Düşüncələrim Gördüklərim, eşitdiklərim

AZƏRBAYCANSAYAĞI biznes

12.10.2015
Biznesdə uzun müddət olan hərkəsin üzləşdiyi klassik bir vəziyyət. Bir layihə həyata keçirilməlidir.
Mərhələ 1. Simiclik mərhələsidir – endirim tələbləri, hər şeydə qənaət etmə istəyi, ucuz alternativlərin axtarılması və bütün diqqətin xərc üzərində toplanması.
Mərhələ 2. Ən “münasib” təklifin qəbul edilməsi. Qərar ancaq rəqəmlərə görə verilir və qərar verilərkən “partnyorun etibarlılığı”, “sifariş təslimat tarixi”, “keyfiyyət” kimi ikinci dərəcəli mövzular diqqətə alınmır. Əsas məqsəd az ödəməkdir.
Əldə edilən endirim hay küyündə və eyforiyasında bizim ölkə haqqında ÇOX vacib bir məqam unudulur – heç kim öz hesabına uzun müddətdə müştəri qazanmaq üçün endirim etmir. Endirimlər adətən elə Müştətirin öz hesabına edilir – yəni keyfiyyəti azaldaraq.
Mərhələ 3. Təslim olunan işin keyfiyyəti ortaya çıxanda dərhal vəziyyəti düzəldmək lazım olur. Panik şəkildə günahkar axtarılır və parallel olaraq keyfiyyətli məhsul və ya xidmət verən axtarılır.
NƏTİCƏ :
1. İki dəfə çox pul xərclənir.
2. Zaman, enerji və əsəblər boş yerə xərclənir.
3. Işlər gecikmə ilə olur.
İbrət olur mu? Təbii ki, yox.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *