12351680_10205284544088566_1387990489_o
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Bu kitab niyə oxunmalıdır?

     “SAXLA ZAMANI, GƏLƏR ZAMANI” kitabı oxucularının bu kitab NİYƏ OXUNMALIDIR sualına cavabları

     Ziya bəy bu kitabı oxumağa başlayanda belə bir status yazmışdı : “Ilk sehifesini acdim. Yerli yazar, yerli mehsul. Deyilenlere gore Azerbaycan realliqlarini eks etdiren ferdi inkishaf kitabidir. Bezdik, John-lari, Albert-leri oxumaqdan)))). Cox sevindirici haldir. Ugurlar Fexri muellim.“

     Ziya Rəcəbov

     Bank Respublika İnsan Resursları Direktoru 

 

     Yatan ruhu, oyandırmaq üçün bu kitab oxunmalıdır. Başlayacam deyib də başlaya bilməyənlər üçün bu kitab oxunmalıdır. Zamanı, enerjini, sağlamlığını düşünənlər oxumalıdır.

     Toyuq olub qartallarla uça bilməyəcəyik əsla, qartallarla uçmaq üçün bu kitab oxunmalıdır..

     Azər Rzayev

     Sky Bridge şirkətinin Satış Üzrə Meneceri.

 

     Men kitabı oxudum, bitirdim ve belə dedim ” Kaş bu kitab mənim əlimə 10 il qabaq dusəydi”

     Bax, “kaş” sözünü demək istəməyən istənilən gənc uçun xüsusi ilə tələbələr üçün kitab olduqca qiymətlidir.

     Əliağa Ağabəyli

     İnformasiya Texnologiyaları Mərkəzi TOR Veb Proqramlaşdırıcı

 

     – Bu dünyada həyat insana bir dəfə verilir və bu həyatı necə gəldi yaşamaqla biz ən azından yaşlandıqda peşman olacağıq bu səbəbdən kitab oxunmalı və yaşanmalıdır.

     Zaur Hacili

     Database Administrator, AZERCELL

 

     Bu kitab tükənməz motivasiya verir insana və kitabı 1-2 dəfə yox, 10 dəfə  oxusaq da azdır. Hər gun oxumalı kitabdır. Goturüləcək çox şey var.

     RƏVAN HƏMİDZADƏ 

     Bu gün JW Marriot.da işləyən və gələcəkdə 5 ulduzlu bir oteldə General Manager olma yolunda əmin addımlarla gedən 

 

     Niyə bu kitabı oxumalıyam ?

     1.Bu kitabı oxumalısınız çünki,yazılanlar müəllif tərəfindən dəfələrlə sınanmış, bu gündə həyatında icra etdiyi texnikaları və ya bu gündə əzmkarlıqla daha böyük uğurlar əldə etmək istəyini oxumağa ehtiyacınız var.

     2. Əgər bu günə qədər məqsədlərinə çatmaq üçün yetəri qədər əzmkarlıq göstərdiyini , yetərincə çalışdığını düşünürsənsə amma yenədə tam istədiyin nəticəni əldə edə bilmirsənsə ,burada səbəb düzənsizlik,plansızlıq və ya lazım olan texnikalardan istifadə etməmək ola bilər və ya bu deyimlə ümumiləşdirsək: Problemi həll etməkdə ən böyük səhv eyni yolla dəfələrlə cəhd etməkdir.Bu yaşadığım problemə ən böyük töhvəni kitabda geniş izah olunan “Fil Texnikası” önəmli dəstəyi verəcək.

     3. Bu kitabı oxumalısınız çünki, hədəfinizə gedəcək yolda güclü motivasiyaya ehtiyacınız var və bunu bu kitabda tapacaqsınız…

     Ramin Fərəcullayev,

     Odlar Yurdu Universiteti tələbəsi 

 

     Kitab nə üçün oxunmalıdır?

     Hələ də məqsədi olmayan ancaq universitetdə konkret ixtisas üzrə oxuyan hər bir tələbə, faktiki çalışdığı iş yerində özünə yer tapa bilməyən hər bir işçi və ya ümumiyyətlə özünü inkişaf etdirmək istəyən hər bir insan  üçün motivasiya edici bir kitabdir. Sadəcə kitab deyil, buna illərlə sinaqdan keçmiş öz təcrübəsini paylaşan Azərbaycanlı yazarın kitabıdır.

     Elnur Quliyev

     Bank Standard. Filial direktoru

 

     Bu kitab bütün insanlar üçün fayda əldə edilə biləcəyi bir kitabdı.Bütün yaşlar üçün nəzədə tutulub.Məqsədi olmayan insan belə bu kitabdan sonra məqsədlərini müəyyənləşdirib həyatını inkişaf etdirməyə davam edəcək.,sözün əsl mənasında insanı yuxudan oyadır.. Fəxri Ağayev bu kitabla məncə yekun olaraq bunu demək istəyirdiki “Zamanınızın,sağlamlığızın ətrafınızda olan dəyərlii insanların,ailənizin ,və həyatınızın qədrini bilin.MOTİVASİYA ilə ancaq irəli”

     Vüsal Hüseynov,

     Baku Electronics, Kredit Mütəxəssisi

 

     Bunu yeniyetmələr oxumalıdır – Allahın bizə ən böyük payı olan zamanı dəyərləndirmək üçün. Ötən dəqiqə, gün geri qayıtmaycaq. Sizin beyniniz bu günki qədər “informasiya” aclığı keçirməyəcək, bu günkü qədər təmiz, məlumatlar üçün açıq olmayacaq. Zamanı, bu günü qiymətləndirin, bu “ac” beyini dəyərli məlumatlarla “yemləməyi” öyrənin.

      Bunu tələbələr oxumalıdır – gələcəkdə diplomlu işsizə çevrilməmək üçün. Həyatda daimi tələbəliyin nə olduğunu anlamaq üçün.
       Bunu mütəxəsislər oxumalıdır – bu gün əldə edilən bilik sabah artıq köhnəlmiş olacaq, zamanı dəyərləndirin, zamanı idarə edin.
       Bunu “ikinci gəncliyinə” qədəm qoyanlar – 40 yaşı adlayanlar oxumalıdır. Səhhəti qorumaq, sağlam həyat tərzini bərpa etmək üçün 40 yaş elə də gec deyil . Heç 50 yaş da gec deyil. Dəyər almaq istəyirsən, dəyər verməyi öyrən. Ətrafınıza, həyatınıza, peşənizə və özünüzə dəyər verməyi öyrənin – Fəxri müəllimlə birgə !

     Cəmil Əsədov       

 

     Bir  şeyin  şahidi  oldum – Fəxri  müəllimin kitablarını  alanlar  və  almayanlar kimlərdir?

  • Alanlar: Həyatda  uğurun  olduğuna  inananlar, müəyyən  zirvəyə  nail  olanlar , lakin  bu  zirvə ilə  kifayətlənməyib  daha  da  uğur  qazanmaq  istəyənlər.
  • Almayanlar : “Bura Azərbaycandır…”  , “Filankəsin  bəxti  gətirdi”, “ Yəqin  adamı var”  deyə  düşünüb, uğurlu  adamlara  qısqanclıqla  seyirci  olan,diploma ümid  bağlayıb  evdə  iş  gözləyənlərdir.

    Aydın  Şahid 

     Sumqayıtlı  gənc  yazar,

 

     Dörd ay bundan öncə olduqca kompleksli adam idim və özümü aşağı qiymətləndirmədən çox əziyyət çəkirdim. Artıq universitetin dörduncü kursunda oxuyacaqdım amma gələcəyimlə bağlı heç bir planlarım yox idi. Bu kitab həyatıma yeni impuls gətirdi! Mənim məqsədim yarandı və mən isdədiyim hər şeyə çata bilmək iqtidarında olduğumu anladım.

     Mircavidan Niftullayev,

     Azərbaycan Turizm və Menecment Universiteti, 4.cü kurs Tələbəsi

 

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Kitabevim.az

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *