Düşüncələrim Gördüklərim, eşitdiklərim

DİLLƏR HAQQINDA 

30.09.2015

Dilləri qarışdıran insanlar haqqında daim statuslar yazıram və onları qınayıram. Bu mövzuda görüşlərim belədir :

Mən məktəbdə Rus sektorunda oxumuşam. Klassik rus dilliyəm. Universitetdə təhsilim tamamən ingilizcə olub. İngilizcə çox yaxşı bilirəm. Uzun müddət səfirliklər və beynəlxalq təşkilatlarda SİNXRON tərcüməşi işləmişəm.
Türkiyədə 10 il yaşamışm. Türkcə danışanda mənim xarici olduğumu anlamaq mümkün deyil.
Ən əsası – Azərbaycanlıyam. 
Dil bilmək faydalıdır, yaxşıdır, amma dilləri qarışdırmamaq lazımdır. Dillərin hər birinə hörmət olaraq.
Daha da vacib – dil bilgisini digərlərinin gözünə üstünlük olaraq soxmaq ayıbdır. Ümumiyyətlə, digər insanlardan bizi fərqləndirən heç bir xüsusiyyətmiz üstünlük olaraq istifadə edilməməlidir.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *