6327_1
Sual və cavablar bölməsi

Böyük biznes və İdman

Sual : Avropa oyunları zamanı qeyri sağlam qida məhsullarının idman oyunlarına sponsorluğu ilə bağlı məntiqi bir açıqlama verə bilərsiniz mi?

Sualın müəllifi : Günel Şıxıyeva

Cavab :

İdman nədir və idman sözü nə anlama gəlir?

Birinci növbədə təklif edirəm ki, “idman” və “müasir idman” sözlərinin nə olduğuna biz qərar verək. İdman – sağlamlıqdır, gümrahlıqdır, enerjidir. Idman insanları sağaldır və ömrünü uzadır. Beynəlxalq yarışlarda və turnirlərdə bizim gördüyümüz isə artıq klasik “idman” sözünə TAM uyğun olan fəaliyyət deyil, çünki idmançılar saniyə fərqi və qalibiyyət əldə etmək üçün bədənlərinə və sağlamlıqlarına zərərli olan qeyri adi yükləmələr verirlər. “Müasir idman” artıq sağlamlıq, uzun ömürlülük və gümrahlıq vermək çərçivəsindən çoxdan çıxmış vəziyyətdədir.

Rusya Federasiyası Səhiyyə Nazirliyi “İdman və balet travmaları və reabilitasiya Mərkəzi” mütəxəssisləri fikirlərinə görə, böyük beynəlxalq idman yarışlarında mükafatlara layiq görülən 100 idmançıdan 98 nəfəri qızıl və gümüş medallarla bərabər ağır travmalar alıblar : sümüklərin mürəkkəb sınıqları, əzələ yırtıqlaları, xroniki ürək və əsəb sistemi xəstəlikləri. Düşünün ki, bir dəfə çempion olan insanın bir il sonra iştirak etdiyi yarışlarda yaxşı nəticə göstərməməsinə hirslənirik; ancaq bilmirik ki, öncəki qalibiyyətlərinə görə bəlkə də o insanın bədənində bir neçə şurup və dəmir var və hər hərəkəti onun üçün işgəncədir.

İdmanda kimyalaşma

Buna əlavə olaraq müasir idmanda artıq “kimyalaşma” prosesi gedir və bildiyimiz “idman – sağlamlıqdır” sözlərinin tərsinin şahidi oluruq. Idmançılar müxtəlif kimyasal maddələrlə bədənlərinin gücünü, dözümlülük və qüvvətlərini artırırlar, və təbiidir ki, bu bir insanın sağlamlığına kəskin şəkildə zərbə vurur. 3-5 illik müvəffəqiyyətlər üçün insan 30 yaşında artıq veteran olur və ömrünün sonuna qədər əziyyət çəkir.

Hər il yüzlərlə idmançı dopinq kontrollarda tutulur və idmandan uzaqlaşdırılır. Müasir idman haqqında artıq “idmançılar arasında yarış” kimi yox, “farmakologiya firmaları arasında yarış” olaraq danışırlar.

Son illərdə ən çox səs gətirən skandal peşəkar velosipedçi Lance Armstrongun hadisəsi olmuşdur. 7 dəfə Tur de Frans yarışında birinci olan bu idmançı 2012.ci ildə ömürlük diskvalifikasiya edildi və 1998.ci ildən etibarən əldə etdiyi bütün idman mükafatları ondan alındı.

İdmanın kommersiyalaşması

Buna əlavə olaraq idmanda artıq illərdir ki, sürətli şəkildə kommersiyalaşma  gedir və biz idmanda və idmançılarda artıq “ödəniş qabiliyyəti” olanların ön plana çıxdığını görürük. Biznesin məqsədi mənfəət əldə etməkdir və hər zaman  bu məqsədə gedən yolda cəmiyyət üçün ən faydalısını və ən xeyirli yolu axtarmırlar – adətən qısa yol seçilir.

Böyük biznes və İnsanların sağlamlığı

Böyük biznes gəlir əldə etmək üçün gündəlik həyatımızda bütün hissiyatlarımızdan istifadə edərək sağlamlığımıza ziyan olan məhsulların satışını edir.

Bunun ən bariz misalı – tütün və siqaret istehsal edən firmaların öldürücü məhsullarının satılması üçün istifadə etdikləri texnikalar və mesajlardır.  70.ci illərdə qərb ölkələrində olan siqaret reklamlarda olan mesajlara baxın.

Ana və oğulun Ataya hədiyyəsi

10502539_10152833419993649_4164101910301386888_n

Dostlarıma yeni il hədiyyəsi10959719_10152833419548649_5219055233277500924_n

Həkimlər hansı siqareti çəkir

1503413_10152833419263649_6726426197930039256_n (1)

Həkimlərin çəkdiyi siqaret10426205_10152833419288649_7060336664016961751_n

Sevgi və bərabərlik10393660_10152833419828649_7454317190339873384_n

Buna əlavə olaraq şəxsən özümün şahidim olduğum vəziyyəti  də deyim.

90.cı illərdə siqaretin ictimai yerlərdə, ofislərdə, təyyarələrdə, avtobuslarda çəkilməsi normal hal olaraq qəbul edilirdi. Mən 1991.ci ildə Türkiyəyə ali təhsil almağa gedəndə yadımdadır ki, siqaret çəkən hərkəs təyyarədə siqaretini çəkirdi və bütün oturacaqların yanında külqabı da vardı.

Buna baxmayaraq yenə də dünya inkişaf edir və insanlar bilincli və bilikli şəkildə böyük biznesə qarşı mübarizə aparırlar.

İndi isə gələk birbaşa sualımıza. Günümüzdə fast food sektoru çox böyük mənfəət əldə edən sektordur, böyük və beynəlxalq idman yarışları çox bahalı və yüksəlk  xərclərin olduğu tədbirlərdir. Belə yarışların keçirilməsi üçün lazım olan xərcləri kim ödəməyi təklif edirsə, cəmiyyətin sağlamlığına zidd olan məlumatların və məhsulların reklam edilməsi kimi vacib meyarlara əhəmiyyət verməyərək qərarlar verilir.

Necə ki, 70.ci illərdə siqaret istehsal edən firmaların məhsullarını həkimlərin reklam etməsi və satışına dəstək olması absurd və tərs bir vəziyyət idisə, o qədər də fast food və qeyri sağlam qida istehsalçıların idmana sponsorluğu absurddur. Ümid etmək lazımdır ki, illər sonra qeyri sağlam qida məhsullarına qarşı bütün dünyada insanların mübarizəsinin güclənməsi bu məhsulların da siqaret istifadəsi kimi məhdudlaşdırılmasına gətirəcəkdir.

Arzu etmək lazımdır ki, idman yarışlarında sponsorların seçilməsində ödəniş qabiliyyəti ilə bərabər həm də sponsorun istehsal etdiyi məhsulların və təqdim etdiyi xidmətlərin keyfiyyət də nəzərə alınsın.

Indi isə biz bir daha böyük biznesin ödəmə qabiliyyətinin insanların sağlamlığı və maraqlarından önə çıxmasının şahidi oluruq.

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *