2835170
Məqalələrim

168 saat və suallar

     Müvəffəqiyyətli olmaq üçün çox mu işləmək lazımdır? Hesab edirəm ki, müvəffəqiyyətli olmaq üçün çox və gərgin yox – effektiv işləmək vacibdir. Effektivlik nə deməkdir? Effektivlik = nəticə /xərclənən enerji, zaman və resurslar.     Bizə ayrılan resursların məhdud olduğu zaman isə effektivlik çox böyük əhəmiyyət daşımağa başlayır. Hər birimizin 168 saatla məhdud həftəmiz var. Biz bu zamanı artıa bilmərik : biz onun istifadəsinin effektivliyini artıra bilərik.

     Bəzən olur ki,  bütün həftə boyunca biz məşğul oluruq, gedirik, gəlirik, işləyirik, yollarda, universitetdə, ofislərdə, görüşlərdə, müzakirələrdə, dərslərdə zaman keçiririk və YORULURUQ. Bazar günü axşam geriyə baxanda isə anlayırıq ki, həyatımızda vacib olan bir çox sahələrə – ailə, dostlar, inkişaf, sağlamlıq – zaman ayıra bilməmişik, amma çox da yorulmuşuq. Bəs hara gedib 168 saat? Biz bu saatları hara və nələrə xərcləmişik?

     Məhs buna görə həftə sonunda biz özümüzə müəyyən vacib sualları verməliyik ki, bir sonrakı həftə də keçən həftəmiz kimi yorucu və eyni anda qeyri effektiv olmasın.

     Hər həftə bitəndə, bazar günü axşam bu 5 suala cavab vermək üçün 10 dəqiqə zaman ayırın. Əminəm ki, bu 10 dəqiqəlik zaman dilimi Sizin inkişafınız üçün əhəmiyyətli olacaq.

Sual № 1. Bu həftə ərzində məni məqsədlərimə doğru aparan hansı işləri etdim və bu işlərə nə qədər zaman ayırdım?

Nə etməli? Hər həftəmiz biz məqsəslərimizə doğru bir addım da olsa irəliyə gedmiş olmalıyıq. Əgər məqsədlərimiz varsa.  Yoxdursa – birinci növbədə məqsədlər müəyyən edilməlidir, məqsədlərə görə illik planlar hazırlanmalıdır, və sonra da bu planlara görə həftəlik iş planı hazırlamaq lazımdır.

Sual № 2. Bu həftə yeni nələr öyrəndim və nələri tətbiq etdim?

Nə etməli? Hər gün bir addım irəliyə gedməlisiniz. Gedmək məcburiyyətindəsiniz, çünki dünya, biznes, biliklər, elm sürətlə inkişaf edirlər. Hər gün bir addım çox görünməsə də, bir il sonra geriyə baxanda 365 addım irəlidə olacaqsınız. Hər gün oxuduğunuz məlumatların heç olmasa bir söz və ya bir cümləsiniz yadınızda saxlayın. Əgər öyrəndiyiniz yeni texnika və ya alətdirsə – icra etməyə başlayın.

Sual № 3. Hansı günlərdə və ya vəziyyətlərdə zamanımı boşa keçirdim?

Nə etməli? Keçən 168 saatınızı gözdən keçirin və ümumi bir bölgü aparın. Hər gün 1 saat boş və faydasız keçən zamanınız 24 saat içində gözünüzə dəyməyəcək, ancaq bir il ərzində bu 365 saata bərabər olacaq.

Sadə misal : hər saat ən az 20 səhifə kitab oxusanız, bu bir ildə 29 kitab deməkdir. Təsəvvür edin : hər gün cəmi 1 saat boş keçən zaman yerinə Siz 29 kitab oxumuş olacaqsınız!!!!!!!!!!!

Sual № 4. Mənim inkişafımın qarşısını nə aldı və bunları aradan necə qaldıra bilərəm?

Nə etməli? Ətrafımızda  olan insanlar, pis vərdişləriniz kimi Siz arxaya çəkən nə varsa, onları düşünün və aradan qaldırın. Əgər Sizi geri çəkən pis vərdişdirsə və aradan qaldırılması zaman alacaqsa, dərhal başlayın ki, 1 ay sonra bitmiş olsun.

Misal : hər gün 2 saat TV-yə baxmışam. Real olaraq bu fəaliyyətim məni hansısa gələcəkdəki məqsədlərimə doğru aparıb mı? Və ya mən bu saatlar ərzində istirahət mi etmişəm?

Sual № 5.  Sağlamlığım, enerjim və gümrahlığım üçün nə etdim?

Nə etməli? Hər gün idmana ən az 20 dəqiqə zaman ayırmaq mümkündür. Bunun üçün nə xüsusi məkan, nə də ki şərtlər və ya avadanlıq lazım deyil. 20 dəqiqə ərzində bir insan yaşadığı binanın pilləkanlarını düşüb çıxa bilər, yerində 20 dəqiqə ərzində atlana bilər, yerində oturub qalxa bilər. Bunların hamısı ÇOX effektiv, ancaq heç bir əlavə şərt və minimum da zaman istəyən fəaliyyət növləridir. Bunları etmək üçün isə tək bir şey lazımdır : başlamaq.

 

Bu günümüzü, həftəmizi, ayımızı elə yaşamalıyıq ki, 20 il sonra geriyə baxanda həyatımızın heç bir sahəsində “KAŞKİ”lər deməyək.

2835170

 

 

 

 

One comment

  1. çox dəqiq və əsas nüanslara toxunulmuş paylaşımdır. “effectiv insanların 7 vərdişi” kitabında da bu vərdişdən bəhs olunur. Ümumiyyətlə ÖZÜNÜ MÜHAKİMƏ inkşaf üçün çox əsasdır. Təşəkkürlər…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *