туннель_город_железная_дорога
Düşüncələrim Məqalələrim

Demək istəyib, deyə bilmədiklərimiz

Bir dəfə xaricdə bir dostumla söhbət edirdim. Uzun zamandır görüşməmişdik. Və növbəti görüşümüzün nə zaman olacağını bilmirdik. “Kim bilir, nə zaman görüşəcəyik?” dedi. “Bəli” – cavab verdim. Heç kim bilmir. Və görüşəcəyik mi heç? Bəlkə mən burdan çıxanda avtomobil qəzası keçirəcəm və illər sonra “Mən Fəxrini tanıyırdım, normal, adi və sıradan insandır” deyəcəksən.”
Növbəti anda nələrin olacağını təxmin belə etmirik.
Yaşıdlarımın övladları kiçikdir. Hərkəs övladlarını böyüdüb başa çatdırmağı, ali təhsil alacağının şahid olacağını düşünür. Amma fərqli səbəblərə görə dünyasını dəyişənlər də olur. Onlar, övladları böyüyəndə, demək istədiklərini deyə bilmirlər.
Nə qədər 15-20-25-30 yaşına çatmış və valideyinlərini kiçik yaşlarında itirən gənclər, valideyinlərinin olmamasının, onlara dəstək olacaq sözlərin əksikliyini yaşayır.
Həyatımızın sonuna qədər, son nəfəsimizin anına qədər qalan zamanı heç kim bilmir.
Və düşündüm ki.. Kimsə bunu düşünərək övladları üçün “Demək istədiklərim” adlı bir yazı yazır mı ki, uşaqları çətin anlarında bu yazıları oxusunlar və valideyinlərindən mənəvi dəstək alsınlar?
туннель_город_железная_дорога

Leave a Reply

Your email address will not be published. Required fields are marked *