Məqalələrim

700 bal yığan bəxtəvərlər haqqında

Bu yazımı, 700 bal toplayan və “tənqid” edilən gənclərə dəstək vermək üçün yazdım. Zəhmət çəkən hər insanın daim yanındayam.

BƏXT. Mənim işlərimdə “bəxti gətirdi” deyənlərin gözlərimi oyub çıxardmağa hazıram.

İDMAN. Medal alıram, bəli. 42 km marafon yarışlarında iştirak edirəm. Nə bəxti??!!!! Səhər saat 05.30-da, qar yağanda, 40 dərəcə istidə mən qaçanda, yatağında mışıl mışıl yatanların bunu deməyə haqqı mı olar?  Bu yaşda aldığım HƏR MEDAL üçün qan və tər tökmüşəm, halsız və taqətsiz qalmışam, ayaq dırnaqlarım gözlərimin önündə oyulub tökülüb, dizimdə əməliyyat keçirmişəm, amma yenə də təslim olmamışam və yoluma davam etmişəm.

KİTAB YAZMAQ. İşlərimin daim çox olmasına baxmayaraq hər gün yuxulu yuxulu, istirahətə çox ehtiyacım olmasına baxmayaraq kitabı yazmaq, mindən çox səhifəni sistemləşdirmək, dəfələrlə oxumaq, rəssamlarla qapaq səhifəsi rəsmini görüşmək, kitab adını müzakirə etmək, hər sərbəst 5 dəqiqəni yenə də kitaba ayırmaq bəxtdir mi?

PEŞƏKAR HƏYAT. Tutduğum vəzifələrə və əldə etdiyim uğurlara baxmayaraq durmadan illərdir özümü inkişaf etdirməyin, oxuduğum yüzlərlə kitablar və on minlərlə məqalələrin nəticəsidir ki, mən bu gün bu yerlərdəyəm və kifayət qədər tanınıram. Bu gün dediyim hər bir kəlimənin və cümlənin arxasında illərin təcrübəsi, uğursuzluqları, praktikası durur. Amma nə olursa olsun yoluma davam etmişəm.

Bəlkə bloquma yazdığım məqalələrim bəxtin nəticəsidir?  Bəlkə minlərlə tanımadığım insanlara etdiyim yaxşılıqlar və dəstək mənim bəxtimdir? Bəlkə illərdir gənclərə verdiyim və keçirmək üçün bütün işlərimi kənara qoyduğum seminarlar mənə verilən bir bəxtdir?

BU İŞLƏRDƏ BƏXTİMİN OLDUĞUNU deyənlər bir həftə yaşadığım həyatı yaşasınlar. Sən zamanını boş yerə xərclə, kitab oxumaq yerinə televizoraun önünəd otur, xarici dil öyrənməkdənsə internetdə vaxtını öldür, az maaşla işləməyi özünə sığışdırma, saatlarla, günlərlə, aylar və illərlə inkişafa zaman ayırmadan keflə zaman keçir, sonra de ki, bəxti gətirdi. Həqiqətən də belə düşünənlər bədbəxtdirlər.

ÇƏKİLƏN ZƏHMƏTƏ VƏ ƏMƏYƏ HÖRMƏT ÇOX VACİBDİR

Qızılın qiymətini ancaq zərgərin bildiyi kimi, çəkilən zəhmətin və əldə edilən nəticələrin dəyərini məhs elə zəhmətkeş insanlar bilər. Digər isə bəhanələr uyduraraq digərlərinin zəhmətinə palçıq atacaqlar. Amam unutmamalıdırlar ki, uğurlu insan yüksəkdə olduğuna görə atılan palçıq ona çatmayacaq, amma atanın əlinə də yapışacaq, hələ yuxarıdan aşağı düşərək başına da düşəcək.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *