Düşüncələrim

Dəyərlər və Peşəkarlıq

Bu yaxınlarda çox böyük və tanınmış bir şirkətlər qrupu sahibinə konsultasiya verərkən komandasında olan idarəçilərin peşəkarlığından çox razı olduğunu, amma işə qarşı yanaşmaları, “halal-haram” dəyərlərinin olub olmaması haqqında danışırdıq.
Düşünün ki, bir insan peşəkardır, amma mənəvi və insani dəyərləri çox zəyifir. İşini və vəzifə öhdəliklərini yerinə yetirəcək, amma şirkətə qarşı sadiqliyi, bağlılığı, dürüst davranmağı hər zaman sual altında olacaq.
Mənim hər zaman şirkət rəhbərlərinə etdiyim tövsiyyə – işə aldığınız insanların şəxsi keyfiyyətlərinə, mənəvi dəyərlərinə peşəkarlıqdan daha çox əhəmiyyət və diqqət verin.
Doğru dəyərləri olan insana peşəni öyrədmək olar, amma səhv düşünən insana dəyərləri öyrədmək çətindir.
Unudmamaq lazımdır ki, Hitlerin ölüm kamplarında insanlar üzərində vəhşi eksperimentləri aparan insanlar öz sahələrində dünyada tanınımış peşəkarlar idi…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *