IMG_20150918_0752431
Kitabların xülasəsi

Elan və Dəvət

Oxuduğunuz kitab haqqında maraqlı fikirləri, ideya və düşüncələri Siz də hərkəslə paylaşın!!!!

Bloqumda yeni bölüm açdım – “Kitablar Qısaca”. Bu bölümdə oxuduğum kitabların xülasəsini yazaraq bloq oxuyucularımla paylaşacam.

Hesab edirəm ki, biliklərimizi sistemləşdirərək cəmiyyətlə paylaşmaq vacibdir.

Buna əladə olaraq, hər birimizin zaman və imkanımız olmur kitab oxumağa. Bunun üçün isə kitab oxuyanlar oxuduqları kitabın ana fikirlərini sistemli şəkildə yazaraq digər insanlarla paylaşa bilərlər.

Paylaşmaq imkanı hər bir birinizə verilir!!! 

Bunun üçün nə etmək lazımdır? Kitab oxuduqdan sonra kitabın ana fikiləri aşağıda olan qaydalara görə yazılır, daha sonra mənə mail ilə göndərilir. Mən də bu yazını kitabın şəkli ilə bərabər bloqumda bu bölümdə yerləşdirəcəm.

Beləliklə, hər birimiz müxtəlif kitabların ana fikir və ideyaları ilə tanış olmuş olarıq.

 Kitab xülasəsi ilə əlaqəli  qaydalar bunlardır.IMG_20150918_0752431

  • Dil – Azərbaycanca ;
  • Səhifə sayı : maksimum 3 səhifə ;
  • Format : kitab ana strukturu yazılmalıdır ;
  • Kitabda ən çox bəyəndiyiniz cümlələr, ifadələr, fikir və düşüncələr (ən az 3 olmalıdır) ;
  • Bu kitab niyə oxunmalıdır? 3 cümlə və ya 3 arqument ilə.
  • Fahriagayev@yandex.ru adresinə göndərmək olar

Düşünün ki, burada hər ay 40-50 kitab paylaşımı olsa, hər ay hər birimiz 40-50 kitabı oxumadan onların ana fikirləri haqqında məlumat və bilik əldə etmiş olacayıq.

Gənclərdən xahiş edirəm ki, bu elanı paylaşın ki, sayımız artsın.

 

4 comments

  1. Salam, Fəxri müəllim. Gözəl təşəbbüsdür. Dəstək olmağa çalışacam və indi bir kitabın xülasəsini verdiyiniz qaydalara uyğun hazırlayıb sizə göndərəcəm.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *