12015
Məqalələrim

2015.ci İLDƏ YADDA QALANLAR

Özümə belə bir sual verdim : “2015.ci il nələrlə yadda qaldı? Nələr oldu bu il ərzində, necə keçdi?”

Ölkədə baş verən əsas hadisələrə daim reaksiya verdiyimə görə Facebookda bu il ərzində hər ay yazdığım statuslarımı gözdən keçirdim və belə bir xronoloji yazı yazdım.

Yanvar 2015.  DYP reydləri və benzinin ucuzlaşması

DYP reydlərii başladı şəhərdə. Video çəkilişlər oldu. Bir DYP əməkdaşına pul verən insana qarşı bu əməkdaşın “Sən mənə pul verirsən?!!” qışqırması hamını kövrəltdi, gözləmizini yaşartdı.

Videonu burada izləyin 

14.01.2015 tarixində benzinin 2 qəpik ucuzlaşması ölkə tarixində yumurtadan sonra ikinci böyük ucuzlaşma olaraq qeyd edildi :)

Fevral 2015. Devalvasiya

Təbii ki, devalvasiya . (Xalq arasında bəzən depilasiya və depalpasiya da deyildi)

Amma bu devalvasiya ardınca gələn xoş xəbər bu acı yeniliyi bizə unutdurdu.

26.02.2015 tarixli statusum

Nəhayət ki, XOŞ XƏBƏR!!!!!!
Son günlərin acı xəbərlərindən sonra könlümüz açıldı. 
Hamınızı təbrik edirəm.
“Manatın dollar qarşısında ucuzlaşmasına baxmayaraq Azərbaycanda «Ferrari», «Lamborghini» və «Aston Martin» bahalaşmayacaq” :)

 

Stilis Samiraldo devalvasiya haqqına fikirlərini mətbuata açıqladı və “gündəm” oldu

24.02.2015.  tarixli statusum

MÜTƏXƏSSİS RƏYİ   :)
Ciddi bir mütəxəssisdən uzun zamandır cəmiyyətin gözlədiyi rəy gəldi – stilist Samiraldo manatın düşməsi haqqında danışıb.
Bir xəbər saytına müsahibəsində Samiraldo, Milli Bankın siyasəti, məzənnə dəyişikliyindən sonra a:)iota:) haqqında fikrini bildirərək qiymətləri yüksəldən mağazaları SƏRT :)  tənqid edib.

 

Mart 2015. Bu ayın Qəhrəmanı Hadı müəllim oldu :)

Mart ayında Hadı müəllim müəllimlərə əlavə iş görməyi məsləhət etdi.

Bütün ölkə  Hadı müəllimə “Hadi yaaaa”  dedi :)

Bu haqda statusum

Hadı Rəcəbli müəllimin fikirlərini dəstəkləyirəm və gücləndirmək istəyirəm.
Deyir ki : “Müəllim səhər dərs deyir, axşam da divar hörür. Bunun nəyi pisdir ki?”
Təklif edirəm ki, 150 manat maaş alıb maaşından narazı qalan müəllimlər üçün kurslar açılsın :
– Asfalt çəkmə
– Akuşer
– Tibb qardaşı-bacısı
– Santexnik
– Kafel-metlax ustası…

 

Aprel 2015.  Apreldə heç nə olmadı.

Biraz bizi AZAL gldürdü. Aprel əasən devalvasiya qorxusu ilə keçdi

09.04.2015 tarixli statusum

Beynəlxalq səviyyədə TİRPAÇLIQ :)
AZAL rəhbərliyi anlamır ki, bizim ölkə zəngin ölkə olsa da, bütün vətəndaşlar zəngin və varlı deyil. Və biz hamımız məcbur deyilik bahalı təyyarə ilə uçmağa. Və “ucuz uçuş” “təhlükə” demək deyildir.

“İki gün öncə “Boing-787 Dreamliner”lə Romaya uçduq, orda hamı onun şəklini çəkirdi ki, Azərbaycan belə təyyarəni necə alıb. Biz qürur hissi keçiririk ki, ölkəmizdə belə təyyarələrimiz var”

Qardaş, sən ölkəndəki təhsil səviyyəsi, elmin və texnikanın inkişafı ilə qurürlan. Elə danışır ki, sanki Boengi biz Yevlaxda ya da Şamaxıda istehsal edirik. Nefti satırıq – Boeingi alırıq. Sadə bir alverdi.

 

May 2015.

May ayında bir nəfər xarici vətəndaş lüt Qız qalamıza çıxdı

06.05.2015 statusum.

!!!!!!!!!! QIZ QALAMIZ !!!!!!!!!!!!!!!!!
Vikipediya yazır : “Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir” və əlavə edir “. Qalanın adının digər yozumunna görə isə heç vaxt düşmənlər tərəfindən fəth edilmədiyindən qala xalq arasında bakirəlik rəmzi kimi Qız qalası adlandırılmışdır”.
Bir oğraşın bizim şəhərin rəmzi olan qala üzərində soyunub arxasını göstərək şəkil çəkməsini təhqir hesab edirəm. 
Və mənə maraqlıdır – orda duran bizim polislər harda idilər o anda?

 

Sonra isə bu ay bizi üzdü…. 19.05. hərkəsin yadındadır. O gün hamımız yandıq. Heç nə yazmayacam.

Allah səbəbkarlara lənət etsin..

Antiqəhrəman isə “Agroup insurance” firması oldu – özünü bu fonda reklam etməyə çalışdı.

 

İyun 2015. Amerikada homoseksualların evlənməsinə icazə məsələsi geniş müzakirə edildi

28.06.2015 statusum.

SUAL :)
Biri mene basha salsin : Amerikada homoseksuallarin evlenme icazesi qerarinin bize ne dexli var? Niye bu qeder muzakire ve mubahise edilir bu qerar? O qerar Azerbaycana da aiddir? 

Və digər statusum.

MARAQLIDIR 
Öz ölkəsində bir ser:)anta, vergi məmuruna, gömrük işçisinə qarşı haqqını qorumaqda aciz olanlar Amerikadakı geylərin haqqları haqqında sərt müzakirə və mübahisələr aparır. 
Amerikada bir kişinin “ərə” gedmə haqqı var, amma biz rüşvət verərkən “halallıq” veməliyik, çünki rüşvət alan adam əsəbiləşər və rəqəm artar. Halallığı belə rahat vermə haqqımız bizə aid olmur bəzən.

 

İyul 2015. İyul ayında qəhrəmanlıq uğrunda AZAL, Hafiz Hacıyev və Azis savaşdılar :)

AZAL-ın qıymətləri bahalaşdı və hərkəs Saakaşvilinin Rəhbər olaraq gətirilməsini istəyirdi azala :)

 

Avropa oyunları bitdi. Ammd TV-də bitmədi və canımız bu oyunlardan qurtarmadı.

23.07.2015 statusum

TOYDAN SONRA bəylə gəlin bir il boyunca hər gün toy videosuna baxar aaaa…. Lap ona bənzədi  :)
Hansı kanalı açırsan – Avropa Oyunları davam edir.

 

16.07.2015 tarixli statusum

HAFİZ HACIYEV :)
“Bakıda şortik geyinən kişilərin “kıçasına” kislota tökmək lazımdır. Məncə kifayət qədər gərginliklə və bəzən qəddarlıqla dolu cəmiyyətdə belə bəyanat verən xəstələrin fikirlərini yaymamaq lazımdır. Və bunun da məsuliyyəti KİV-dədir.
Yadımdadır ki, 25 il öncə Bakıda şalvar geyinən xanıma ÇOX pis baxırdılar. Amma indi bunu dilə gətirən də yoxdur.
Dünya inkişaf edir, insanların, xüsusiyyətlə də gənclərin maraqları, fikirləri, geyimləri dəyişir. Bunun qarşısını “kislota” ilə almaq olmaz.

 

30.07.2015 tarixli statusum

AZİSİN konsertində bəzi xanımlar ona elə hücum etdilər ki… Adamı rəsmən didik didik edirdilər. 
Azis düşünəcək ki, bu ölkədə kişi yoxdur ki, mənə möhtac qalıblar? :)

 

Avqust 2015. Yeni devalvasiya gözləntisindən başqa ciddi heç nə olmadı.

22.08.2015 tarixli statusum

MENEVI HAZIRLIQ  :)
Statuslarda artiq muharibe ve 90ci iller yada salinir :) biz muharibe kechmish milletik filan, buna da dozerik. 
Milli bankda ise yeni qerar : ”muharibe ve dozerik” haqqinda status 200 like yigsa, devalvasiyani elan edirik :)

 

Sentyabr 2015. Gözəl xəbərlə başlayan ayın hadisəsi Starbucksun açılması, qəhrəmanı isə Stiven Siqal və metroda iti ilə oturan və yanındakı kişiyə yer verməyən qız oldu

04.09.2015 tarixli statusum

Qiymətlər UCUZLAŞDI I!!!!!!
Ərzaq məhsullarının qiymətləri 0,3% ucuzlaşdı. (Bir ailə ərzaq məhsullarına ayda 500 manat xərcləyirsə, onlar 1.5 AZN qənaət ediblər)
Əhali şokdadır, hərkəs ikinci tətil etməyi planlaşdırır.
Təqaüdçülər toplu şəkildə Avropa turuna çıxırlar.
Dağılan Almanyanın vətəndaşları immiqrasiya edəcək bizə. Təklif edirəm ki, sərhədləri bağlayaq, geridə qalmış Avropa vətəndaşları üçün viza şərtlərini sərtləşdirək. Doluşmasınlar bura :)

(Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. Sağolsunlar.)

 

Starbucks açıldı. Rəsmən vay şüvən qopdu :)

10.09.2015 tarixli statusum

STARBUCKS vay shuvenini anlamiram. Ezizlerim, bu siradan kofe ichilen bir mekandir. 
Loru dilinde desek ”amerikanskiy chayxanadir”.

 

21.09.2015 tarixli statusum

STİVEN SİQAL :)
“Stiven Siqal Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasının və bu yarışlarda çoxlu sayda idmançının iştirakının onda böyük heyranlıq yaratdığını bildirib. “
O burda idi oyunlar zamanı?

“Azərbaycanda qazanılan nailiyyətlərin dünyada tanıdılması və təbliğinin önəmini qeyd edib.”
Maraqlıdır, hansı nailiyyətləri deyir? :)

Stiven Siqal reqionlarda olan inkişaf və Milli Məclis seçkiləri haqqında da danışsaydı bari….

 

21.09.2015 tarixli statusum

Stiven Siqal ölkəmizə gəldi.

DÖVLƏT PROQRAMI :)
Stiven Siqal ölkəmizə gəldi və Avropa oyunlarını və ölkəmizin qazandığı nailiyyətləri yüksək dəyərləndirdi.
BUNDAN sonra proqram belədir :
:)ackie Chan – reqionların inkişafını tərifləyəcək
Chuck Norris – iqtisadiyyaın güclənməsini dəyəcək
:)ohn Travolta – səhiyyədə olan uğurlarımızı vurğulayacaq
Bradd Pitt – maaşların artımı haqqında danışacaq :)

 

28.09.2015 tarixli statusum

METRODAKI QIZ…
Metroda qız adama yer verməyib, hay küy qalxıb. 
Ciddi bir kütlə monolit şəkildə birləşib cılız və aciz bir qızı və yanındakı balaca tulanı (buna it demək olmaz) tənqid edirlər.
İctimai nəqliyyatda xanımlara və yaşlılara yer verməyən öküzlərin, boynu yoğunların çəklini çəkin. Xanımların yanında söyüş söyən biqeyrətlərin şəklini çəkin və tənqid edin. 
Duxunuz çatırsa nazirlərin şəkillərini sosyal şəbəkələrə qoyun və tənqid edin. Əl çəkin bu qızla itindən. Bir zəyif qızı və balaca küçüyünü bayraq ediblər.
Mövzumuz mu yoxdur?

 

Oktyabr 2015. Yek qəhrəman – MTN :)

Ölkədə olan bütün mənfi hallar yıxıldı MTN üzərinə.

Ölkədə 2 vakansiya var – Rabitə və Milli Təhlükəsizlik Naziri

 

Noyabr 2015. Bu ayda Milli məclis seçkilərimiz oldu. Çox səssiz, sakit, keçdi. Heç kimin heç kiminlə işi olmadı, şükürlər olsun, hamı yekdilliklə biri birini yola verdi, bir təhər keçirddik bu seçkiləri də.

Noyabr ayının qəhrəmanı isə erməni kilisələrinə qaz verən Rövnəq Abdullayev oldu.

 

11.11.2015 tarixli statusum

RÖVNƏQ müəllimin BƏYANATI.
“Həmçinin erməni kilsələrinidə qazla təmin edirik. Allah yolunda. Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur. Bizim problem erməni xalqının hökümətində olan bəzi insanlarladır. “
Çox düşündüm, amma söz tapmadım yazmağa… 
Bu qardaş deyəsən bilmir ki, torpaqlarımız işğal altındadır.

 

Dekabr 2015.

05.12.2015. Bu tarixi artıq hamımız bilirik. Yenə də hamımız yandıq. Bu hadisədən daha da mühim bir hadisənin baş verməyəcəyini düşünürəm.

——————————————————————————————————————–

Bu il ərzində 2 böyük mənfi hadisə ilə qarşılaşdıq millət olaraq – 19.05 və 05.12 hadisələri. Böyük itgilər verdik. Ümid etmək istəyirəm ki, ƏSL günahkarlar cəzalandırılacaqlar.

Digər mühim hadisə – devalvasyia və ölkənin “analoqu olmayan inkişaf” yuxusundan oyanmasıdır. Artıq REAL qitisadiyyat, REAL biznes və REAL işləmək zamanıdır.

2016-cı il hamımız, Millətimiz, Xalqımız üçün xeyirli və faydalı keçməsi ümidi və diləklərimlə….

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *