untitled111
Fexri YOL

Niyə “120 kilodan 42 kilometrə”?

     Bir insan düşünün. Karyerası, peşəkar həyatı uğrunda və illərlə beyninə yeridilən stereotiplər, qaydalar və fikirlərə görə sağlamlığını tamamən çökdürmüş bir insan.

     Qida rejimində heç bir system olmayan, çəkisi 120 kiloqrama çatan, gündə 3 paket siqaret çəkən bir insan.

     Bütün orqanlarında problemlər olan insan : mədə, mədəaltı vəz, ürək və damar sistemi, qara ciyər, böyrəklər, 12-barmaq bağırsaq və bağırsaqlar, belində qrija olan bir insan.

     Və bu insan bu gün 10-20-30 42 km marafon və 8-10 km kros qaçış yarışlarda iştirak edir, və bu idman fəaliyyəti onun nəinki peşəkar həyatına mənfi təsir göstərmir, tam tərsi – fərqli sahələrdə nailiyyətlərini və müvəffəqiyyətlərinin bünövrəsidir.

     120 kiloqram çəkisi olan insan bu gün 42 km məsafəlik marafon qaçır.  Bu, bir yoldur. Və əgər bir insan bu yolu gedə bilibsə, digərləri də gedə bilər.  Və bu yolu gedən insan ƏSL təcrübələrini insanlarla paylaşmağa qərar verir.

     Mənə illər boyunca “bəs sən necə dəyişdin?” kimi onlarla sualları verən insanların bütün suallarının cavabları bukitabdadır.

Kitabın çox sadə alqoritmi var

     Mənim  ÖNCƏKİ dövrüm – mən necə DƏYİŞDİM – və mən SONRA necə oldum.

    Hər dövr üçün bu maddələr təfərrüatlı şəkildə yazılır :

  • Qidalanma
  • İdman
  • Fiziki aktivlik
  • Idman
  • Psixolojik vəziyyətim
  • Zəyifliklərimlə mübarizə
  • Dəyişikliklər dövründən edilən səhvlər
  • Bu yolda hər insanı gözləyən maneələr

Bu kitabı yazmaqda ana məqsəslərimdən biri də budur ki, sağlam həyat tərzi yoluna çıxan və səhhəti uğrunda mübarizə aparan insan özünü məlumatsız və tənha hiss etməsin : hər an müraciət edəcək bir mənbə və bütün suallarına cavab verəcək bir DOST olacaq yanında.

Hərkəsə sağlam həyat və xoş mütaliələr arzulayıram!

page-2

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *