images (1)
Məqalələrim

Dəyərli mütəxəssis və ya HR haqqında

hr

 

     İnsan Resursları Şöbəsinin fəaliyyəti düzgün təyin olunan şirkətdə, sağlam kollektiv ruhu, üstün korporativ mədəniyyət nəzərə çarpır, kollektiv və departamentlər arasında münaqişələr minimal olur. İnsanların motivasiyasi yalnız maddi faktorlarda deyil, həmçinin daxili məsələlərdədiki, onları təsvir etmək mümkün deyil, bunu hiss etmək lazımdır.

     HR strukturunun düzgün qurulması  işəgötürənin pozitiv imicini yaradır, hansı ki öz növbəsində bazarın aparıcı kadrlarının bu şirkətə yönələcəyi zəmanətini verir. Ümumilikdə, şirkət bir orqanizm kimidir. İdeal nəticə əldə olunması üçün bütün orqanların düzgün çalışması mütləqdir. Hər bir orqanın öz rolu, təyinatı və funksiyaları var. Hər hansı orqanın çalışmaması bütün orqanizmdə problemlərlə nəticələnə bilər.

HR mütəxəssisin şirkətə cəlb olunması

     Bir çox hallarda şirkətlər öz fəaliyyətini HR departamentə lazımi diqqəti vermədən başlayırlar.

     İlk növbədə bütün diqqət satış, reklam, marketinq və mühasibatlıq sahələrinə olur. Yalnız şirkət kifayət qədər inkişaf etdikdən, personal sayı artıqdan və kadrların idarə olunmasında problemlər yarandıqdan sonra savadlı və professional idarəçiliyə təlabat yaranır.images

     O zamana qədər şirkətdə müəyyən formal və qeyri-formal münasibətlər, təyin edilmiş yazılı və şifahi qaydalar mövcud olur. Şirkətə İnsan Resursları mütəxəssisi cəlb olunur və rəhbərlik çox  xərc və vaxt sərf edilmədən bir möcüzə baş verəcəyinə ümid edir.

     Bu hallarda HR mütəxəssisin işi müəyyən reformalar və dəyişikliklər etmək məqsədi daşıyır. Lakin bu tip reformaların keçirilməsi kollektiv tərəfindən birmənalı qarşılanmır. Belə hallarda rəhbərliyin və kollektivin HR-a dəstəyi  çox önəmlidir. Əsasən kollektiv anlamalıdır ki, bu andan etibarən personalın effektivliyindən tutmuş,  uzunmüddətli inkişaf sxeminə qədər, əsaslı dəyişikliklər baş verəcək.

     Təəsüf ki, bəzən HR mütəxəssisin effektiv fəaliyyəti üçün lazım olam şərait təmin edilmir, lakin müəyyən müddət keçdikdən sonra yekun nəticə təyin edilir: “HR effektiv deyil, bu qərbdə effektiv ola bilər, bizim konsepsiya fərqlidir”.

     İstənilən menecerin uğurlu fəaliyyəti ona təmin edilən şərait və imkanlar, verilən motivasiyadan və kollektivə təqdim olunmasından asılıdır. Ən çox təəssüf doğuran məqam odurki, böyük səylə çalışaraq uzunmüddətli nəticələrə nail olmaq istədiyi halda HR mütəxəssisi bir anda Kadrlar Şöbəsinin funksiyalarını yerinə yetirdiyini aşkar edir.

     Təəsüf ki, bir çox şirkərlərdə İnsan ResurslarıŞöbəsinin rəhbərinin strateji qərarların qəbul olunduğu kabinetə daxil olmasına icazə verilmir. Bu şöbənin fəaliyyəti qısamüddətli qərarların qəbul olunması, dövlət instansiyaları ilə əlaqə və iş qrafikinin təyini ilə məhdudlaşdırılır.   

images (1)     Biznesdə HR-a qarşı münasibətdə əsas problemlərdən biridə odur ki, bu sahəyə qoyulan vəsait, investisiya kimi deyil xərc kimi qiymətləndirilir. “İnvestisiya” sözünün “xərc” sözü ilə əvəzlənməsi bu sahəyə münasibəti tam olaraq dəyişir. Adi bir situasiyanı nəzərdən keçirək: bir şirkət, öz mağazalar şəbəkəsinə müştəri cəlb etmək üçün çöx böyük reklam və marketinq vəsaitləri sərf eləyir. Reklam vasitəsi ilə cəlb edilmiş potensial müştərilər, mağazalar şəbəkəsinə üz tutaraq çox aşağı xidmət səviyyəsi, müştərilərlə əlaqədə yetərsiz motivasiya, heç də ürək açan olmayan şirkətdaxili atmosfer ilə qarşılaşırlar. Məhz bu halda şirkətdə professional HR mütəxəssisə təlabat yaranır.

     HR-ın biznesin inkişafındakı mühüm rolu

     Şəxsən mənim fikrimcə,  İnsan Resursları Şöbəsi rəhbəri şirkətdə Satış, Marketinq və Maliyyə şöbələri qədər strateji önəm daşıyır. Bəzən bunlardan da öndə olur, çünki HR doğru fəaliyyət göstərməsə, şirkətin heç bir şöbə və departamenti doğru mütəxəssislərlə təmin edilməyəcək. 

     Şirkət rəhbərləri və sahibkarları unutmamalıdırlar ki, HR-a yatırılan investisiya şirkətin uzunmüddətli inkişafı, müştərilərlə əlaqələrin yaxşılaşdırılması və loyallığının artırılması, həmçinin şirkətdaxili kollektiv ruhunun möhkəmləndirilməsi yolunda mühüm rol oynayır. Məhz bu faktorlar şirkətin möhkəm təməlinin əsasını təşkil edir.

Xülasə

XARİCİ FAKTİKİ TƏCRÜBƏ

     Satış sahəsində aparıcı mütəxəssis hesab etdiyim, Türkiyədən olan yaxın bir dostum, sonuncu səfərim zamanı mənə çox maraqlı bir məsələ haqda danışdı. Türkiyənin aparıcı mağaza şəbəkələrinin birindən satış koordinatoru vəzifəsinə təklif alandan sonra, ölkə daxilində böyük bir tur edərək şirkətin bütün mağazalarını (mağazalar sayı 400) nəzərdən keçirib, şirkət rəhbərlərindən tutmuş sıravi personala qədər hər bir işçi ilə şəxsən maraqlanıb, şirkət sahibkarları ilə görüşüb.

     Bu mütəxəssisdən gözləntilər çox böyük idi: şirkətin satış həcminin, ümumi xidmət səviyyəsinin və müştərilərin loyallığının artırılması. Mütəxəssisin şirkət sahibinin tələblərinə cavabi qısa və lakonik oldu: İlk növbədə şirkətə güclü HR mütəxəssis lazımdır. Yalnız onunla sıx əməkdaşlıq nəticəsində uğurlu nəticə əldə etmək mümkündür.

     Peşəkar satış meneceri anlayir ki, satışın uzunmüddətli və stabil artımını təmin etmək üçün İnsan Resursları Şöbəsinin professional fəaliyyəti mütləqdir.

     Şəxsən mənim fikrimdirki, HR-ın varlığı, onun  şirkətin strateji qərarların qəbul edilməsində bilavasitə iştirakı, fəaliyyət sahəsindən asılı olmayaraq, hər bir şirkət üçün vacibdir. İstənilən şirkətin ən vacib aktivi onun insan resurslarıdır və məhz bu səbəbdən bu resursların düzgün idarə olunması biznes üçün çox vacibdir.

  
 
 
 
 
 
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *