7
Məqalələrim

Azərbaycan Texnologiya Universitetində seminarlarım və Gəncə şəhərinə səfərim

Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetindən seminar mövzusunda gənclərdən təklif, daha sonra isə rəhbərlikdən dəvət alanda ilk öncə aylıq proqramıma baxdım və Noyabr ayı üçün planlarımda qətiyyən bir boşluğun olmadığını gördüm. Görüşlərim, çıxışlarım və səyahətlərim üçün planlarımın bir ay öncədən hazırlandığına görə ani təkfliləri qəbul etməkdə çox çətinlik çəkirəm.  Universitetin yeni rəhbərliyi ilə danışdıqdan sonra Noyabr sonu üçün proqramımda 3 günlük çıxışlarım üçün bir “pəncərə” açdım.

25-26-27 Noyabr tarixlərində Azərbaycanın ən qədim şəhərlərindən biri olan Gəncə şəhərində oldum və bu səyahətim haqqında yazı yazdım.  Bu yazımı bir neçə hissəyə bölmüşəm.  

Birinci hissədə yolda və Gəncədə zamanımı necə keçirdiyim haqqında yazmışam.

İkinci hissədə seminarlarım və çıxışlarım haqqındadır.

Üçüncü və son hissədə isə ümumiyyətlə bu səfər sonunda fikirlərim və təəssüratlarımı paylaşıram.

Bakı-Gəncə yolu və Gəncə

Gəncəyə bir gün öncədən gedməyə qərar verdim ki, seminarım yoldan sonrakı yorğunluqla olmasın. Daha öncə rəhbəri olduğum “Caspian Express” şirkətinin Daewoo Bakı-Gəncə avtobusunu seçdim.  

Səyahətlərə gedərkən adətən yanımda bir neçə kitab götürürəm ki, yolda keçən zamanımı səmərəli istifadə edim. Bu dəfə məşhur “McKinsey” şirkətinin qurucularından birinin “Liderlik” mövzusunda kitabını oxuyurdum. Yolda kitabı oxumaqla bərabər həm də parallel olaraq “Bu şəhərdə” və heç bir zaman dinləmədiyim “məşhur” müğənniləri də dinlədim (məcburi olaraq) və müxtəlif insanları fərqli hallarda gördüm. 

“Ramada Plaza Gence” oteli

Gəncə şəhərində Ramada otelində qaldım. Xaricə səfərlərimdə əgər gedəcəyim şəhərdə mənə lazım olan bölgədə Ramada oteli yerləşirsə, məhs bu oteli seçirəm. Gəncəyə son bir neçə ildə olan səfərlərimdə hər zaman bu oteli seçirəm – həm keyfiyyət, həm də xidmət səviyyəsinə görə. 

 

5 ulduzlu otel inşa etmək mümkündür, ən bahalı avadanlıqları almaq olar, personala ən gözəl geyimləri almaq və geyindirmək mümkündür. Amma…. Hər bir şirkət üçün vacib olan və ona daxili ruh verən məhs orda işləyən insanların heç bir rəqəmlə ölçülə bilməyən istiqanlılığı, müsbət olması və qayğıkeşliyidir.

Oteldə 3 gün qaldım və çıxdığım gün “Receoption”da işləyən əməkdaşldan xahiş etdim ki, otel müdirinə deyin ki, bir müştəri onunla görüşmək istəyir. Türkiyə vətəndaşı Turgay bəy dərhal görüşə gəldi. Özümü təqdim etdim və ona Gəncə şəhərində bütün ölkəmiz üçün nümunəvi ola biləcək bir idarə etmə sistemi qurduğuna görə təşəkkür etdim. Məni kofe içməyə dəvət etdi və bir müddət müddət biz onunla idarəçilik və insanların və şirkətlərin idarə olunması mövzularında çox gözəl söhbət etdik.

Gəncədə qaldığım günlər ərzində şəxsi proqramımda heç bir dəyişikliklər etmədim : yenə də səhər saat 05.45-də oyanırdım, 2 saat məşq edirdim idman zalında, sonra kitab oxuyurdum, Bakıda və xaricdə olan layihələrim üzərində işləyirdim.

gym

Azərbaycan Texnologiya Universiteti.

1Azərbaycan Texnologiya Universitetinin gözümə çarpan birinci üstünlüyü ondan ibarətdir ki, universitetin bütün fakultələri və binaları bir ərazidə yerləşir – Türkçə  desək, bir “kampüsdə”. Bu həm idarəçiliyi yüngülləşdirir, həm də tələbələr üçün bir şəhərcik hissi yaradır. Universtetin həyətində olan çox sayda uzunca ağaclar vardı və rəhbərliyin mənə dediklərinə görə ağacların altını çəmənlik edə bilmirlər, çünki yay aylarında torpağa günəş işığı düşmür – o qədər sıxdır ağaclar.

Universitet həyətində elektron monitor vardı və orada bütün universitet tədbirləri haqqında elanlar yerləşdirilir tələbələr üçün. 

Universitetdə universitet rəhbərliyi ilə görüşlərim oldu. Öncə Prorektor Səbuhi bəylə gələcək əməkdaşlığımızın əsas xəttlərini müəyyən etdik. Daha sonra isə universitetin Rektoru Akif müəllimlə görüşümüz oldu və təhsil, gənclər və onların inkişafı və digər maraqlı mövzularda uzun söhbətimiz oldu.

Seminar və çıxışlarım.

Azərbaycan Texnologiya Universitetində 2 gün ərzində 2 çıxışım oldu.

Mövzular “Zamanın İdarə Olunması və Müvəffəqiyyət” və “Peşəkar Həyat Haqqında Peşəkardan” idi.

Yüzlərlə gəncin iştirakı ilə keçən seminarlarda Müvəffəqiyyət, Peşəkarlıq, Müvəffəqiyyətli karyera, İş axtarma, Xarici dil əhəmiyyəti, Sağlamlıq, Peşəkar və Şəxsi Keyfiyyətlər mövzusunda çıxışlarım oldu. Gəncləri real iş həyatında nələrin gözlədiyi, gənclərdən iş həyatında nələrin gözləndiyi haqqında fikirlərimi və təcrübələrimi paylaşdım.


91371 _MG_0061

Hər iki çıxışımda da Universitetdə işləyən müəllimlər, dekanlar və prorektorlar seminara gələrək məni şərəfləndirdilər. Onlarla il təcrübəsi olan və uzun müddət xarici şirkətlərdə və tədris ocaqlarında işləmiş insanlar qarşısında çıxış etmək daha da böyük bir məsuliyyət olur mənim üçün.

3 94

Hər bir seminarımın sonunda gənclərin suallarını cavablandırdım.  Çox maraqlı və yaradıcı suallar olurdu.

Seminardan sonra hər zaman olduğu kimi mənimlə şəkil və selfie çəkdirmək heç kim “yox” demədim – bol bol çəkdirdik :)

Ümid edirəm ki, gənclərimizin gələcək karyeraları və ümumiyyətlə peşəkar və şəxsi həyatlarında müvəffəqiyyətli olmaqları üçün bu iki seminar istiqamət verici olmuşdur. Bütün mövzularda çıxışlarımın və seminarlarımın ana məqsədi qarşımda olan insanları həvəsləndirməkdir, çünki daxili motivasiyası olan bir insan hər şeyə qadirdir.

Üçüncü hissə

Gəncədə olduğum bütün günlər ərzində universitet rəhbərliyi tərəfindən maksimum diqqət və qayğı ilə tam əhatəyə alınmışdım. Gəncəni tərk etdiyim son ana qədər Tərbiyə işləri üzrə Koordinator Rauf bəy məni bir an da tənha qoymadı. Universitetə Təhsil Naziri tərəfindən yeni təyinat alan gənc əməkdaşar universitetdə köklü və keyfiyyətli dəyişikliklərin aparılması istiqamətində ciddi işlərə başlayıblar.

Bu universitetdə işləyən müəllim və idarəçilərin BÖYÜK fədakarlıqlarını gördüm. Onların isə ən böyük mükafatı gələcəkdə o universitet məzunları olan insanların nailiyyət və müvəffəqiyyətləri olacaq. Müəllim peşəsi hər zaman müqəddəsdir. Orada işləyən müəllimlər və idarəçilər qarşısında BAŞ ƏYİRƏM.

Böyük zövq aldım. Inkişaf etməyə iştahlı və həvəsli gənclərlə ünsiyyət mənə hər zaman müsbət enerji verir və mənim üçün motivasiya mənbəyi olur.

Məni universitetə dəvət və mənə gənclərlə görüşməyi etibar edən  universitet rəhbərliyinə və idarəçilərinə dərin təşəkkürümü bildirirəm. Mənimlə əlaqə saxlayan Uğur adında tələbənin bu tədbirlərdə payı çox böyükdür.

P.S. Gənclərimizə dəstək çox vacibdir.  Reqionlarda olanların isə bu dəstəyə daha çox ehtiyacı var.  BİZLƏR onlara doğru yolu göstərmliyik ki, 20 il sonra ölkəmizin halından narazı qalmayaq. Doğru yol göstərmək isə ancaq danışmaqla kifayətlənməməlidir – biz davranışlarımız, həyat tərzimiz və dəyərlərimizlə də onlara nümunə olmalıyıq.

Gəncə gəncləri!!! Yenə gələcəm. Hər ay gələcəm. İşlərim nə qədər gərgin olsa da, hər ay Gəncəyə gələcəm ki, sizlərin gələcək müvəffəqiyyətlərinizdə, peşəkar və şəxsi inkişafınızda mənim də kiçik bir rolum və payım olsun.

 

One comment

  1. Uğura geden yolda motivitasiya çəkilən zəhmət qədər önəmlidir deyiblər ,siz Azərbaycan Texnologiya üniversitetinizdəki çıxışınızla yüzlərlə tələbəni uğura doğru istiqamət almasına kömək oldunuz. bunun üçün sizə sonsuz təşəkkür Fəxri müəllim !və hər zaman yolunuzu gözləyirik 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *