Kach Welch
Kitabların xülasəsi

Əfsanəvi Jack Welch – idarəçilik kralının 10 sirri

Jack Welch Dünyanın ən müvəffəqiyyətli liderlərindən biridir. Etalon olan General Electric amerikan korporasiyasının 45 yaşında rəhbəri photoolmuşdur. Şirkəti tamamən transformasiya etmişdir və yeni bir format halına gətirmişdir.

Jack Welch idarəçi olaraq əsas uğurlarından bunları qeyd etmək olar :

– 31.03.1981-dən noyabr 1999.cı ilə qədər General Electric korporasiyasının hissə qiymətlər 4 dollardan 133 dollara yüksəldi;

– 1981.ci ildə 27.2 milyard $ olan satışları 173.22 milyard $ səviyyəsinə yüksəldi; mənfəət isə 1.6 milyard $-dan 10.7 milyard $ oldu.

 

General Electric korporasiyası haqqında : çox fərqli sahələrdə fəaliyyət göstərən korporasiyadır.

İstehsal etdiyi məhsullar : müxtəlif növ texnika, lokomotivlər, enerji qurğuları, nüvə reaktorları, qaz turbinləri, aviasiya motorları, tibbi avadanlıq, məişət avadanlıqları və işıqlandırma texnikası, plasmas məhsullar.

2015.ci ildə dünya şirkətləri arasında həcminə görə 9.cu yerdədir.

ge

General Electric-ə rəhbər təyin edildikdən sonra böyük sürətlə fəaliyyətə başlayır. Birinci növbədə şirkəti daha çevik etmək üçün ixtisarlara başlayır. Qısa bir müddət ərzində 100.000 nəfərə yaxın insan işdən azad edilir. O dövrlərdə ona “Neytron Jack” ləqəbi verilir : neytron bomba kimi insanları qırırdı və ancaq boş binalar qalırdı.

Təəccüblü deyil ki, o zamanlar Jack nə General Electric-də, nə də korporativ aləmdə populyar deyildi.

Rəqəmlərə baxsaq :

1981.ci ildə şirkətin gəlirləri 27.2 milyard $ olmuşdur. Mənfəət 1.65 milyard $.

Işçi sayı 440.000

1997.ci ildə gəlir 79.18 milyard $ olur. Mənfəət 7.3 milyard $. Işçi ayı isə azalır : 260.000

 

Ona sual verirlər : “Bu qədər insanı işdən çıxardıqdan sonra nələr etməyi planlaşdırırsınız?” Jack Welch 20 professor və konsultantları işə cəlb edir və yeni konsepsiya üzərində iş başlayır.

Jack Welch-in idarəçilik tərzinin əsas 10 hissələri bunlardır:

1. İnsanlara yatırım edin. Komanda böyük əhəmiyyət kəsb edir.

2. Bazarda dominant olun …. və ya çıxın. Seçim sadədir. Onun şirkəti ya birinci, ya da heç olmasa ikinci olmalıdır.

3. Heç bir zaman durmayın. Jack dinlənmədən General Electrici enerjisi ilə doldururdu.

4. Servis haqqında düşünün. General Electric Jack Welch-dən öncə ancaq istehsalçı firma idi. Məhs Jack Welch bu korporasiyada xidmət sahəsini başlatdı. Indi isə General Electric həm istehsal həm də xidmət təqdim edən korporasiyadır

5. Keçmişi unudun və gələcəyə baxın.

6. Öyrənin və rəhbərlik edin. Müasir lider korporativ diktator deyildir. O özü aktiv şəkildə öyrənməlidir və irəliye gedməlidir.

7. Mürəkkəbləşdirmək lazım deyil. Jack Welch bütün mövzularda açıq və sadədir və fikirlərini emosional şəkildə ifadə edir.

8. Bürokratiyanı ləğv edin. Bürokratiya inkişafın qarşısını alır.

9. Korporativ insan. Bütün ömrünü bir korporasiyaya həsr edən insandır. Bir çox insan bir şirkətdə illərlə işləyəndən sonra inkişafında durmuş olur. Ancaq Jack Welch rəhbərlik etdiyi illərdə belə inkişaf etməyə davam edirdi.

10. “Mağaza” idarə edin. Jack General Electric korporasiyasını bir mağaza kimi idarə edirdi. Eyni dəyərlər verirrdı : keyfiyyət və xidmət, dövriyyə.

 

Jack Welch unikal bir insandır və onun müvəffəqiyyəti də qeyri adidir. Buna baxmayaraq hərkəsin onun karyerasında istifadə edə bilcəyi universal qaydalar var. Bu qaydalar bunlardır :

  • Inqilabi dəyişikliklər edin – binanı yarımçıq təmir etməyə çalışmayın.
  • Daim dəyişin. İnsanın və ya şirkətin özündən razı olması ölümcüldür. Hər zaman irəli gedin.
  • Ətrafınıza doğru insanları toplayın.
  • Daim inkişaf edin. Bir və ya on şirkətdə işləməyinizdən asılı olmadan sizin şəxsi inkişafınız aldığınız maaşla deyl, əldə etdiyiniz vərdiş və bacarıqlarla ölçüləcəkdir.
  • Sadə olun. Nə edirsinizsə sadə edin.
  • Müvəffəqiyyəti planlaşdırın. Siz sabahınıza görə məsuliyyət daşıyırsınız.
  • Səhv edin. Siz ya səhv etdikdən sonra onları nəzərə alaraq öyrənirsiniz, ya da onları unudursunuz. Səhvləri diqqətə almamaq uğursuzluğa gedən yoldur.

 

Bəyəndiyim cümlələr, fikir və məlumatlar

  • Bütün yaxşı liderlər kadrları yetişdirirlər, pislər isə onlara maneələr törədirlər; yaxşı liderlər öz davamçılarına xidmət edirlər, pislər isə əsarət altına alırlar;
  • 90-cı və daha sonralə illərin dünyasında arıq menecerlərə və rəqəmlərlə əməliyyatlar edə bilənlərə yer olmayacaq. Dünya ehtiraslı, xarizmatik liderlərə aid olacaq. Yeni liderlərin çox enerjili olacaqlar və onlar bu enerjilərini idarə etdikləri insanlara verə biləcəklər.
  • Hərəkətdə və inkişafda olmayan şirkət öləcək. Sən ya sürətlisən, ya ölüsən.
  • Öz fabriklərinin idarəçilərinə müraciət edərək, 19.cu əsrin məşhur sənayiçisi Robert Ouen bu sözləri demişdir : “Yaxşı işləyən mexanizmin insan əl əməyu ilə müqayisədə necə işləməsi və üstünlükləri haqqında hamımız bilirik. Düşünün – əgər sizdən qayğı və baxım istəyən bu avadanlıqlar sizə bu qədər böyük gəlir verirsə, o zaman niyə eyni diqqətlə insanlara da yanaşmayaq – axı insan avadanlıqdan daha da mükəmməldir.
  • “Niyə bu iclasda heçbir konflikt yoxdur? Əgər fikir toqquşması yoxdursa, bu o deməkdir ki, burada problem var:” – Michael Eisner üst idarəçiləri ilə iclasda bu sözləri demişdi. Daim qeyri müəyyənliyin hökm sürdüyü iş dümnyasında hamının həmfikir olması bir yerdə qalmaq deməkdir.
  • İdarəçilər öz ətraflarında elə insanları toplamalıdırlar ki, komanda üzvləri rəhbərin zəyifliklərinə qarşı dursunlar və bunları öz güclü tərəfləri ilə tamamlasınlar.

Bu kitab niyə oxunmalıdır? “Fortune” jurnalı tərəfindən “20.ci əsrin idarəçisi” seçilən bir insanın fikirlərini, düşüncə tərzini, qərar alma əsaslarını və məntiqini anlamaq ÇOX vacibdir.

 Kach Welch

  

P.S. Siz də oxuduğunuz kitablarda olan vacib, maraqlı və faydalı  məlumatları digər insanlarla paylaşmaq istəyirsinizsə, xülasələri bu “Elan və Dəvət”də yazılan qaydalara görə hazırlayın və orada bildirilən e-mail adresinə göndərin.

 

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

3 comments

    1. Mən təşəkkür edirəm. Siz də iştirak edin – oxuduğunuz kitab haqqında yazın və mənə göndərin, burada Sizin adınızdan yerləşdirim. Sizin əldə etdikləriniz biliklərinizdən digər insanlar da faydalansınlar

      1. Təşəkkürlər Fəxri müəllim. Çox bəyəndim.Sizin yazdığlarınızı eləcədə danışıqlarınızda insan özü üçün çox şey öyrənir .Allah ömür versin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *