bizim özümüzdədir. Əslində bizim bu gün əldə etdiklərimiz dünənki səylərimizin nəticəsidir.
– Gənclərə başa salmaq istəyirəm ki, “təcrübə” nisbi bir anlayışdır və qarşımıza çıxan problemlər eynidir. Bizi fərqləndirən – bu problemlərə qarşı olan bizim davranışımız və səhvlərimizdən çıxardığımız nəticələrdir və aldığımız dərslərdir.
– Gənclərə başa salmaq istəyirəm ki, rəqabəti digərləri ilə deyil – ancaq özümüzlə aparmalıyıq. Və biz gün bir öncəki gündən bir addım iləridə olmalıyıq.
– Gənclərə başa salmaq istəyirəm ki, liderlik digərlərini idarə etmək deyil. Liderlik ilk öncə özümüzü, öz nəfsimizi və iradəmizi idarə etməkdir.
– Gənclərə başa salmaq istəyirəm ki, vəziyyətiniz nə qədər də pis olsa da, durumu sizdən daha da pis olan insanlar – bizim bacı və qardaşlarımız : qocalar evlərində qalan yaşlılar və böyüklərimiz, kimsəsiz uşaq evlərində bir sığala ehtiyacı olan balalarımız var. Bunları heç bir zaman unudmaq lazımdır.
Və öz seminarlarımda gənclərə başa saldığım bir çox mövzular var, və ümid edirəm ki, məlumatlar gənclər üçün gələcəkdəki həyatlarında faydalı olacaq.
Mənim zamanım, hərkəsin zamanı kimi dəyərlidir. Ancaq mən gənclər üçün keçirdiyim seminarlara hazırlıq zamanı, seminar vaxtını və seminardan sonra olan ciddi yorqunluğu zaman və enerji xərci kimi deyil, gələcək üçün –Azərbaycanın gələcəyi üçün – investisiya olaraq dəyərləndiriəm.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *