Fəxri Ağayevin bloqu

Hesabat 2015

2015.ci il mənim üçün necə keçdi? Hər il, ay və həftə sonunda olduğu kimi, mən bir illik zaman üçün özümə hesabat hazırladım.

Bu hesabatın ana hissələrini burada hərkəslə paylaşıram.

PEŞƏKAR FƏALİYYƏTLƏRİM

Bütün il boyunca aralıqsız və fasiləsiz çox aktiv və dinamik şəkildə davam etdi – daim görüşlər, konsultasiyalar və yeni layihələr.

Konsultasiya və idarəçilik 

Onlarla şirkətdə :

– satışları artırdıq, satış standartları, qaydaları və prosesləri müəyyən edildi, yazıldı və tətbiq edildi;

– idarəetmə sistemlərini qurduq;

– komanda içində problemlərin həll etdik;

– böhran dövrünə baxmayaraq aktiv satış komandasını qurduq;

– korporativ standartları və şirkət strategiyalarını yazdıq və  tətbiq etdik;

– marketinq fəaliyyətlərini idarə etdik,

– idarəçilik sıxıntılarını həll etdik;

– Şirkətlərdə komandalar quruldu. İşə götürmə prosesində birbaşa iştirak etdim və  işə götürülən insanların inkişaf proqramlarını hazırladım

– Böhran dövründə şirkətlərdə idarəçiliyin və əməkdaşların  effektivliyinin artırılması, satış, marketinq və ümumi olaraq idarəetmənin gücləndirilməsi tədbirləri planları hazırlandı

– Azərbaycanda fəaliyyət göstərəcək xarici, beynəlxalq və fəaliyyətlərini genişlədməyi düşünən yerli firmalar üçün biznes planlar hazırlandı və tətbiq edildi.

Bir neçə firmada idarə etmə sistemləri sıfırdan quruldu və rəhbərliyə təhvil verildi.

Yeni məhsul № 1  

“Müasir İDARƏÇİ yetişdirmə” adlı xidməti şirkətlərə təklif etməyə başldım. Bu mənim  şəxsi məhsulumdur. Fərdi şəkildə və şirkətlər tərəfindən müəyyən edilən gəncləri idarəçi olaraq şəxsən yetişdirirəm. 

Yeni məhsul № 2 

Şəxsi brendin qurulması mövzusunda işadamları və müxtəlif sahələrdən olan peşəkarlara konsultasiyalar və dəstək verməyə başladım.

Təlimlər 

Işadamları klublarında, tanınmış firmalarda seminar, master klass və təlimlər verdim. Yüzlərlə şirkət nümayəndələrinə təlimlər verildi və yeni dostluqlar quruldu.

Mövcud təlim mövzularını təkmilləşdirdim və bir neçə yeni təlim mövzuları hazırladım

“Time Management”

“Leadership”

“Presentation Skills”

“Business Planning”.

İDMAN

Bu il ərzindlə də durmadan idmanla məşğul oldum : minlərlə kilometr qaçdım, velosiped sürdüm və üzdüm. Fiziki olaraq daha da gücləndiyimi hiss edirəm.

2014.cü ildə mənim üçün böyük hədəf olan yarımarafonu məsafəsini – 21 km – artıq normal həftə içi məşqlərdə heç yorulmadan qaçıram.

Bulvarda dostlarla bərabər bazar günlərində qaçdıq və idman etdik.

Bakı çempionatı : Aprel ayında kross üzrə Bakı Çempoionatında iştirak etdim və 8 km məsafədə Bakı çempionu oldum. 

Azərbaycan çempionatı : kros üzrə Azərbaycan Çempionatında iştirak etdim və 10 km məsafədə ölkə ikincisi olaraq gümüş medal aldım. Bu yarışda iştirakım haqqında məqalə yazdım.   

2015.ci il ərzində toplam 2 medal aldım.  

ƏLAVƏ FƏALİYYƏT VƏ HOBBİLƏRİM

Inkişafım : 2015.ci il ərzində yenə də onlarla kitab və minlərlə məqalə oxudum. Biliklərimi daha da gücləndirdim. 

Tədbirlərdə iştirakım 

Bakıda müxtəlif sahələrdə keçirilən əsas konfrans, forum və tədbirlərdə iştirak etdim.

“Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” – III Təlimçilər üçün Təlim” layihəsi çərçivəsində Azərbaycanın tanınmış hakimləri, hüquqşünasları və vəkilləri üçün “Kommunikasiya və Kütlə qarşısında çıxış etmə” təlimi keçirdim.

Gənclər üçün fərqli mövzularda keçirilən yarışmalarda iştirak etdim.

Müsabiqə keçirildi kitablarla əlaqədar və onlarla insanın oxuduqları kitablardan biliklərinin paylaşmalarında dəstək olduq.

Müəllimlik fəaliyyətim davam etdi – Qafqaz Universitetində hələ də dərs deyirəm

Məqalə yazmaq – bu da davam etdi və bu il ərzində çox sayda və müxtəlif mövzularda məqalələr yazdım. Məqalələrim həm öz bloqumda, həm də müxtəlif internet saytlarda dərc edildi.

Məqalələrimi  aşağıda yazılı olan linklərdən oxuya bilərsiniz. Məqalələrə keçmək üçün adlarını klikləyin.

Iş axtarmaq, tapmaq və yeni işə başlamaq mövzusunda

İş axtarıram, amma tapa bilmirəm…   

İŞ AXTARANLARA TÖVSİYYƏLƏRİM… DOSTLAR…. MÜTLƏQ OXUYUN..

İŞ AXTARANLARA TÖVSİYYƏLƏRİM… – 2

“Müsahibələrdən :) və :( ”

“CV haqqında əsas 10 məqam”

Azərbaycanda Biznes

Biznesdə böhran

Кризис- что делать?

Xarici mütəxəssis

Бизнес в Азербайджане. Только ли бизнес виноват

Şirkəti qorumaq lazımdır.. Şirkət sahibinə qarşı

Şirkətlərin xarici böyüməsi və daxili inkişafı

İstehlakçı və biznes

Şirkətlərdə reformların keçirilməsidə 5 əsas səhv

Şirkəti qorumaq lazımdır….. Şirkət sahibinə qarşı

 

İdman, Səyahətlərim və Ümumi mövzularda

Çempionluq və səyahət macəralarım

Azərbaycan Texnologiya Universitetində seminarlarım və Gəncə şəhərinə səfərim

3-й национальный маркетинговый форум

MÜSABİQƏ № 1

Читать ли художественную литературу?

Fəxri Ağayevin məqsədi

2015.ci ildə yadda qalanlar

 

Karyera və Peşəkar Həyat 

Reputasiyanızı qoruyun

Lider və Komanda

Təcrübə mi, təhsil mi?

Xaricdə təhsil və müvəffəqiyyət

Peşəkarlıq və şəxsi keyfiyyətlər

Müvəffəqiyyət

Möcüzə olur mu həyatımızda?

İdeyamı, iradə gücü mü?

Uğurlu insan olmaq üçün daha nələr etməliyəm?

Şəxsi effektivlik bizi robot edər mi?

Ətrafımızın mənfi təsiri

Sürət və ya öndə olmaq

Həyatda balans

Kitab oxuma haqqında

İnkişafımız üçün 3 əsas faktor 

Arzunun reallaşdırılması formulası

168 saat və suallar

Effektivyliyin formulası

 

KİV – TV, qəzet və jurnallara çox sayda msahibələrim və verilişlərdə çıxışlarım oldu. Müsahibələrə keçmək üçün adlarını klikləyin.

Sportbox.az saytında 

“Kaspi” Qəzeti

Vinegret.az

“ZAMAN” qəzeti

 

Biznesdə olan böhran mövzusunda facemark.tv-yə müsahibəm oldu. Vİdeo MÜSAHİBƏ 

Milli Marketinq forumunda iştirak etdim və çıxışım oldu. Çıxışımın videosu  

Media FM-də DJ Fatehlə maraqlı söhbətimiz oldu.      Söhbətimizin audio yazısı

TV veriliş

21.01 tarixində “Diqqət mərkəzi” verilişində ekspert olaraq çıxışım oldu. Verilişin videosu

Yeni BLOQ qurdum – agaev.az. Bu bloqu qurmağımda ana məqsələrim Azərbaycanda gənclərin peşəkar və şəxsi inkişaflarında dəstəyimin gücləndirilməsi, gənclərin məlumat ala biləcəyi bir saytın olmasıdır. Buna əlavə olaraq öz fikirlərimi, məqalələrimi, düşünəcələrimi, nəzəri bilik və təcrübələrimi gənclərlə paylaşa biləcəyim tək bir mənbənin qurulması idi.

Yazıçılıq fəaliyyəti – birinci kitabımı bitirdim. İkinci kitabımın yazılması 14 apreldə başladı və artıq o da artıq çapa getdi. Rusca və Azərbaycanca. Yanvar ayında artıq kitabımın təqdimatı olacaq.

Seminarlar – universitetlərdə, gənclər təşkilatları və klublarında seminarlar verildi və minlərlə tələbə seminarlarımda iştirak etdi. Tələbələrlə peşəkar həyat, karyera, biznes, müvəffəqiyyət mövzularında biliklərimi və təcrübələrimi paylaşdım.

Keçirilən bu seminarlar qarşılığında gənclərdən çox sayda təşəkkür yazıları aldım və bu da mənim doğru yolda olduğumu göstərdi. Bu yoluma daha böyük sürətlə davam edəcəm. 

Bunların içərisində Azərbaycan Təhsil Nazirliyi “TƏMƏL” layihəsi çərçivəsində 150 məktəb direktorları və 6 məktəbdə yüzdən çox müəllimlər üçün “Şəxsi Effektivlik” mövzularında çıxışlarım da var.

İlk dəfə Gəncə şəhərində Azərbaycan texnologiya universitetində seminarlar verdim və gələcək il bu seminarların davam etdirilməsi qərarını aldıq.

YENİ SEMİNAR 1: “Məqsədlər və Uğurlu Karyera” mövzusunda yeni motivasiya verici seminar hazırladım və artıq Dövlət İdarəçilik Akademiyasında və İqtisad Universitetində bunu keçirdim.  Seminarlardan sonra gənclərdən aldığım fikirlər bu seminarın da onlar üçün çox həvəsləndirici olduğunu mənə göstərdi.

YENİ SEMİNAR 2 :  “Peşəkar həyat” mövsunda yeni bir seminar hazırladım. Peşəkar həyat haqqında gəncləri maraqlandıran bir çox sualların cavablandırıldığı seminardır. Beynəlxalq və Azərbaycanda olan 20 illik idarəçilik fəaliyyətimin şirəsini gənclərə verirəm.

 

Bu il ərzində yüzlərlə yeni insanlarla tanış oldum – işadamları, şirkət rəhbərləri, incəsənət nümayəndələri, universitet rəhbər işçiləri və müəllimlər ilə – və belə insanlarla bir ölkədə yaşadığıma görə qürur hissi keçridim

ÖZƏL HƏYATIM

Bütün bu işlərlə bərabər mən həmdə ailəmə və 2 gözəl qızıma daim zaman ayırdım.

Böyük qızım Emiliya artıq 5.ci sinifə gedir, kiçik qızım Safiyya isə 2.ci sinifə getdi bu il.  Hər ikisi məktəbdə əlaçı olmaqla bərabər həmdə idmançıdırlar – üzgüçülüklə məşğul olurlar və bəzən mənimlə bərabər məşq də edirlər fitnes zalda.

Bütün bunlara əlavə olaraq təbii ki, bol bol istirahət etdim :)

2016.cı il üçün bütün sahələrdə çox sayda yeniliklər, planlar və gənclər üçün sürprizrlərim var.


11111111

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *