MG_8822111111111113445
Məqalələrim

Effektivliyimin FORMULASI

2015.ci il ərzində fəaliyyətlərimi və işlərimi gözdən keçirəndə bir anda : “bir insan bu qədər işi necə görə bilər axı?” sualını özümə verdim.

İşlərimin siyahısı budur :

Şirkətlərdə idarəçilik və konsultasiyalar +

Təlimlər +

Seminarlar +

Yeni mövzuların hazırlanması +

Tədbirlərdə iştirak və çıxışlarım +

Məqalə yazmaq +

Müəllimlik +

Yarışlara hazırlıqlar və yarışlarda iştirak +

İdman (həftədə 4-7 dəfə) +

Daim kitab və məqallər oxumaq +

Kitab yazmaq +

Kitab yazdıqdan sonra çap üçün lazım olan təşçilatı işlər +

Müsahibələr, görüşlər +

Bloq üzərində işlər  +

Sosyal şəbəkələrdə aktiv fəaliyyətim +

Ailəm +

İstirahət və əyləncə.

Yoruluram mı? Əlbətdə ki, yoruluram. Həm də çox.

Günüm səhər 6.da başlayır və bəzən çox gec saatlarda bitir. Nə olursa olsun həftənin TAM bir gününü şəxsi görüşlərimə, və TAM bir gününü qızlarıma ayırıram. Hər bir insanın həyatında olması gərəkən bütün rənglər həyatımda var. Bu qədər iş görə bilməyimin və effektivliyimin formulası çox sadədir.

Effektivlik formulası = (((Böyük məqsədlər + Dəqiq Planlaşdırma) – Zaman Oğruları) x İcra x Şəxsi Effektivlik Texnikaları) x (Disiplin + İradə gücü)

Bu formulanın açıqlaması isə belədir : məqsədlərimizə əsasən planlarımız olur və bu planları icra edərkən Zamanımızı oğurlayan bütün məqamları həyatımızdan çıxarırıq və başlayırıq Planları İcra Etməyə; burada bizə Şəxsi Effktivlik Texnikaları lazım olur ki, maksimum məhsuldar olaq; bunun üçün isə Disiplinİradə gücü lazım olur.

eff for

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *