Gördüklərim, eşitdiklərim

Ağlasam mı, gülsəm mi…..

İyul 2013-də konstultasiya verdiyim bir firmada işə götürdüyüm gənc və iddialı bir insanla müsahibəmdən

Cavan oğlan, universitetdə 3-cü kursda oxuyur. İqtisadiyyat fakultəsi. Çox maraqlı dialoqumuz oldu.
Mən – Özün oxuyursan, yoxsa….?
Oğlan – (qəti əminliklə) Bəli müəllim, ancaq özüm
Mən – Əla. Mənə dərslərindən danış.
Oğlan – Müəllim, oxuyuram deyəndə ki… Bir təhər həll edirəm də, özünüz bilirsiz.
Mən – Anladım. Ən çox sevdiyin dərs hansıdır?
Oğlan – İqtisadiyyat
Mən – Əla. Dərslərə gedirsən?
Oğlan – Bəli müəllim.
Mən – Əla. Müəllim dərsdə nə danışır?
Oğlan – Müəllim danışır, amma heç kim ona qulaq asmır, hərkəs öz işindədi dərsdə
Mən – Bəs sən?
Oğlan – (utana utana) Məndə
Mən – Amma sən iqtisadiyyat dərsini sevirsən, doğrudur?
Oğlan – Bəli, çox sevirəm.
Mən – İqtisadiyyat nədir?
Oğlan – Müəllim, mən dərsə qulaq asmıram eee… (Baxın, belə bir platonik bir aşk varmış – sevir, amma dinləmir)
Mən – Lap əla. Bəs başqa hansı dərsi sevirsən?
Oğlan – Vergi.
Mən – Niyə?
Oğlan – Karyeram üçün. Gələcəkdə vergilərdə işləmək istəyirəm.
Mən – Nə gözəl…. Bəs vergi dərsində müəllim nə danışır?
Oğlan – Vergi dərsi gələn il olacaq

Leave a Reply

Your email address will not be published. Required fields are marked *