Fəxri Ağayevin bloqu

Hesabat 2014

2014.cü il mənim üçün necə keçdi….. Facebook tərəfindən təklif edilən bir standartı istifadə etmək istəmədim – və bu il ərzindəki fəaliyyətim haqqında özüm bir hesabat hazırladım. Bu hesabatı hazırlamaq üçün 2014.cü ildə gündəlik hesabatlarımı kontrol etdim və….

PROFESSİONAL FƏALİYYƏT

İş həyatım hər zaman olduğu kimi aktiv davam etdi – daim görüşlər, konsultasiyalar – şirkətlərə və individual olaraq.

Yeni bir neçə firmada idarə etmə sistemi sıfırdan quruldu və təhvil verildi

Mövcud təlim mövzularını təkmilləşdirdim və yeni təlim mövzuları hazırladım – “Time Management” + “Leadership” + “Presentation Skills” + “Business Planning”

Işadamları klublarında, tanınmış firmalarda seminar, master klass və təlimlər verdim

Yüzlərlə şirkət nümayəndələrinə təlimlər verildi və yeni dostluqlar quruldu

İDMAN

Dizimdən keçirdiyim əməliyyatın nəticəsində 1 il qaçmaqda sıxıntılarım oldu. Buna baxmayaraq yenə də idman fəaliyyətim davam etdi, və yenilik olsun deyə özüm üçün rekordlar etməyə başladım.

Rekordlarım

Turnikdə çəkinmə 23 dəfə – 1 ilə başlamışdım

220 otjimaniya – 10 dəfə ilə başlamışdım

Ümumi olaraq il boyunca çarəsizlikdən (qaça bilmirdim) on minlərlə dəfə otjimanie etdim və turnikdə çəkindim

Dizimdəki ağrıya rağmən yenə aktiv idmana  başladım – və toplam il ərzində yüzlərlə kilometr qaçdım, velosiped sürdüm və üzdüm

MARAFON

Çox sayda travmalarım oldu – amma yenə də marafonda iştirak etməyə qərar verdim.

28.09.2014 – Bakı Yarı Marafonunda iştirak etdim, 21 km qaçdım – medal aldım20150113_213351

16.11.2014 – İstanbul Qitələrarası Marafonda iştirak etdim – 42 km qaçdım – medal aldım

2014.cü il ərzində 2 medal və “qitələrarası atlet” statusunu aldım.

ƏLAVƏ FƏALİYYƏT VƏ HOBBİLƏRİM

2014.cü il ərzində 100-dən çox kitab oxudum (əsasən professional

mövzularda)

Müəllimlik – Qafqaz Universitetində dərs demə fəaliyyətim davam etdi

Məqalə yazma -10 üzərində məqalə yazdım, və böyük hissəsi day.az saytı üçün oldu.

Bloqum – Saglamheyat.az üzərində işləri davam etdirdim, məqalələr yazıldı

KİV – TV, qəzet və jurnallara çox sayda intervyularım və verilişlərdə çıxışlarım oldu

Yazıçılıq fəaliyyəti – birinci kitabımı bitirdim və ikinci və üçüncü kitabım üzərində işlər başladı

Seminarlar – universitetlərdə, gənclər təşkilatları və klublarında seminarlar verildi və minlərlə tələbə seminarlarımda iştirak etdi

Keçirilən bu seminarlar qarşılığında bu gənclərdən təşəkkür yazıları aldım və bu da mənim doğru yolda olduğumu göstərdi

Bu fəaliyyətimin yüksək səviyyədə dəyərləndirilməsi olaraq Azərbaycan Respbulikası Təhsil Nazirindən təşəkkür məktubu da aldım

20141205_100425

FƏXR EDİRƏM!!!!

Yüzlərlə yeni insanlarla tanış oldum – işadamları, şirkət rəhbərləri, incəsənət nümayəndələri, universitet rəhbər işçiləri və müəllimlər ilə – və belə insanlarla bir ölkədə yaşadığıma görə qürur hissi keçridim

Universitetlərdə keçirdiyim seminarlarda minlərlə gənclə tanış oldum və daim özünü inkişaf etmək istəyən, Vətəni sevən, milli mənəvi dəyərlərimizə bağlı olan müasir gəncləri görmək məni çox sevindirdi. Gənclərimizlə sözün tam mənasında fəxr edirəm!!!!  2015.ci ildə gənclərimiz üçün daha da böyük layihələr düşünürəm – universitetlər tələbələrini həvəsləndirəcək çox çıxışlarım olacaq daha

Fəxr edirəm ki, 2 il öncə Qafqaz Universitetində dərs dediyim tələbələrim indi ordumuzda xidmət edirlər və mən bu sətirləri yazanda və Sizlər də oxuyanda – onlar bizləri qoruyurlar. Bəhruz, Çingiz, Hüseyin, Ünal.

Fəxr edirəm ki, mənim 2 il öncə dərs dediyim tələbələrim indi Amerikada, Şotlandiyada, Almanyada təhsillərini davam edirlər.

Onların müvəffəqiyyətlərində mənim cüzi bir payım varsa – mənim indiyə qədər topladığım təcrübələrimi onlara paylaşmaq həvəsim və cəhdlərim demək ki, boşa gedməyib

ÖZƏL HƏYATIM

Bütün bu işlərlə bərabər mən həmdə 2 gözəl kiçik hanımın atasıyam.

Böyük qızım Emiliya 4.cü sinifə getdi, kiçik qızım Safiyya isə 1.ci sinifə getdi bu il.

Hər ikisi məktəbdə əlaçı olmaqla bərabər həmdə idmançıdırlar – üzgüçülüklə məşğul olurlar və bəzən mənimlə bərabər məşq də edirlər fitnes zalında

İSTANBUL MARAFONU

UNİVERSİTETLƏRDƏ SEMİNARLAR

TƏLİM VƏ BİZNES KLUBLARDA ÇIXIŞLARIM

İDMAN VƏ MƏŞQLƏRİM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *