Fəxri Ağayevin bloqu

Böhran dövründə biznesimizə 7 tövsiyyəm

 

Bu gün Azərbaycan çox ciddi və vacib dövrdədir. “Böhran imkanlardır”, “Fürsətləri dəyərləndirmək lazımdır” kimi müsbət və optimistik sözlər adətən böhranı yeni başlayanda və ya kiçik çalxantılar olanda təsirli olur.

Halı hazırda olan vəziyyət fərqlidir : biznesimiz və iş dünyamız çox dərin, uzun müddətli və çox şaxəli bir düşmə ilə qarşı qarşıyadır. Gedişat göstərir ki, 2017.ci il daha çətin olacaq.

Şirkətlərimizin və holdinqlərimizin psevdo-optimistik sloqanlar yerinə qəti və kəskin addımlar atmalıdırlar ki, bu böhrandan iflas etmədən çıxsınlar.

Birinci növbədə hesab edirəm ki, biznesimiz  bir neçə mühim məqamı diqqətə almalıdır :

  • əvvəlki güclü manat və yüksək qiymətli neft dövrü olmayacaq ;
  • bu günə olan vəziyyət hələ ən pis deyil, eniş davamı edəcək ;
  • bu kimi vəziyyət uzun müddətli olacaq.

İkinci məqam isə odur ki, şirkətlər acımasız davranmalıdırlar.

Mövcud vəziyyətdə nələr etməldir bizneslərimiz?

1. Cənab Müştəri. Başına dönün, fırlanın, nazı ilə oynayın. Gözünüzün qarası kimi qoruyun, ona zaman ayırın, onun uğrunda döyüşün. Sevin. Müştəriyə qarşı maksimum “flexible” olun.

Müştəriyə qarşı hörmətsizlik, diqqətsizlik edən əməkdaşlarınıza qarşı qəti olun və yollarınızı ayırın.

Bu gün hər bir şirkəti ayaqda tutan ANCAQ müştərisi olacaq.

2. Planlı olun. 2017ci il üçün SSENARİLƏR hazırlayın və bunlara görə görə fəaliyyət planları üzərində işləyin.  Bu vəziyyətləri düşünün və atacağınız addımları bunlara görə tənzimləyin :

  • Vəziyyətin daha da pisləşməsi ;
  • Vəziyyətin çox pisləşməsi ;
  • Kritik vəziyyət (iflasa yaxın).

Əgər bu gün ofisiniz üçün ayda 3.000 manat kirayə ödəyirsinizsə, vəziyyət 8 ay sonra DAHA DA pisləşsə, bu ofisdən çıxmaq ağlınıza gələcəkslə, niyə 24.000 manat pul xərcləyəsiniz?

Elə bu gün daha kiçik ofisə köçün və 14.000 AZN qənaət edin, çünki gün gələ bilər ki, 14.000 manatı tapmaq olmayacaq.

3. Işə peşəkar dəvət edin. Gözünüzü yumun və dediklərini edin. Həkim sizi əməliyyat edərkən necə ki, susursunuz, elə də onun işləməsi zamanı susun. Mane olmayın ona.

4. Daxili oğurluqla mübarizə aparın. Qəddarcasına. Bizim biznesin evini yıxan məsələlərdən biri daxili oğurluqdur. Qəti münasibət bildirin və acımadan oğruları işdən uzaqlaşdırın. Şirkətlərdə HƏRKƏS kimin yediyini və nə qədər və hardan “yediyini” bilir. 

5. Xərclərə TOTAL nəzarət. Bu gün ölkədə ən bahalı nədir, bilirsiniz? Nəğd pul.

Buna görə də hər qəpiyin hesabı tələb edilməlidir. Konkret fayda və nəticə verməyən heç bir xərc qətiyyən edilməməlidir. Acımadan xərclər kəsilməlidir.

Şirkətin xərc maddələri BİR-BİR analiz edilməlidir.  Xərclərə uzun müddətli baxılmalıdır.

Bir şirkətin xərclərini analiz edirdim.

10 maddə. Mənə deyilən bu tərzdə idi : “Hər biri aylıq  CƏMİ 200 manatdır”.

Ortalama ayda 2000 AZN birbaşa fayda verməyən işlər və xidmətlər üçün xərclənirdi.

Bir ildə – 24.000 AZN. Üç ildə 72.000 Hamısını çıxarıldı.

6. Effektiv olun. Ən əsası isə, insanların əməyinin effektivliyinə diqqət edin. Boş boş ortalıqda gəzən, şirkətə psixolojik və maddi yük olan insanların dərhal işdən uzaqlaşdırın. Şirkətinizi, böyük dalğalar arasında okeanda  çapaayan gəmi olaraq düşünün. Gəmiyə yük olan hər şey atılmalıdır.

Sadə misal.

Bir şirkət rəhbəri mənə “Bu üç nəfəri işdən çıxardmayaq, çünki maaşları cəmi 500 manatdır. Ayıb olan filankəs müəllimə qarşı” dedi.

Ok. Ayda 1500 manat. İldə : 18.000 manat. 3 ildə – 54.000 manat.

Və sual : “Filankəs müəllim sizə 54.000 manat verir mi? Iflas etsəniz, 200.000 manat verər mi? Yox. Nəyi gözləyirsiniz bəs?

7. Yuxarıda yazılan maddələri icra etmək üçün QƏTİYYƏTLİ olun.

 

Bəli, bu addımlar populyar, sloqanlara uyğun addımlar deyil.  Amma böhran da, iş dünyası da acımasızdır və ancaq rəqəmlərə dayalıdır. Bəzi hallarda biznes qətiyyət istəyir rəhbərdən.

 

Böhran, hər şeyin bitməsi deyil, şərtlərin, imkanların, müştərilərin, və hətta təhlükələrin belə dəyişməsidir. Bizlər də dəyişməliyik. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *