23335877_10155374276468649_1418417656_o
Məqalələrim

Böyük Azərbaycan Səyahətimiz

     Uzun zamandır Azərbaycanın müxtəlif regionlarını gəzməyi planılaşdırırdım. Davam edən işlərim, yeni layihələr, görüşlər, iclaslar, çıxışlar, tədbirlər ard-arda olurdu və buna görə də işlərimin içində bir həfətlik boşluq tapmaqda çətinlik çəkirdim. 5 günlük səyahətə çıxmağa qərar verdim və öncədən fəaliyyətimi elə planlaşdırdım ki, bu zaman ərzində işlərimi məsafədən idarə etmək olsun : bəzi görüşləri və iclasları getmədən öncə keçirdim, bəzilərini video ilə keçirdim, gün ərzində müəyyən saatlarda idarə etdiyim layihələri davamlı nəzarət altında saxlamaq və digər texnikalarla yolda və istirahətdə belə olanda işlərdən uzaq qalmış olmadım.
     Hər bölgədə bir gün qalmağı düşünərək yola çıxdıq. Ilk öncə yolumuz Şamaxı üzərindən Şəki şəhərinə oldu.
     İsmayıllıda yol kənarında, yüksəklikdə, ənənəvi çay içdik. Səfərim hara olursa olsun, Bakıdan çıxanda özümə şərt qoyuram – Ağsu və ya İsmayıllıda bir çay içərik. Oranın çayının özəl bir dadı yoxdur. Və mən də özümə davamlı bu sualı verirdim – niyə axı məhz Ağsu və ya İsmayıllıda insanın oturub çay içmə istəyir – axə əksər hallarda mənim mayə qəbul etmə kimi istəyim olmur? Amma mən yenə də avtomobili yol kənarında saxlayıb çay içmək üçün otururam. Cəmi bir stəkan çay içib orada yarım saat oturmağın nə anlamı var ki?
     Səbəbi əslində çox sadədir. Bakıda biz nə görürük? Bizim ətrafımızda nələr var? Bütün organlarımız davamlı təzyiq altındadır.Gözlərimiz hər yerdə dəmir, daş və mərmər görür. Şəhərin hər yerinin tam dolu olduğuna görə 10 metrdən uzağa baxma şansımıız yoxdur. Şəhərdəki səs-küyə o qədər alışmışıq ki, heç onu eşitmirik də, amma şuuraltı bizim əsəbilərimizə təsir edir. Ismayıllıda və ya Ağsuda isə bədənimiz sözün tam mənasında bayram edir – hara baxsan, həryer yaşıllıq, uzaq məsafələrə baxmaq olur, ətraf sakitçilik və səssizlikdir, və ancaq təbii səslər gəlir : quşların ötməsi, yarpaqların küləyin əsməsi ilə titrəməsi.

23335877_10155374276468649_1418417656_o
İsmayıllıda ilk şəklimizi çəkdik

     Qəbələdə Vüsal adlı bir dostumuza zəng etdim ki, harda yemək məsləhətdir. Dedi araşdırıb zəng edərəm. “Çinar” adlı restorana getməyimizi və bizi orada gözlədiklərini dedi.         
     İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Mingəçevir, Gəncə yolu, Göygöy – yolda olduqca gözəl payız mənzərələrini gördük.

     Payız mövsümü əslində cürbəcür olur – qəmli, yağışlı, soyuq, günəşli və qızılı rənglərdə. Ağacların yarpaqları bütün rənglərdə olur. Bəzən bir ağacın alt hissəsinin yaşıl, üst hissəsinin isə sarının fərqli çalarlarında olduğunu gördük. Yarpaqlar torpağı gözəl sarı rəngdə xalça kimi örtür. Payızda meşədə sanki bir müdriklik hiss edilir. Biz, payızın ən gözəl dövrünü gördük. Saralmış yarpaqlar, tərtəmiz mavi səma, bir tərəfdə dağlar, digər tərəfdə meşələr, saralmış yarpaqlar və günəş. Sanki təbiət öz gözəlliyini tam nümayiş etmək üçün payız aylarında günəşi çıxarır.

23336298_10155374276473649_1237635744_o
23376970_10155374276538649_952532441_o

23336298_10155374276473649_1237635744_o

     Şəkiyə gedərkən yolda mavi və duman kimi görünən buludlar fonunda üstü qarla örtülü dağları gördük. İnsan təbiətə baxanda, özünü İsveçrədə hiss edirdi.
     Şəkidə bir otel seçmişdim. Otelin saytında 5 ulduzlu olduğu iddia edilirdi. “Şəki Palace”
Otaq mövzusunda bizə telefonla səhv (və ya natamam) məlumat vermələrinə və 5 ulduzlu iddiasında olan otelə qətiyyən yaraşmayan bir otaq verilməsinə baxmayaraq, orada qaldıq, çünki yeni otel axtarmağa artıq gec idi.
     Şəki, mənim ən çox sevdiyim bölgələrimizdən biridir. Uzun zaman idi ki, qızlarımı Xan Sarayı və ətrafında olan tarixi yerləri gəzdirmək istəyirdim. Əşyaları oteldə yerləşdirdikdən sonra Xan Sarayına getdik. Qala içində təmir işləri aparılır və hər yer toz-duman idi. Bizi Xan Sarayında gəzdirən bələdçi Şəkinin tarixi, Xan Sarayı və  xanları haqqında çox maraqlı məlumatlar verdi.

23376879_10155374277133649_32666036_o (1)

23376886_10155374277128649_1114369981_o

23314430_10155374277113649_138862168_o

     Qızlarım üçün çox maraqlı olan bu gəzintidən sonra çay içmək üçün məkan axtarmağa başladıq və qarşımızda “art cafe” adlı bir yer tapdıq. Xarici görünüşü belə diqqət cəlb edici olduğuna görə içəri daxil olduq və özümü xaricdə bu tərz kafelərdən birində hiss etdim.

     Divarda çox sayda şəkillər, daxili fərqli və zövqlə hazırlanan dizayn, içəridə insanın ruhunu dinləndirən, amma səbəbi sözlə ifadə edilmə bilməyən ab-hava vardı.23335915_10155374277153649_595496353_o

23336317_10155374277178649_1765912742_o

23336367_10155374277183649_462463866_o   23336370_10155374277193649_1203065826_o

23314286_10155374277188649_498576087_o

23314350_10155374277148649_326764314_o 

   Orada çay sifariş etdik və diqqətimizi qarşı masada oturan, önündə rəsm çəkmək üçün lazım olan müxtəlif alətlər olan və kitba oxuyan bir nəfər çəkdi. Qızlarımın rəsm mövzusunda suallarının olduğuna görə o adama yaxınlaşdım və divardakı rəsimlərin rəssamı onun olub-olmadığını soruşdum. Rəssamın başqa biri olduğunu deyərək, onu bizə istiqamətləndirdi. Oğlan bizə yaxınlaşdı və mən ona kafe haqqında suallar verdim. Aydın oldu ki, özü rəssamdır, həm rəsmlər çəkir, həm də ağac üzərində yandırma ilə əsərlər yaradır, kafenin sahiblərindən biri özüdür. Emiliya da, Safiyya da onları maraqlandıran suallar verdilər. Mən cavan oğlana əlavə açıqlama verdim ki, qızlarım ikisi də həkim olmaq istəyirlər, amma düşüncəm budur ki, peşələri nə olursa olsun, fərqli sahələrdə maraqlarının və hərtərəfli insan olmaları vacibdir.
     Və əlavə etdim ki, ikisinin də rəssamlığa böyük həvəsləri var.
     Kafe sahibinə zaman və diqqət ayırdığına görə təşəkküretdim və ayrıldıq. Kafedən çıxmağa hazırlaşırdıq ki, kafe sahibi əlində iki parça çay daşı ilə bizə yaxınlaşaraq, qızlaırmızla bərabər daş üzərində şəkil çəkməyi təklif etdi. Təbii ki, qızlar razılaşdı.
     Masaya oturaraq, səbirlə qızlarla söhbət etdi və onlara nəyi necə etmələri gərəkdiyini başa saldı. Bir yerdə şəkil çəkdilər və daha sonra kafedə ayrıldıq. Qızlarım üçün çox müsbət bir təcrübə oldu baş verənlər.

23377141_10155374278683649_1785949165_o

     23336204_10155374278658649_1698099153_o

     Şəkidə olan hərkəsə o kafeni mütləq ziyarət etmələrini tövsiyyə edirəm.

     Bir gün sonra, səhər yeməyindən sonra Şəkidə Kiş kəndində yerləşən məşhur Alban məbədinə, daha sonra da Mingəçevirə getməyə qərar verdik. Kiş kəndinə getmədən öncə məşhur Əliəhməd halvalarında aldıq. Mağazanın girişində yaşlı bir insanın, qarşısında da üstü ortülü, dörd ayaqlı bir müqəvva ilə otruduğunu gördüm. Pul istəyirdi. Yaxınlaşdım ona və örtü altında nəyin olduğunu soruşdum. Yaşlı insan örtüyü açdı. Canavar müqəvvası idi. Və dedi ki, bu mənim canavarım idi, özüm onu böyütmüşəm, öldükdən sonra da müqəvvasını hazırlatdırdım…
     Kiş kəndinə gedən yol kifayət qədər yaxşı idi. Kəndin içində isə məbədə gedən yollar təmir edildiyinə görə ancaq bir yol münasib idi və…. offroad başladı. Yollarına qarışıq, əziyyətli olması ilə bərabər həm də yol soruşacaq insan da tapmaq hardasa mümkün deyildi. Bir təhər məbədə gəldik çatdıq və…. anladım ki, bütün yoldakı əziyyətə dəyərmiş. Bələdçi bizi məbədin içində və kənarında gəzdirdi, maraqlı məlumatlar verdi.
23336330_10155374278813649_578129153_o

23336149_10155374278803649_1622379393_o

23432182_10155374278758649_62371991_o

  Məbəddən çıxdıqdan sonra Mingəçevirə yola çıxdıq.
     Şəki haqqında təəssüratlarımı bir neçə maddədə belə ifadə etmək olar :
     – ÇOX, amma ÇOX istiqanlı insanlar yaşayır orada;
     – Kömək və ya istiqamət istədiyimiz hərkəs bizə ancaq istiqamət göstərmirdi- adamlar bizi      soruşduğumuz yerə qədər öz yollarından çıxaraq aparırdılar. Alban kilisəsindən geri dönərkən kəndir damdar küçələrində yolumuzu itirdik – tanımadığımız və kömək istəmədiyiiz insan bizə özü kömək təklif etdi və kömək də etdi
     – Şəki ləhçəsi qulağa çox şirin gəlir. Bu ləhçəyə onların istiqanlılığını da əlavə etsək, insan özünü orada uzunmüddət yaşayan Şəkili kimi hiss edir.
     – Şəkinin çoooox gözəl təbiəti var.
     Mingəçevirə yola çıxdıq. Daha öncədən adını eşitdiyim bir oteldə otaq rezervasiya etmişdim – Ağsaray oteli. Otel təmiz, səliqli, personalı çox mədəni və bütün suallara səbrlə cavab verirdi. Otelin yerləşdiyi yer möhtəşəmdir və otaqların əksəriyyəti birbaşa Kür çayına çıxır.
23336148_10155374278938649_480721014_o

23336341_10155374278923649_1187402662_o
Səhər 07.00-da oteldən Kür çayına olan görüntü

23377329_10155374278903649_183891908_o

     Əşyalarımızı yelrəşdirdikdən sonra Mingəçevirdə məşhur MingoPark deyə bir yerə nahar yeməyinə getdik. Otelə geri döndükdən sonra isə uzun zaman tanıdığım yoldaşım və mənim ən dəyərli komanda üzvlərimdən biri Nofəl ilə oteldə görüşdük və Kür kənarında çay içdik. Otel lobbisində onunla artıq ayrılmağa hazırlaşırkən cavan bir oğlan mənə yaxınlaşdı və salamlaşdı. Kim olduğunu və hardan məni tanıdığını soruşdum. Bir zamanlar mənim tələbəm olduğunu və bu gün də Mingəçevirdə bizneslə məşğul olduğunu dedi  Həyat həqiqətən də sürprizlərlə doludur.
     Bir gün sonra səhər yeməyindən sonra ailəm Kür çayı kənarında gəzintiyə çıxdı, mən bir neçə saat işlədim, və biz, Gəncəyə yola çıxdıq. Gəncənin girişində dahi Nizaminin məğbərəsini də ziyarət etdik. Gözəl park içində olan məğbərə 

23314500_10155374280223649_1887376340_o
     Gəncədə çox sevdiyim Ramada otelində qalacaqdıq. Bu otel mənim Azərbaycanda idarəçilik tərzi və içindəki isti ab-havaya görə ən çox sevdiyim 5 ulduzlu oteldir. Bu otel və onun idarəçiliyi haqqında bir il öncə bloqumda bir məqaləm də var (məqalə linkini vermək).
     Oteldə əşyalarımızı yerləşdirdikdən sonra Gəncədə tanınan Kolorit adlı kafeyə yeməyə gəldik.  Bu kafedə yeməklərin dadlı, xidmətin yüksək səviyyədə olması, verilən yemək porsiyalarının çox böyük olması ilə bərabər maraqlı bir tərəfi də divarda və WC.də olan yazılardır. Bəzilərinin şəkillərini çəkdim :) 

121 23314279_10155374280188649_1701326114_o 23335586_10155374280193649_428236099_o 23432191_10155374280233649_1108718353_o
Yeməkdən sonra isə öncəki Sabir, indiki Cavad Xan küçəsində gəzdik. Gəncədə hər dəfə olanda, bu küçədə davamlı yeniliklər və dəyişikliklər görürəm. 

23377308_10155374280203649_359343422_o
     Axşam otelin kafesində otelin Direktoru, dostum Sərkan bəylə bərabər onun özəl resepti ilə hazırlanan kofeni içərək idarəçilik, iqtisadiyyat, biznes və bənzəri mövzularda söhbətlər etdik.
     Növbəti gün üçün bizim iki əsas planımız vardı – Göygölü ziyarət etmək və Ramada oteli əməkdaşları və idarəçiləri üçün mənim peşəkar inkişaf, karyera və komanda əhəmiyyəti mövzularında çıxışım vardı.
     Səhər yeməyindən sonra Göygölə yola çıxdıq. Göygölə gedən yolda Helenendorf adlı kiçik turistik məkanda çay içdik. Dizaynı ilə Almanyanın kəndlərini yada salan bu məkanda təmiz və səliqəli ev heyvanlarının olduğunu gördük. Gördüyümüz 2 pişik tər-təmiz və tam baxımlı idilər. Başqa hansı heyvanların olduğunu soruşduq və bizə qəfəsdə bir bülbül gətirdilər.

23335617_10155374280288649_1361430573_o

     23376924_10155374280278649_860377581_o

 23379440_10155374280273649_286637062_o

        Yolumuz davam etdik və Göygölə gedən yol bizi valeh etdi. 
     Göygölə çatdıq və gölün gözəlliyi ilə sözün tam mənasında gözlərimizi doyurduq.

23336317_10155374280563649_92708855_o

     Gəncəyə yola çıxdıq və otelə geri döndük. Qızlarım oteldə otaqda kitab oxurkən, mən Ramada oteli personalı və idarəçiləri üçün çıxış üçün konfrans salonuna endim.
     Uzun müddət böyük və məşhur otellərin rəhbəri olan Sərkan bəy öncəki təcrübələrindən bu kimi motivational çıxışların əhəmiyyətini anladığına görə, belə bir tədbiri uzun müddət mənimlə planlaşdırırdı. 100-ə yaxın otel işçiləri və idarəçiləri üçün çıxışım təxmini 1.5 saat çəkdi : Azərbaycanda biznesdə olan dəyişikliklər, iş dünyası, peşəkar karyera, şəxsi inkişaf kimi mövzularda iştirakçılarla fikir və təcrübələrimi paylaşdım.
     Çıxışım bitdikdən sonra Ramada Gəncə oteli loqosu ilə bir tort gətirildi və tortu kəsərək, bir yerdə onu yedik (yedilər) :) Mən çay içdim.

23314507_10155374280608649_1231427394_o

23336496_10155374280778649_812419550_o

23336255_10155374280818649_1731940238_o

     Növbəti gün səhər yeməyindən sonra isə Bakıya yola çıxdıq.
     5 gün, 4 gecə keçən bu istirahətimizdə toplam 1016 km yol qət etdik, ölkəmizin gözəl rayonlarını gəzdik, Şəki, Mingəçevir və Gəncdə qaldıq.
Səyahət haqqında ümumi qeydlərim :
– Aktiv istirahət oldu. Gününü oteldə keçirməklə deyil, davamlı hərəkətdə olan istirahət oldu;
– Hərtərəfli istirahət oldu. Həm səyahət etdim, həm dostlarımla görüşdüm.
– Hər gün səhər idman etdim – qaçdım, fitneslə məşğul oldum.
– Bu istirahət dövründə belə vərdişlərimə sadiq qaldım – idman, kitab, inkişaf, və cəmiyyətə fayda.
– Yeni layihələrim və kitablarım üçün yeni nəfəs və enerji aldım 
     Düşünürəm ki, bu kimi 5 günlük şəhərdən və rutinlikdən “qaçışlar” çox vacibdir ki, psixolojik olaraq da istirahət edək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *