3477
Məqalələrim

Bədii ədəbiyyat oxuyaq mı?

     Bütün çıxış, seminar, master klass və təlimlərim zamanı mən kitab oxumağı vurğulayıram – bütün mənim çıxışlarımda “oxuyun, oxuyun, oxuyun” qırmızı iplə keçir, inkişaf edin, öz peşəkar – nəzəri və praktiki – biliyinizi inkişaf etdirin, öz  dünyagörüşünüzü  genişləndirin.  

     Tez-tez çıxışlarımın sonunda və şəxsi görüşlər zamanı mənə sual verirlər: Niyə Siz yalnız peşəkar ədəbiyyat haqda danışırsınız, bədii ədəbiyyat haqda isə danışmırsınız? Bunun iki izahı var: mənim çıxış və seminarlarım peşəkar inkişafa yönləndirilmiş biznes fəaliyyətidir. İkinci, amma heç də az mühüm olmayan səbəb – mən düşünmürəm kiməsə bədii ədəbiyyat oxu demək gərəkdir. Mənim üçün “bədii ədəbiyyat oxuyun” məsləhəti sanki seminarlarım zamanı hamıya səhər dişləri təmizləmək lazımdır, yemək yeyəndə əllərini süfrəyə silmək olmaz və ya söhbət zamanı həmsöhbətinin sözünü kəsmək olmaz kimi bir məsləhətlərin verilməsinə bərabərdir. Mənim fikirimcə, bədii ədəbiyyat oxumaq hər bir insan üçün elə bir zərurətdir ki, onun haqqında çıxışlarımda söyləməyi ritorik hesab edirəm.

     Digər aldığım sual bədii ədəbiyyatın bizim ümumi və peşəkar inkişafımız üçün nə dərəcədə vacib olması ilə bağlıdır. Belə bir sualların çox olmasını nəzərə alaraq, mən bu mövzuda öz görüntülərim ilə bağlı məqalə yazmağı qərara aldım. Peşəkar fəaliyyətimlə əlaqədar mən bir çox müsabiqə keçirirəm insanlarla, onlar müxtəlif yaş kateqoriyalarından iş axtarışında olanlardır, və ən sadə suala “2 dəqiqə ərzində özünüz haqda istəklərinizi danışın” namizədlərin 90% cavab verməyə çətinlik çəkir. Mənim keçmiş və hal-hazırki idarəçi təcrübəm mənə bir çox hallar göstərir ki, insan problemin həllini bilərək öz fikirlərini çatdıra və ya öz  məntiqli hərəkətlərinə ağlabatan izahat verə bilmir.

     İctimayət qarşısında biznez layihələr üzrə çıxışlar bacarığı ilə bağlı təlimlərimin birində iştirakçılar investisiya əldə etmək üçün investorlar qarşısında öz ideyalarını təqdim edərək cıxış etməliydilər, burada mənim diqqətimi bir söyləmləydilər, mənim diqqətimi bir fakt çəkdi – həqiqətən çox maraqlı bir biznes layihələri olan gənclər sistemli, məntiqli, ardıcıl və əsasıda ən sadə belə məlumatı öz layihələri ilə bağlı çatdıra bilmirdilər, əgər onlardan bu məlumatı kəlbətinlə çəkməsən və yönləndirici suallar verməsən elə iştirakçının ilk cümlələrindən ona çəkinmədən “xeyr” söyləyə bilərsən. 

     Bədii ədəbiyyat oxumaq bizə nə verir? Tamamilə əminəm ki, söz ehtiyyatımızın artması və öz fikirlərini aydın ifadə etmək bir başa oxumaqdan asılıdır. Və təbii ki, əsas rolu burada bədii ədəbiyyat oxumaq oynayır. Yalnız bu nəticənin bir tərəfidir.

     Daha vacib bir “işi” oxumaq bizim daxili aləmimizdə aparır. Şübhəsiz ki, bədii ədəbiyyatın oxunmasının ən vacib təsiri – bizim mənəvi dünyamıza təsiridir, qarşımızda hədsiz ideya və obrazlar dünyası açır, ideallarımızı inkişaf etdirməyə,  dəyərlərimizin yaranmasına kömək edir. Kitab qəhrəmanlarının kədərlərinə və dərdlərinə acıyaraq, biz onlarla birgə yaşayırıq və şüuraltı bizdə bir çox müsbət keyfiyyət yaranır: ədalət və dürüstlük hissləri, şərəfi qorumaq arzusu, ehtiyacı olanları qorumaq və yardım etmək, biz sevməyi və sevgimizi bildirməyi öyrənnirik – məhz cəmiyyətimizdə çatışmayanları bizə öyrədir.

     Kitab oxumaq bizdə empati deyilən bir hissi inkişaf etdirir – biz başqalarına görə narahat olmağı öyrənirik, dbaşqaları ilə acılarını bölüşməyi öyrənirik, özümüzü onların yerinə qoymağı öyrənirik, hər bir şeyi öz standartlarımızla və ya xarici  meyarlarla ölçmürük. Bədii ədəbiyyat kənar hərəkət və reaksiyalar əsasında yox, insanların motivlərini anlayaraq ölçmək üçün bizim təxəyyülümüzü inkişaf etdirir, nəyi isə yenidən yaşamağa, yenidən hiss etməyə məcbur edir. Biz hisslərə, sevgiyə, dostluğa, ədalətə inanmağı öyrənirik; biz anlayırıq ki, hisslər – bu hər zaman normaldır. Biz müəyyən mənəvi istiqamətlər əldə edirik və onlar bizə öz və başqalarının hərəkətinin obyektiv qiymətləndirməmizə imkan verir.

     TV  və ya kitab. Bi çox hallarda kitab oxumağın vacibliyi haqda danışıqlar zamanı mən belə bir cavablar alıram ki, ən əsas və maraqlı əsərlər ekranlaşdırılıb və 1 həftə onu oxumaq üçün vaxt ayırmaqdansa bir iki saat ərzində filmi izləmək olar. Və bu vaxta qənaət olacaq. Biz dərin məzmuna vaxt itirmədən, sadəcə əziyyət çəkmədən forma ilə kifayətlənirik – bu da 21 əsrdir.

     Bədii ədəbiyyat oxuduqda biz yazıçının yaratdığı o dünyanı təsəvvür edirik, və bizim yeganə məhdudiyyətimiz – bizim  təxəyyülümüzdür. Əsas fərq ondadır ki, kitabı oxuyaraq biz təxəyyülümüzü inkişaf etdirmiş oluruq, film izlədikdə isə yalnız bizə təqdim olunan halını görürük.

     Gölün təsviri kitabda 2 səhifədə yerləşdiyi halda, filmdə bir neçə saniyə ərzində göstərilə bilər. Beyin, şüur, düşüncə və təxəyyül heç biri işləmir – sadəcə şəkil, rejissorun kitabda olan təsvirdən anladığının sadə şəkili.  Kitabda isə bu təsvir ayrıca fraqmentlərlə verilir, hər bir sözlə insan özü kitabda verilən o obrazı yaradır. Rejisorun anladığı əsasında çəkilmiş filmə baxmaq – bu rejisora yazılanları necə başa düşdüyünü bizə göstərməyə imkan vermək deməkdir, amma kitabı oxumaq, yazıçının bizə nə çatdırmaq istədiyinin obraz olaraq özümüzün yaratmağımıza imkan verir. Heç bir rejisorun yazıçı və oxucu arasında dayanmağa haqqı yoxdur.

     Hisslərə gəldikdə isə – film  üzdə olan hisslər  göstərə bilər, amma daxili mübarizə, fikirlər, narahatçılığı dərindən göstərə bilməz. Bizim hisslərimizin zahiri ifadə edilməsi – aysberqin yalnız zirvəsidir, bu isə onun balaca bir hissəsidir. Aysberqin ən böyük və vacib hissəsi – bizim daxili narahatçılıqlarımız, fikirlərimiz,  duyğularımız, hisslərimiz – onlar suyun altındadır, görünməzdirlər, və rejisor, operator və aktyorlar o hissləri tam olaraq ifadə edə bilməzlər. Bunu oxumaq, dərindən düşünmək lazımdır, yalnız bu halda onu hiss edib daxilindən keçirə bilərsən. Biz qəhrəmanın bir neçə saniyə ərzində ekranda göz yaşlarını görə bilərik, lakin yalnız yazıçının sözləri onun viran olunmuş daxili aləmini tam olaraq bizə çatdıra bilər. Göz yaşları – yalnız zahiri göstəricidir, daxili aləmin “monitoru”. Heç bir rejisor  Ernest Heminquey “Əlvida silah” kitabinda olan o hisslərin tamlığını çatdıra bilməz və ya “Üç yoldaş” əsərinin qəhrəmanlarının hər sətirini daxilimizdən keçirdiyimiz o əzab, sevgi, dostluq, narahatçılıq hisslərini tam ifadə edə bilməz. Televiziya, filmlər, kino – bu zahiri formadır, üz qabığı. Kitablar – mahiyyətdir, dərin məzmundur. Təəssüf ki, biz bir çox hallarda çalışırıq məzmundan qaçaq, çünki bunun üçün səy göstərmək lazımdır, və daha çox məlumatı passiv zahiri əldə etməyə can atırıq –  bu axı asandır. Hər bir fəaliyyətimizi vaxt itkisi baxımından müxtəlif cür qiymətləndirə bilərik – bu ya vaxt sərfiyyatı və ya invesyisiyadır. Bəli, bədii ədəbiyyat oxumaq vaxt tələb edir, lakin bu sadəcə keçirilmiş vaxt deyil – bu daxili aləmə,  duyğularımıza, düşüncə gücümüzə və dünyagörüşümüzün inkişafına edilən investisiyadır.  

     Bədii ədəbiyyatın digər faydaları.  Və bədii ədəbiyyat bizə bir tək quru peşəkar yox, ən əsası  insan olmağı öyrədir.  Hitler ordusunun həkimləri insanlar üzərində dəhşətli təcrübələr keçirən yüksək səviyyəli peşəkarlar idi. Bu ordunun mühəndisləri çox gözəl texniklər idi – lakin onlar bilikləri məhvedici silah yaratmağa yönəlmişdir. Cəmiyyətdə çox sayda ustalar, müəllimlər, biznesmenlər, sürücülər var. Və biz hələdə narazıyıq – məsuliyyətli mütəxəssis tapmaq çətindir, yalnız işi görüb və tez pul almağı düşünən yox, işi gördükdə onun keyfiyyətini düşünən və uzunmüddətli effektiv olmasına narahat olan insan tapmaq mümkün deyil. Və ən qorxunc –“birnəfəsə” dərsi deyib gedən yox, canla başla şagird və tələbələrinə dərsi izah edən müəllim tapmaq çətindir.   Fərq etmir hansı peşəni seçməyimiz… Düzgün, həyatımızda kompas rolu oynayan, bizi istiqamətləndirən dəyərlərlə daxili və mənəvi aləmə malik olduqda, doğru ideallarla biz hər hansı bir peşəni seçə bilərik, psixologiya və doğru obrazlar bizi səhv istiqamətləndirənlərin arxasınca getməyə imkan verməyəcək. Sevimli restoranı olan, ama sevimli yazıçısı olmayan insanlara həmişə yazzığım gəlib. Yazzığım gəlir o insanlara ki, sevimli yeməyi var, sevimli kitabı isə yoxdur. Bu insanlar bədənlərini doyuzdura bilər, amma zəkalarını yox və vaxt keçdikcə onlar deqradasiya edəcəklər və paslanacaqlar.

     Xülasə  Biz kitab oxumağımızında haqqını ödəyəcəyik. Oxumamağımızında. Kim isə bu ğun kitab almağa pul ödəyəcək və gələcəkdə mükafatlandırılacaq, kim isə bu gün kitab almayacaq və on il sonra fəaliyyətsizliyinin haqqını ödəyəcək. Məsələ kitabın qiymətində deyil, məsələ kitab oxumamağımız bizə sonra neçəyə başa gələcək bax ondadır. Nə qədərdə güclü biliyə malik olsaqda, tam və sistemli, bizim həmsöhbətimizin başa düşdüyü formada paylaşa bilməsək, bu bilik bizə heç bir fayda gətirməyəcək. Öz bilik və bacarıqlarını təqdim etməyi,öz qalibiyyətlərin haqda gözəl danışmağı bacarmamaq psixoloji stress və özündən narazıcılqla nəticələnə bilər. Gözəl danışıq, fikirləri məntiqli ifadə etmək, ideyaları sistemli çatdırmaq bacarığı isə – bu bədii ədəbiyyat oxumağın əlavə bonusudur və karyera və peşəkər artıma bir başa təsir edə bilər, çünki fikirləri və ideyaları çatdırmaq bacarığı ən azından fikirlərin və ideyaların özləri qədər dəyərlidir.

     Karyeramızın inkişafı bir tək etdiklərimizdən asılı deyil, həmçinin etdiklərimiz haqda məlumatın çatdırılması və insanlarla ünsiyyət qurma bacarığıdır.

     Və ən son olaraq da bütün seminarlarımda söylədiyim cümlə : 5 il sonra biz oxuduğumuz bütün kitabların cəmi olacağıq.

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

2 comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *