3
Məqalələrim Müsahibələrim

AĞAYEV FƏXRI: “HƏYAT – ÖZ ZƏİFLİKLƏRİMİZLƏ MÜBARIZƏ ÜÇÜN FƏXRI YOLDUR “

 

29 Mart 2017 tarixində http://lady.day.az/ saytında mənimlə olan müsahibə dərc olunmuşdu.

Son bir neçə ildir ki, Azərbaycanda özünü inkişaf, sağlam həyat tərzi və uğur əldə etmə texnologiyaları mövzusu məhşur olmuşdur. Lady.Day.Az peşəkar idarəçi, biznes məsləhətçi, biznes məşqçi, bloqer, zamanın idarə etmə və uğur qazanma, həmçinin sağlam həyat təerzi və arıqlamağ mövzusunda kitabların müəllifi Fəxri Ağayevlə söhbət etdi. Müsahibədə o həyatını necə dəyişdirdiyi və hamını ondan nümunə götürməyə necə ilhamlandırmağa çalışdığı haqda danışdı..

2009-cu ildə mən “yekəqarın” bütün vaxtını işinə həsr edən klassik azərbaycan müdiri idim. Bakıya gəlməmişdən öncə mən Almaniya və İtaliyada çalışmışam, bundan öncə isə Türkiyyədə oxuyub və 10 il yaşamışam. 35 yaşımda mənim çəkim 120 kilo idi və son zamanlar gündə 3 qutu siqaret çəkirdim. Ən dəhşətlisi isə o idi ki, bunun normal olduğunu düşünürdüm.

35 yaşımda mənim orqanizmim bərbad halda idi, ürəyim, ciyərim, mədəm ağrıyırdı, mədəaltı vəz normal fəaliyyət göstərmirdi, həkimlər isə bu yaşda və çox işləyən insan üçün belə vəziyyətin normal olduğunu söyləyərək məni sakitləşdirirdilər. Həkimlər mənə bahalı dərman yazırdı və hər biri “öz sahəsi üzrə” müalıcə edirdi, yani kompleks şəkildə müalıcə olunmurdu və bu mənə daha çox ziyan vururdu: ürəyin müalıcəsi ciyərə təsir edirdi, ciyəri müalicəsi mədəyə təsir edirdi, beləliklədə mənim səhətim pisləşirdi.

Siqareti atmağı qərarlaşdırdıqdan sonra mən bir çox passiv üsullardan istifadə etdim, heç nə etmədən sadəcə həbləri qəbul edirdim və ya daha yüngül siqaret çəkirdim. Mən anlayırdım ki, 35 yaş həyatın bitdiyi yaş deyil. Özümə və ailəmə enerjim çatmırdı, xroniki yorğunluq əmələ gəldi, mən heç cürə siqareti ata bilmirdim, hətta o həddə çatmışdım ki mən gecəyarısı siqaret çəkmək üçün oyanırdım.

1

Mən, qarşımda, uzun müddədtir ki ona doğru getdiyim bir uçurum gördüm, və anladım ki nə isə etməliyəm. Qərara gəldim ki, səhhətimlə özüm məşqul olum, işdən çıxdım və bir aya yaxın orqanlarımızın necə çalışdığı, qan dövranı, hansı məhsulların zərərli və ya faydalı olduğu haqda tibbi ədəbiyyat oxudum. İradəli qərar qəbul edərək siqareti tərgitdim. 3 avqust 2009-cu il – mənim ikinci doğum günümdür. Təbii ki, bu stresslə nəticələndi, mən daha çox yeməyə başladım və nəticədə kilo aldım.

Mən təslim olmadan yolumu davam etməyi düşünmdüm. Arıqlamağ üçün öz sistemimi yaratdım və 3 aya 40-45 kilo arığladım. Amma bu son 3 ay son addım idi, çünki bundan öncə mən il ərzində psixoloji olaraq özümüm hazırlayırdım: lazımi ədəbiyyat oxuyurdum, tədricən çörək yeməkdən imtina edirdim, çox gəzməyə başladım. 3 ay ərzində mən tamamilə un məmulatlarından imtina etdim və mənim orqanizmim artıq buna hazırlıqlı idi. Sadəcə təsəvvür edin, mən illər boyu öz üzərimdə artıq 40 kilo daşıyırdım. Arıqladıqdan sonra mənim enerjim çox artdı. Sutka ərzində 4 saat yuxu mənim üçün yetərli idi, dərim təmizləndi, arıqladıqdan sonra mənim həyatım dəyişdi, daha aktiv və dinamik oldu. Arığlamağımın yeganə mənfi cəhəti qarderobumun tamamilə dəyişmək məcburiyyəti idi.

2

Mənim dəyişikliklərimin sirri nədədir? Əslində hər şey çox sadədir: düzgün qidalanma, idman və aktiv həyat tərzi. Каков же секрет моих изменений? На самом деле все просто: правильное питание, спорт и активный образ жизни. Gəlmişkən, idman haqda. Dəyişiklərə başladıqda, mən qaçmağa başladım və nəticədə 42 kilometr tam marafonu qaçdım. Və məhz buna görədə kitabın ikinci adı “120 kiloqramdan 42 kilometrə qədər “- dir.

Ətrafıma baxdıqda, gördüm ki, bir çox adam məndə əvvəllər omən əziyyət çəkdiyim eyni problemlərdən əziyyət çəkir. Bir çox insan bütün vaxtlarını işə həsr edir və qazandıqları pullardan həzz ala bilmirlər. Onlar uşaqları ilə  ünsiyyətdən həzz ala bilmir, çünki iş haqda düşünürlər, yeməkdən ləzzət ala bilmirlər, çünki mədəyanması və qara ciyər ağrısından əziyyət çəkirlər. Mən qərara gəldim ki, öz təcrübəmlə insanlarla paylaşmalıyam.

3

İnsanlar uğur və sağlam həyat haqqında qərb ədəbiyyatı oxuduqda, düşünürlər ki, bu bizdə yox, yalnız qərbdə mümkündür.  Mən səhvlərə yol vermiş, öz təcrübəm və biliklərimlə paylarşaraq insanlara bu səhvləri düzəltməyə komək edə biləcək bir orta statistik azərbaycanlıyam. Və mən bizim vətəndaşlara aydın olacaq kitabı yazmağı qərarlaşdırdım. Əgər mən 120 kq çəkisi olan və gün ərzində 3 qutu siqaret çəkən özümü dəyişə və 42 kilometr marafon qaça bildimsə, deməli hər bir kəs dəyişə bilər, mən buna canlı misalam. Birinci kitabımda  “Saxla zamanı – Gələr zamanı” mən məqsədlərə çatmaq və necə hərəkət etmək lazımdır haqda danışıram. İkinci kitabım isə –  “Fəxri yol” mənim necə olduğum, psixoloji necə dəyişdiyim, özümlə necə mübarizə apardığım haqda danışıram. Həyat – öz zəifliklənnlə, pis vərdişlərinlə mübarizə üçün fəxri yoldur.

Niyə yol? Çünki bizim həyatımız iki əsas məqamdan ibarət bir yoldur: hər bir şey ilk addımdan başlayır və hər gün ən azı bir addım etmək gərəkdir ki, bu yolu keçəsən. Unutmayın ki, indi 42 kilimetr marafon qaçan bir insanın yolu 150 metr qaçışdan başlamışdı və bu qaçışdan sonra o özünü uzunmüddətli siqaret çəkmək stajına görə çox pis hiss etmişdi. Bu qısa məsafədən başlayaraq mən daima onu artırdım və sonda marafon qaça bildim.

4

Kitabın alqoritmi çox sadədir: mən necə idim, hansı səhvlər edirdim, necə dəyişdim və hal hazır ki həyat tərzim necədir. Kitabımda ətraflı olaraq qidalanma, içkilər, həyat tərzimdə hansı səhvlərə yol verdiyim, hansı  bəhanələr gətirdiyim və idmanla necə məşqul olmağa başladığım haqda ətraflı yazıram. Son 6 ildə mənim hərəkətlərim məni əhatə edən insanlarada təsir etdi. Bir çoxu da sağlam həyat tərzi aparmağa başladı və pis vərdişlərdən imtina etdi.

Azərbaycanda arıqlamağ çox çətindir, çünki bizim milli mətbəx çox kaloriyalıdır. Bu seçim məsələsidir. 6 ildir ki, mənim həyatımda xaşa, xingala, düşbərəyə, qoğala, paxlavaya v s. yer yoxdur. Mən heç də bundan əziyyət çəkmirəm (gülür). Adətən bayram qabağı insanlar özlərinə söz verir ki, bayramdan sonra idmanla məşqul olacaqlar, və bayram ərzində çox yeyirlər. Ən əsas – düzgün seçim etməkdir. Mən un məmulatlarını qarabaşaq, qeyri-təbii şirniyyatı – təbii ilə, məsələn, meyvə, qurumeyvə, bal və s. ilə əvəz edirəm.

Bütün kiçik vərdişlər böyük probləmlərə çevrilir. Bütün bunlar elementar bir şeyləri bilməməkdən baş verir. Məsələn, düyü mədəyə daxil olduqdan 6 saat sonra həzm olunmağa başlayır, biz azərbaycanlılar isə yatmamışdan öncə aş yeməyi çox sevirik ( və nə üçünsə toylarda verilən ən son yeməkdir). Yemək yedikdə və ya yeməkdən dərhal sonra insanlar maye qəbul edir, bu isə çox ziyandır, qidanı  top şəklinə salır və o çətin həzm olunur. Bu insanların təxmin etmədikləri xırdalıqlardır. Və əgər həyat tərzimizdə belə bir xırdalıqların 10-15 düzəltsək, həyatımız daha asan və xoş olar.

6

Bizdə belə bir stereotip yaranıb ki, uğur əldə etmək üçün çox işləmək lazımdır. Mən hər zaman deyirəm, çox işləmək yox –səmərəli işləmək lazımdır. Bir çoxu işlərində çox məşqul olduqlarını bəhanə gətirərək idmanla məşqul olmurlar, amma ofisdədə idmanla məşqul olmaq olar. Mən arıqladıqdan sonra mənim çox boş vaxtım və enerjim oldu və mən bilmirdim bunlarla nə edim. Mən şəxsi səmərəlik və zamanın idarə etməsi ilə bağlı bir çox ədəbiyyat oxumağa başladım. Xaricdə uğurlu insanların marafon qaçdıqları diqqətimi cəlb etdi və mən marafon qaçmağa başladım. Mən məhşur və uğurlu insanların  bioqrafiyalarını oxumağa başladım,  gördüm ki, onları birləşdirən israrlı, zəhmətkeş olmaqları, vaxtlarını səmərəli istifadə etmələri, məqsədləri və konsentrasiyası olmaqları idi.

Öz misalımla mən göstərirəm ki, Azərbaycandada həyat tərzini tamamilə dəyişmək, özünü dəyişib böyük uğurlar əldə etmək, sıfırdan başlayaraq məqsədlərinə doğru getmək olar.

7

Lady.Day.Az öz oxucularına Fəxri Ağayevin “Fəxri yol” kitabından bir parçanı təqdim edir:

Hər birimiz üçün həyatımızın final, son məqsədi – XOŞBƏXT olmaqdır. Xoşbəstlik isə həyatımızda olan hər şetdən zövq almaq bacarığı və imkanıdır. Özümüzün səbəbkar olduğumuz zəif sağlamlıq, xəstəliklərlə özümüzə və yaxınlarımıza yetərincə problem yaradırıq.

Qamətli, gözəl, yay gəlincə zərif görsənmək üçün insanlara yeganə verəcəyim məsləhət – öz şüurunuzu komfort hissindən, kimdənsə tez arıqlamağın gözəl bir reseptini alacağınız fikrindən azad edin. Real həyatda möcüzə olmur. Real həyatda iradə, güclü istək, düzgün məqsədlər, müsbət düşüncə tərzi, intizam və səbr olur. Həyatda nail olduqlarımız – diqqətimizin bir nöqtəyə cəmləşməsinin, əməyimizin, etdiyimiz cəhdlərin və keçirdiyimiz gərginliklərin nəticəsidir. Əks halda siz kimyəvi “şarlatan”ların gəlirini təmin edərək özünüzə və sağlamlığınıza güclü ziyan vurursunuz..

Əgər mən dəyişə bildimsə, deməli, hər kəs dəyişə bilər. Hər kəs! Əhatəmdə mənim kimi, sağlamlıqla bağlı problemləri olan, sistemsiz, təhlükəli qida qəbul edən, gün ərzində 2-3 qutu ağır siqaret çəkən, öz əlləri və öz pulu ilə özünə qəbir qazan, özünü gah qəhraman, gah baş verənlərin qurbanı hesab edən ikinci adam tanımırdım.

Mən adi, beynində alışdığımız stereotiplər dolu, orta statistik tənbəl idim. Sağlamlıq və sağlam həyat divan və doyumlu yemək idi, siqaret isə bunlardan sonra mütləq və vacib mükafatım.

Sağlamlığınıza qarşı diqqətli olun, çünki Sizin sağlamlığınız – həyatı başladığımız ən vacib kapitallardan biridir. Bir daha qeyd etmək istəyirəm ki, sağlamlığ bizim ən qiymətli kapitalımızdır, həyatın digər sahələrində əldə etdiyimiz uğurları yalnız uğura doğru çətin yola tab gətirə bilən, uğur qazandıqdan sonra isə onun nəticələri ilə bəhrələnə bildiyimiz möhkəm sağlam olduqda əldə etmək olar. Bizim işləmə bacarığımızın əsası – fiziki, emosional və psixoloji gücümüzdür.

Qarşınıza fiziki və psixoloji sağlam olmaq üçün məqsəd qoyun!

 

Firəngiz Ağalarova

“Fəxri Yol” kitabı haqqında müsahibə – keçid almaq üçün klikləyin

“Fəxri Yol” kitabı haqqında oxucu rəyi – keçid almaq üçün klikləyin

“Fəxri Yol” kitabı haqqında oxucu rəyi – keçid almaq üçün klikləyin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *