voin
Məqalələrim

ƏSLA TƏSLİM OLMA!!!

Bəzən insanlar uğursuzluqlarına o qədər gileylənirlər ki, şuuraltı olaraq gələcəkdəki uğurlarının önünü kəsmiş olurlar.  Unutmamaq lazımdır ki, uğursuzluq, müvəffəqiyyətin vacib və ayrılmaz parçasıdır və uğursuzluqdan doğru nəticə çıxarılsa, onu müvəffəqiyyətə çevirmək mümkündür. Uğursuzluq, ömürlük yara və ləkə deyir – müəffəqiyyətə gedən növbəti pilləkandır, amma sınıq pilləkan.  Onu düzəldin və məqsədlərinizə doğru yolunuza davam edin.

Səhv etməkdən qorxmamaq lazımdır.  Səhvlərizin uğursuzluq olub olmayacağına özünüz qərar verəcəksiniz – onlara qarşı yanaşmanızla.

MƏĞLUB olmaqdan qorxmamaq lazımdır.

Bir çox hallarda insanlar məğlub olmurlar –onlar təslim olurlar. Məğlub olmaq təslim olmaqdan üstündür, çünki məğlubiyyət mübarizənin nəticəsidir və bizi güclü edən məhz mübarizədir.

Daim mübarizə aparmaq və məğlub olmaqdan qorxmayın. Əsas odur ki, heç bir zaman təslim olmayın.

Məsələ, yenilməz olmaq deyil. Məsələ, zərbələri aldıqdan və yenildikdən sonra ayağa qalxmaq və yola davam etməkdir. Məqsədlərinizə gedən yolda Sizi ruhdan salacaq çox insan və maneələr olacaq. Sizi geriyə çəkəcəklər, qorxudacaqlar, mənasız şəkildə tənqid edəcəklər, çünki Sizin kimi getməyi bacarmayanlar üçün Sizin uğurlarınız göz dağıdır : o bacardı, sən bacarmadın. Və bu insanların yeganə çarəsi Sizi də geri çəkməkdir.

Şiddətli tövsiyyəm : ƏSLA XƏYALLARINDAN GERİ ÇƏKİLMƏ!!!

Onlara sahiblən, onları heç kimə etibar etmə. Ağır günlərdə sənə motivasiya verən, yorğun saatlarda sənin içini isidən, heç kimin səni anlamadığı anlarda sənə dəstək olan xəyallarınız olacaq.

Bu dünyada MÜMKÜNSÜZLƏRİ edənlər, xəyal quranlar və xəyalları uğrunda döyüşənlərdir.

Komfort zonasında, isti mağarada oturanlar, heç bir zaman mağaradan çıxıb, vəhşi heyvanlara döyüşən, yaralar alan, qanlar içində qalan RUHU QALİB olan insanı anlamazlar.

Mağaradan, rahatlıqdan çıxdıqdan sonra insanı təhlükələr gözləyir : düşəcəksən, yıxılacaqsan, əziləcəksən, yorulacaqsan, ac və susuz qalacaqsan. Mağarada olanlar ocağın ətrafında oturub isinirkən “Onun başı işləmir”, “O bilmir ki, mümkün deyil” kimi sözlərlə səni tənqid edəcəklər.

İllər sonra mağaraya güclü, bədəni çapıqlar içində geri dönən bir YIRTICI QALİBİ görəndə isə o yekəqarınlar deyəcəklər ki, onun bəxti gətirib.

Desinlər. Qorxaqlar heç bir zaman cəsurları, mağaradakılar isə döyüşə gedənləri heç bir zaman anlamaz

ƏSLA TƏSLİM OLMA!!!

voin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *