11112
Məqalələrim

2017.ci ildə mən nələr etdim?

 

     Hər il olduğu kimi, 12 ayın sonunda ilimi gözdən keçirirəm və  keçən 365 gün ərzində nə qədər məhsuldar və effektiv olduğumu ölçürəm. Bu il ərzində mən nələr etdim?

     Peşəkar fəaliyyətim

     2017.ci peşəkar fəaliyyətim baxımından yenə olduqca aktiv oldu – idarəçilik, konsultasiyalar, görüşlər, iclaslar. Şirkətlərə dəstək verməklə bərabər, həm də işadamları və idarəçilərə şəxsi konsultasiyalar da verdim.

     Fərqli sahələrdə olan şirkətlərdə :

–  reformlar, dəyişikliklər etdik və böhranla mübarizə strategiyaları tətbiq edildi;

– satışları artırdıq və satış komandaları yetişdirdik;

– müasir idarəçilik sistemləri qurduq;

– komanda içi problemlərini və idarəçilik sıxıntılarını həll etdik;

– yeni qurulan şirkətlər üçün biznes planlar hazırlandı;

– müxtəlif şirkətlərdə sıfırdan komandalar quruldu. İşə götürmədə özüm birbaşa iştirak etdim;

– şirkətlər üçün idarəçilərin yetişdirilməsi davam etdi;

– əməkdaşların ayrııqda və şirkətlərin ümumi effektivliyi artırıldı.

     İdarəçi yetişdirmə proqramı   

     Artıq iki ildir işləyən bu proqrama uyğun olaraq,  müxtəlif firmaların tələbi üzrə  şirkətlərdə işləyən gənc idarəçiləri yetişdirirəm. Bu proses belə baş verir : şirkət məni dəvət edir və 5-7-10 nəfər gənc idarəçilərlə mən işləməyə başlayıram : məqsədlər müəyyənləşdirilir, illik inkişaf planı hazırlanır və onlarla həftəlik mütəmadi görüşərək inkişaf etmələri təmin edilir.

     Bu il üçün maraqlı olan məqam budur ki, şirkətlərin sifarişlərinə əlavə olaraq həm də işləyən insanlar özləri müraciət edirdilər bu proqramda iştirak etmək üçün. 

     Təlimlər 

     Fərqli yerli və xarici firmalarda, işadamları cəmiyyətləri, dövlət qurumlarında idarəçilik, reformların tətbiq edilməsi, natiqlik və kommunikasiya bacarıqları, effektivlik, kimi mövzularda çıxışlarım oldu, seminar, master klass və təlimlər verdim.

     Bu qurumlar arasında ən yadda qalanlardan Vergilər Nazirliyi və Ramada Plaza Gəncə oteli oldu. 

     2018.ci İL ÜÇÜN YENİLİK – BİZNES KURS

     İdarəçilərimizdə bir problemi müşaiyət etməyə başladım son 5 ildə : orta idarəçilik səviyəsinə çatan insan top manager olmaq üçün tam hazır deyil, amma hansı yol ilə necə gedəcəyinə qərar verməkdə çətinlik çəkir.

     Bu sıxıntını aradan qaldırmaq və istiqamət vermək məqsədi lə orta idarəçilər, kiçik və orta sahibkarlar, yeni təyin edilən üst idarəçilər üçün 2 günlük biznes kurs proqramı hazırlandı və artıq 2018.ci il yanvar ayından etibarən bu istiqamətdə fəaliyyətə başlayacam.

     Biznes kurs haqqında ətraflı məlumatları bu linkdən oxuya bilərsiniz (keçid almaq üçün yazının üzərinə klikləyin)

Untitled12

 

     Tədbirlər

     Bakıda müxtəlif biznes mövzularında keçirilən konfrans, forum və tədbirlərdə iştirak etdim.  Buna əlavə olaraq dostlarımız şirkətlərin açılışları, yeni məhsul təqimatlarına dəvət etdilər və getdim, uğurlarına və nailiyyətlərinə ortaq oldum.  

     Yeni şirkət quran, işə başlayan, bir üst vəzifəyə  təyin edilən kimin haqqında eşitdimsə, ilk yazım-zəngimdə “təbrik edirəm, nə kömək edim?” sualım olub.

1 

     BLOQUMDA fəaliyyətim davam etdi və fərqli mövzularda MƏQALƏLƏR yazdım

     Toplam il boyunca 50 üzərində yazdım və tərcümə etdirdim və yerləşdirdim.

     Məqalələrin mövzuları : biznesdə olan problemrlə və onların həlli yolları, idarəçilik, peşəkar həyat, inkişaf, karyera.

     Məqalələri bu linkdə görmək mümkündür : 2017.ci ildə yazdığım məqalələr

 

 

     Məqalələrim xaricdə və xarici dildə jurnallarda dərc edildi

     Bu mövzuda NAİLİYYƏTLƏRİM

     Rusiyanın ən böyük idarəçilik saytı və cəmiyyəti olan e-xecutive.ru.da keçirilən biznes keysin qalibi oldum.

   Eyni saytda dərc edilən 6 məqaləmdən 4-ü ayın birincisi oldu, biri baxış sayına görə rekord vurdu və ilin ilk 6 ayının ən çox oxunan məqaləsi oldu. (məlumat almaq üçün linki klikləyin)

    Məqalələrim və aktivliyimə görə sayt tərəfindən bürünc medala layiq görüldüm

 

     Dostlarla görüşlər və yeni insanlarla tanışlıqlar

     Bu il ərzində yüzlərlə yeni insanlarla tanış oldum – işadamları, şirkət rəhbərləri, incəsənət nümayəndələri, universitet rəhbər işçiləri və müəllimlər ilə – və belə insanlarla bir ölkədə yaşadığıma görə qürur hissi keçridim. 

     Amma nə qədər də işlərim çox olsa da, davamlı üç məqama zaman və enerji ayırdım :

  • Gənclərin maarifləndirilməsi
  • Kitabın, oxumağın, təhsil, bilik və savadın təbliğatı
  • İdman və sağlam həyat tərzinə insanların həvəsləndirilməsi

     GƏNCLƏR üçün SEMİNARLAR

     Quba, Gəncə, Bakı, Lənkəran, Sumqayıt şəhərlərində universitetlərdə yenə də minlərlə gənclər üçün universitetlərdə, tələbə-gənclər təşkilatları və klublarında seminarlar verdim. 

     Bu çıxşlarımda gənclərlə görüşmə imkanım oldu və ölkəsini sevən, böyük məqsədləri olan müasir, dürüst gəncləri görmək məni çox sevindirdi. Gənclərimizlə sözün tam mənasında fəxr edirəm!!!! 

     Bununla bərabər dəstəyə ehtiyacı olan gənclərə müxtəlif formalarda kömək verdim.

     Bütün bunlara əlavə olaraq youtube kanalım da aktiv oldu və fərqli mövzularda videolar yazdım və kanala yerləşdirdim. (kanala keçid almaq üçün klikləyin)

1 main

     İNKİŞAFIM

     Bu il ərzində onlarla kitablar və minlərlə məqalələr oxudum. Kitabxanam üçün xaricdən yeni kitablar sifariş etdim və Bakıda mağazalarda hər yeni gələn partiya kitablardan alış-verişlər etdim.

     Bütün əldə etdiklərim və uğurlarım bilik və savadımın nəticəsi olduğuna görə oxumaq və oxuduqlarımı tətbiq etmək qəti qaydamdır.

     İDMAN

     Durmadan idmanla məşğul oldum : minlərlə kilometr qaçdım, velosiped sürdüm və üzdüm, crossfit və fitnesslə məşğul oldum. Fiziki olaraq daha da gücləndiyimi hiss edirəm. 

idman

     ÖZƏL HƏYATIM

     Bütün bu işlərlə bərabər mən həmdə ailəmə və 2 gözəl qızıma daim zaman ayırdım.

     Qızlarım böyüdü – Emiliya artıq 7.ci sinifə, kiçik qızım Safiyya isə 4.ci sinifə getdi bu il.   

     Emiliyam

qizlar boyudu

     Safiyyam

qizlar boyudusaf

     Hər ikisi məktəbdə əlaçı olmaqla bərabər həm də idmançıdırlar – üzgüçülüklə məşğul olurlar. Emiliya bu il onurğasından əməliyyat oldu və başda dostum Kamran Müsayev olmaqla Mərkəzi Kliniki Xəstəxana həkimlərinə dərin təşəkkürümü bir daha bildirirəm.

1

     Uzun müddət qızlarımın istədiyi oldu – evə pişik də gətirdik. Cins olmamasına dəqqit etdik, çünki cins pişikləri çox insan istəyir. Biz, küçədən birini gətirməyi düşündük. Bu gün evimizdə pandaya bənzər bir balaca həyatının tam mənasında dadını çıxardır :)

     pandaBütün bunlara əlavə olaraq təbii ki, bol bol istirahət etdim, ailəmlə rayonları gəzdim, xaricə uzun və qısa müddətli səfərlərim oldu :)

     Həyatımızda əsl olan da elə bizim üçün vacib olan dəyərlərdir : ailəmiz, sevdiklərimiz və . Geri qalan hər şey isə bunlara əlavə edilən aksessuarlar.

     Bu qədər fərqli saəhlərdə iş, aktivlik, dinamika… Yoruldum mu? Qətiyyən yox! Razıyam mı? Çox. Amma növbəti il daha aktiv, dinamik və hərəkətli olacaq.

       Hərkəsə müsbət, enerjili, aktiv və dinamik 2018.ci il arzulayıram!  

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

      YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *