знани
Məqalələrim

Bilik gücdür?

 

     20.ci əsrin sonunda məkətbdə oxuyarkən daim eşitdiyimiz  “Bilik-gücdür” sözləri idi. Böyük sürətlə bütün sahələrdə inkişaf edən və dəyişən dövrdə artıq bilik təklikdə güc olmamaqdadır.

     Bilik, potensial gücdür. Bilik və savadla bərabər ön plana artıq bir çox keyfiyyətlər və xüsusiyyətlər çıxır. Bəzi hallarda insanın öz bilik və savadını istifadə etməsindən öncə məhz elə digər bacarıqlarını nümayiş etdirməsi lazım olur. Bunu mən sadə bir misal ilə beləanlata bilərəm.

     Bir insan düşünün, şirkətdə işləyir. Onunla bərabər o şirkətdə eyni vəzifədə onlarla fərqli insanlar işləyir. Bizim nümunə olaraq göstərdiyimiz insan digərlərindən daha savadlı və elmlidir. Amma… kiçik ammaları var. Onlar da budur ki, bu insanın nitq bacarığı yoxdur, fikirlərini sistemli şəkildə izah edə bilmir, və bunlara əlavə olaraq stresə dözümlü deyil və kiçik toqquşmada özü üzərində nəzarəti itirir.

     Aylıq iclasda hərkəs icra etdiyi işlər haqqında danışır və sıra gəlir bizim yoldaşa. Bu insan, hərkəsdən daha çox işləməsinə baxmayaraq öz işləri haqqında səthi, sistemsiz, ardıcıl olmayan şəkildə məlumatlar verir. Kənardan baxan insanlarda “bu nə danışdığını bilmir” təəssüratı yaranır. Rəhbərlərdən birinin verdiyi sual qarşısında özünü itirir və soruşulan mövzuda hər işi ən yaxşı şəkildə etməsinə baxmayaraq, tam və dolğun cavab verə bilmir.

     Indi isə düşünün – insanın savadıvə biliyi var, amma çox vacib olan bir neçə məqamda bunları nümayiş etdirməkdə çətinlik çəkir və təbiidir ki, bu onun karyerasına birbaça təsir edir.

     Nəticə?

     Bilik – gücdür, bəli, amma potensial gücdür.

     Və ancaq digər keyfiyyətlər və bacarıqlarla bərabər istifadə edildikdə bilik gücə çevrilir

знани

One comment

  1. Fəxri məllim salam. Haqlısınız. Dövrümüzdə natiqlik böyük rol oynayır. Bəs bu bacarığı inkişaf etdirməkdə nə kimi məsləhətlər verə bilərsini? Çox istərdim bu barədə məsləhətlərinizi eşidim.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *